Modern.az

Yeni məktəbdə kadr problemi - Valideynlər bir söz deyir, Bakı Təhsil İdarəsi başqa

Yeni məktəbdə kadr problemi - Valideynlər bir söz deyir, Bakı Təhsil İdarəsi başqa

28 Oktyabr 2018, 14:57

Bakının Sabunçu rayonunundakı 28 nömrəli məktəbdə təhsil alan şagirdlərin valideynləri iddia edirlər ki, adıçəkilən məktəbdə müəllim çatışmazlığı mövcuddur. 

Məsələ ilə bağlı Bakı Şəhəri Təhsil İdarəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, adıçəkilən məktəb yeni inşa edilərək istifadəyə verilib.

“2018-2019-cu tədris ilində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində Savalan yaşayış massivində yeni 28 nömrəli ümumi təhsil müəssisəsi inşa edilərək, istifadəyə verilib.

Təhsil nazirinin müvafiq əmrinə uyğun olaraq, 960 şagirddən ibarət məktəbin fəaliyyətinin təşkili üçün şagird tutumu və maddi-texniki bazası nəzərə alınaraq, əsasən həmin ərazidə yaşayan valideynlərin uşaqları cəlb edilməklə şagird kontingenti və buna uyğun olaraq siniflərin komplektləşdirilməsi, məktəb şəbəkəsinin formalaşdırılması, fənlər üzrə dərs yükünün müəyyənləşdirilməsi, məktəbin ştat cədvəlinin müəyyən edilməsi üçün məqsədyönlü tədbirlər görülüb”.

Həmçinin o da qeyd olunub ki, kadr çatışmazlığı ilə bağlı səslənən iddialar doğru deyil:

“Eyni zamanda, məktəbin kadr heyətinin formalaşdırılması istiqamətində bütün zəruri addımlar atılıb, müvafiq vakansiyalar yarandıqca məktəb operativ şəkildə müvafiq kadrlarla təmin edilib. Hazırda adı çəkilən təhsil müəssisəsində pedaqoji kard çatışmazlığı yoxdur”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır