22 yanvar 2019, Çərşənbə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - Tanınmış vəkil: “Zinaya görə qadın və kişilərin daş-qalaq edilməsini dəstəkləyirəm” - MÜSAHİBƏ  
Tanınmış vəkil: “Zinaya görə qadın və kişilərin daş-qalaq edilməsini dəstəkləyirəm” - MÜSAHİBƏ  
29.10.2018, 14:30

Əkrəm Həsənov: “Qızla oğlan görüşəndə yanlarında şahidlər olmasa, mütləq aralarına şeytan girəcək”

“Ərdoğan Atatürkdən qalmış eybəcərlikləri aradan götürdü”

 

Modern.az saytı dini mövzuda silsilə müsahibələri davam etdirir. Budəfəki müsahibimiz iqtisadçı-ekspert, vəkil Əkrəm Həsənovdur.

Niyə Əkrəm Həsənov?

Bir dəfə Facebook-da Əkrəm Həsənov vaxtı ilə ateist olduğunu, sonra isə dinə gəldiyini yazmışdı. Bu baxımdan onunla dini mövzuda söhbət etmək maraqlı gəldi.

Əkrəm Həsənovla söhbəti təqdim edirik.

 

- Əkrəm müəllim, əvvəliniz ateist olub. Bu necə baş verdi? Və necə oldu ki, sonradan dinə gəldiniz?

- Mən Mərdəkanda, Mirmövsüm ağanın ziyarətgahının yaxınlığında, “Şimal DRES” deyilən yerdə doğulmuşam. Uşaq vaxtı bizi ziyarətə tez-tez aparardılar.

3-4 yaşımda olanda məni də Mirmövsüm ağa pirinə aparırdılar, gedirdik, qəbri öpürdük, dal-dalı çıxırdıq. Haradasa 10 yaşımda məndə belə şeylərə qarşı pis münasibət yarandı. Düşündüm ki, daşları öpmək, ölüdən nəsə istəmək mənasızdır. 12 yaşımdan düşünməyə başladım ki, artıq Allah yoxdur.

 

Digər dinlərlə də maraqlanırdım. Xristianlığı heç cür başa düşmürdüm. Ata, Oğul, Müqəddəs Ruh üçlüyünü qəti qəbul etmirdim. İslamı da həmçinin. Ona görə də ateist oldum. Əlbəttə ki, bir uşaq necə ateist ola bilərsə, mən də elə ateist idim.

 

Mütaliə edirdim, hesab edirdim ki, insan meymundan əmələ gəlib. Sadəcə yenə də məndə 15-16 yaşımda müəyyən suallar yarandı. Dostoyevskinin məşhur “Karamazov qardaşları” əsərində böyük qardaşın bir sözü var: “Allah yoxdursa, o zaman hər şeyi etmək olar”. Bu ifadə mənə çox pis təsir etmişdi. Bizim doğuluşumuz, meymundan əmələ gəlməyimiz təsadüfdürsə, o zaman həyatın heç bir mənası yoxdur. Bu zaman ideallar və digər mənəvi şeylər də fiksiya olur. Artıq 19-20 yaşımda ali məktəbdə oxuduğum dövrdə, Lev Tolstoyun “Etiraflarım” əsərinə baxdım. Bu, əsərdə Lev Tolstoyun din haqda fikirləri yer alır. Tolstoy deyirdi ki, provaslıqla İslam arasında seçim etməli olsa, İslama üstünlük verər. Bu əsər mənə çox təsir etdi. Tolstoy qeyd edirdi ki, “A” deyirsinizsə, “B” də deməlisiniz.

 

Ateistlər, xüsusən də müasir ateistlər özlərini bir növ elə aparırlar ki, guya bunlar hər şeyi bilirlər, biz isə hər şeydən məlumatsızıq. Amma o ateistlər “A” deyəndə, “B”ni demirlər.

- Nəyi nəzərdə tutursunuz?

- Tanınmış İsrail tarixçisi var – Yuval Harari. İndi çoxu onun kitablarını oxuyur. Hər yerdə deyirəm ki, Harari ən ardıcıl ateistdir. O, “A” da deyir, “B” də deyir, “C” də deyir. O deyir ki, nəinki Allah və dinlər, eləcə də, insan hüquqları, demokratiya, liberalizm də boş şeydir. Mən o fikirləri qəbul edirəm. Amma indiki ateistlərin çoxu liberalizmdən, demokratiyadan danışır.

Niyə bir şeyi haqq sayırsınız, digərini yox?

- Bəs siz necə, “A”nı deyib, sonra ardınca “B” ni deyənlərdənisiniz?

- Mən dindəyəm.

 - Bildik, yəni demək istəyirik ki, ateizmlə bağlı olan “B” hissəni deyirsiniz?

- Məndində “A”nı da, “B”ni də deyənlərdənəm. Ən çox xoşalmadığım insanlar ikiüzlülərdir. Yəni, birini deyib, o birini deməyənlərdir. Ay qardaş, sən ateistsənsə, tənqid edirsənsə, o zaman Harari kimi  digər tərəfi də vurğula. Sizin də bu gün dediyiniz insan haqları, demokratiya, liberalizm fiksiyadır.

Eyni məsələ dindarlar arasında da var. Mən o kəsləri bəyənmirəm ki, onlar dində, olan hər şeyi demirlər. Misal üçün, bir insan dindardır. Amma qayıdıb deyir ki, bizə şəriət qanunları lazım deyil. Deyirlər ki, şəriət qanunları köhnədə qalıb. Bildirirlər ki, oğrunun əlini kəsmək olmaz və sair. Bu cür dindarlar da artıq “B”ni demirlər. Sən əgər dindəsənsə, onda dində olan hər şeyi dəstəklə.

 

Yoxsa, sən bir hissəsini qəbul edirsən, digərindən isə çəkinirsən. Müasir dövr olduğuna görə, onları dilə gətirmirsən, ictimai qınaqdan qorxursan. Mən isə elə demirəm. Mən dində olan hər şeyi dəstəkləyirəm. Onu da demirəm ki, kim oğurluq etdi, gedək, əlini kəsək. Mən deyirəm ki, bizim dövlət şəriət qanunları ilə idarə olunmur. Öz qanunlarımız olduğuna görə, cəzalar da ona görə müəyyənləşir. Dini cəzaları qazı verməlidir. Azərbaycanda isə qazı yoxdur. Siz, mən isə gedib oğrunun əlini kəsə bilmərik. Və ya zina etmiş kişi və qadını daş-qalaq edə bilmərik. Bu, cəzanı qazı verməlidir.

- Yəni, siz, zinaya görə daş-qalaq etməyi, ya da hansısa əmələ görə insanları şallaqlamağı dəstəkləyirsiniz?

 

- Bəli, mən zinaya görə qadın və kişilərin daş-qalaq edilməsini dəstəkləyirəm. Mən deyirəmsə ki, Allah haqdır, deməli onun qanunları da haqdır. “B” ni deməyənlər isə vurğulayırlar ki, bizə belə qanunlar lazım deyil. 

 

- Özünüz şəriətin bütün normalarına əməl edirsiniz?

- Mən şəriətin bütün qaydalarına əməl etmirəm. Riayət etmirəm, ona görə ki, buna gücüm çatmır. Bəzilərini isə başqaları birtəhər baxacaq deyə etmirəm. Amma şəriətin bütün normalarını dəstəkləyirəm. O qanunların hamısı düzdür. Mən 1998-ci ildə İslama gəlmişəm. Doğulduğum mühitdə şiəlik inancı geniş yayılmışdı. Atam Lerikdəndir, anam da bakılı. Hamısı qatı şiə idilər. Mən isə şiəliyə yox, sünniliyə gəldim. Çünki Allahla insan arasında vasitəçilərin olmasını qəbul etmirəm.

 

Mən İslama gələndə bir şiə dostum dedi ki, şiəliyi seç. “Sünnilik haramdır, şiəlik haqdır” deyirdi. Söyləyirdi ki, sən qızlarla da görüşmüsən. Deyirdi ki, bu, günahdır.

O da mifdir ki, oğlanla qız nikahdan qabaq görüşüb, danışa bilməz. Əslində isə olar, amma şahidlərin yanında. İslamda belə bir şey yoxdur ki, oğlanla qız bir-birini tanımadan, görmədən evlənsin. Sadəcə öz valideynlərinin yanında və ya başqa şahidlərin yanında görüşə bilərlər.

- Əkrəm müəllim, müasir dövrdür, gənc qızla oğlan görüşəndə valideyn mütləq yanında olmalıdır? Sizcə, dediyiniz qəribə səslənmir?

- Lap deyək ki, valideynləri yanlarında olmasın, amma başqa şahidlər olmalıdır.

- Əkrəm müəllim,  sevgililər istəmir ki, görüşəndə yanlarında başqa adamlar olsun. Bu təbii və məntiqli istəkdir axı.

- Baxın, mən İslam qaydasını deyirəm. İslama görə, qızla oğlan görüşəndə yanlarında şahidlər olmasa, mütləq aralarına şeytan girəcək. Hesab edirəm ki, bu düzgündür. Mən ümumiyyətlə kişi ilə qadın arasında dostluğa inanmıram.

Amerikada tendensiya yayılıb – ona harassment (təcavüz, basqı) deyirlər. Məlum olur ki, dünyanın ən demokratik ölkəsi sayılan Amerikada kinoda, digər sahələrdə qadınlara basqı edirlər. Vacib deyil ki, bu, mütləq zorakı olsun. İnsanın təbiəti belədir ki, qadın asılıdır. Qadın kişidən asılı vəziyyətdə olanda mütləq nə isə baş verir. Amerikada belə şeyləri indiyə qədər gizlədirdilər. Amma hər şey üzə çıxdı.

