Modern.az

Avropanın qadın prezidentləri - FOTOLAR

Avropanın qadın prezidentləri - FOTOLAR

31 Mart 2019, 10:30

İdarəedicilərin daha çox kişilər olduğu müasir dünyada xanımların dövlət başçısı olduğu ölkələrin sayı artmaqdadır. Qadınlar intellekt və bacarıq baxımından kişilərdən geri qalmadıqlarını çoxdan sübuta yetiriblər. XXI əsrin fövqündə bu iddianın doğru olduğu təsdiqlənib. Günümüzdə kişilərlə hüquqlarını bərabərləşdirən qadınlar baş nazir, prezident postuna seçilərək bütöv ölkələrin birinci şəxsinə çevrilirlər.

Hazırda Avropada bir sıra ölkələri qadın prezidentlər idarə edirlər. 

Slovakiyada dünən keçirilən prezident seçkilərində də qadın namizəd qalib gəldi.

Ölkənin Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, səslərin 96,8 faizi artıq hesablanıb. Nəticələrə əsasən, Pezinok şəhərindən olan 45 yaşlı vəkil Zuzana Çaputova prezident seçkilərinin qalibi olub. O, səslərin 58,3 faizini toplayıb.

 
Modern.az Avropanın qadın prezidentlərini təqdim edir:

 

Dalya Qribauskayte

 

Ardıcıl olaraq iki dəfə Litvanın prezidenti seçilən Dalya Qribauskayte daha çox Rusiya əleyhinə mövqeyi ilə tanınır. Onun dövründə Litvanın iqtisadiyyatı xeyli inkiaf edib. 

 

Dalya Qribuskayte 1956-cı il martın 1-də Litvanın paytaxtı Vilnüs şəhərində anadan olub. O, müxtəlif illərdə Litvanın maliyyə və xarici işlər naziri postlarını, Avropa İttifaqının təhsil və mədəniyyət, daha sonra isə büdcə məsələləri üzrə komissarı kimi vəzifələrdə çalışıb. Xanım Qribauskayte seçkilərdə inamlı qələbə (69,05%) qazanaraq 2009-cu il iyulun 2-dən Litvanın prezidenti funksiyalarını icra edir. O, 2014-cü il seçkilərində təkrar qələbə qazanaraq növbəti 5 il müddətinə bu postda qalmaq hüququ qazanıb. 
Dalya Qribuskayte heç zaman ailəli olmayıb və övladı yoxdur. Xanım prezident 5 dildə - Litva, ingilis, rus, polyak və fransız dillərində sərbəst danışır.

Maria Louise Kolerio Presa

 

Maltanın prezidenti Maria Louise Kolerio Presa 16 yaşından bəri siyasətlə məşğul olur və ölkənin ən gənc prezidenti sayılır. Onun 2019-cu ildə Avropa Parlametinin sədrliyinə namizəd olacağı ehtimal olunur.

 

 

 

Kersti Kalyulayd

 

Estoniyanın ilk qadın prezidenti olan Kalyulayd liberal siyasəti ilə diqqət çəkir.  Prezident olmzda əvvəl Avropa Palatasında Estoniyanı təmsil edib. Prezident olana qədər ölkə daxilində çox da tanınmayıb.

 

 

 

Banderol Qrabar Kitaroviç

 

2015-ci ildən Xorvatiya prezidenti olan Banderol Qrabar Kitaroviç həm də ölkənin ilk qadın prezidenti kimi tarixə düçüb. Vyana Diplomatiya Akademiyasının məzunudur, prezident olmazdan əvvəl səfir kimi də çalışıb.

 

 

Salome Zurabişvili

 

Salome Zuribaşvili 18 mart 1952-ci ildə Fransanın paytaxtı Parisdə anadan olub. O, 1921-ci ildə Gürcüstanı tərk etməyə məcbur olan gürcü siyasi emiqrant ailəsi Levan Zurabişvili və Zeynəb Kedianın ailəsində doğulub.
 

 

Zurabişvili 1972-ci ildə Paris Siyasi Elmlər İnstitutunu, 1973-cü ildə isə ABŞ-da Kolumbiya Universitetini bitirib. 1974-cü ildən Fransa Xarici İşlər Nazirliyinin sistemində işə başlayıb.

O, 2001-2003-cü illərdə Fransa Müdafiə Nazirliyinin beynəlxalq əlaqələr və strategiya üzrə baş katibliyinin sədri olub. 2003-cü ildə Fransanın Gürcüstandakı səlahiyyətli və fövqəladə səfiri təyin olunub. 2004-cü ilin martında Gürcüstan prezidenti seçilən Mixail Saakaşvili Zurabişvilini xarici işlər naziri təyin edib və o, bu vəzifəni iki il icra edib.

2018-ci ildə Gürcüstanda keçirilən prezident seçkilərinə müstəqil namizəd kimi qatılıb. Hakim "Gürcü arzusu" partiyası və onun sədri milyarder Bidzina İvanaşvili seçkiqabağı kampaniyada dəfələrlə onu dəstəklədiyini bildirib və Zurabişviliyi maliyyə yardımı edib.
2018-ci ilin noyabrında keçirilmiş seçkilərin nəticələrinə əsasən, Salome Zurabişvili seçicilərin 59,56 faizinin səsini toplayıb və Gürcüstan prezidenti olub.

Zuzana Çaputova 


2019-cu il martın 30-da Slovakiyada keçirilən prezident seçkilərinin ikinci turunda qalibin adı müəyyənləşib.

Ölkənin Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, səslərin 96,8 faizi artıq hesablanıb. Nəticələrə əsasən, Pezinok şəhərindən olan 45 yaşlı vəkil Zuzana Çaputova prezident seçkilərinin qalibi olub. O, səslərin 58,3 faizini toplayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər