Modern.az

Yeni model üzrə ilk sınaq imtahanı keçirildi - Nəticələrin açıqlanacağı vaxt elan olundu  

Yeni model üzrə ilk sınaq imtahanı keçirildi - Nəticələrin açıqlanacağı vaxt elan olundu   

28 Oktyabr 2018, 16:19

Dövlət İmtahan Mərkəzi  yeni təhsil proqramları (kurikulumlar) üzrə 2019-cu ilin qəbul imtahanı modelinə uyğun Respublikanın 10 şəhər və rayonunda sınaq imtahanları keçirib.

Mərkəzdən Modern.az-a bildirilib ki, imtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub.

İmtahan iştirakçılarına öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün imtahan mərkəzlərində zəruri şərait yaradılıb.

Qeyd edək ki, imtahanda şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

Oktyabrın 29-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqələrinin emalı aparılacaq.

Yazılı cavabların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?