 

Amerikalı model Sindi Kroufordun belə sözü var: “Mən o aktrisaları, modelləri başa düşmürəm ki, onlar karyeralarını yataqdan qurduqlarını etiraf etmirlər. Halbuki, bu, bizim peşəmizin məsrəfləridir”.

Yaxşı etirafdır. Sözü o şiə dostuma gətirərəm. Mən hesab edirəm ki, Allah qarşısına günahla çıxmaq yaxşıdır. Çünki hamımız günah edirik. Ən pisi Allahın qaydasını dəyişməyə çağırışlardır.

 

Allah da Quranda buyurur ki, şirkdən başqa bütün günahları bağışlaya bilər. Mən də ümid edirəm ki, Allah günahlarımı bağışlayacaq.

- Sizə görə, din sırf Qurandan ibarətdir?

- Xeyr.

- Bu sual niyə səsləndi? Çünki daş-qalaq məsələsi Quranda yoxdur, siz isə onu dəstəkləyirsiniz. Digər məsələ, bayaq üzərinizdən keçdiyiniz məqamlarla bağlıdır. O məqam ki, Quranda həqiqi mənası olan ayələri müasirləşdirmək cəhdlərinə baş vurulur. Quranda buyurulur ki, qadınlarınız sözə baxmasa, onları döyün. Buna isə fərqli məna yükləyirlər.

- Birincisi, İslam dini təkcə Qurandan ibarət deyil. İslamın ikinci böyük mənbəyi peyğəmbərin sünnəsidir, yəni hədislərdir. Bundan başqa müsəlman alimlərin gəldiyi qənaətlər İslamın mənbəyidir.

Qadını vurmağa gəlincə, qadını vurmaq, İslamda ən son həddir. İkincisi də, necə vurmaq məsələsidir. Məsələn, qadının üzünə vurmaq olmaz, başqa yerinə də vuranda elə etmək lazımdır ki, iz qalmasın. Yəni kişilər qadınlarını şikəst etmək üçün vurmamalıdır.

 

Hüquqşünasam, buna görə də İslam mənim üçün həm də qanunlar külliyyatıdır. Sadəcə bu qanunlar başqa müstəvidədir, dünyəvi qanunlar deyil. Mən hazırda təbii ki, dünyəvi qanunlarla işləyirəm və praktikamda onları rəhbər tuturam.

 

Yusif peyğəmbər gedir, Misirin rəhbəri olur. Yusif peyğəmbər o dövlətin qanunlarına əsasən, idarə etməyə başlayır. Halbuki özü peyğəmbər idi.

Baxın, müəyyən insanlar dövlətə qarşı üsyan edir, qiyama qalxırlar. Bu zaman nə etmək lazımdır? Təbii ki, zor tətbiq etmək gərəkdir. Yoxsa bizdə, 1993-cü ildə Surət Hüseynov üsyan edəndə, dövlət məmurları onun qabağından qaçmağa başladı. Halbuki, bu, belə olmalı deyildi.

 

Ailədə də bir nəfərin sözü daha üstün olmalıdır. Bu, istənilən yerdə belədir. Qadın ərinə heç tabe olmursa, kişi nə etməlidir? Ailəsini qorumaq üçün, saxlamaq üçün, nəsə etməlidir. Təbii ki, insan ideal deyil. Məhəmməd peyğəmbər özü də deyirdi ki, hansısa ölkəni zəbt edəndə, oranın qadınlarına, hətta ağaclarına zərər vurmayın.

- Amma elə peyğəmbər özü də əsir qadınları özünə cariyə edib.

- Bəli. Müharibə zamanı belə olur ki, qadınların ərləri qırılır. Və onlar digər ordunun əsgərlərinin kollektiv qurbanı olublar. Yəni əsgərlər o qadınları zorlayıblar. Doğulan uşaqlar da bic olub.

 

Peyğəmbər isə deyirdi ki, qarşı tərəfin qadınlarını cariyə kimi götürün. Özü də biriniz, hamınız yox. Yəni İslamda bu məsələdə kollektivlik yoxdur.

 

Peyğəmbər buyurur ki, o qadınlardan doğulan uşaqlar da sənin qanuni övladındır. O baxımdan ki, sənin vərəsəndir. İslam bu məsələdə qadını qoruyur. Sən çıxıb gedəcəksən, bəlkə quldurlar gəlib ona sahib olacaq. Bu problemin optimal həlli həmin qadınları cariyə etmək idi.

- Peyğəmbərin kifayət qədər qadını var idi, nə vacib idi ki, başqalarını da  cariyə seçsin?

- Peyğəmbər nə edibsə, nə deyibsə, özündən etməyib. Onun elədikləri, Allahın dediklərinə əsasəndir. Məhəmməd peyğəmbər bəzi şeyləri ibrət olsun deyə edirdi.

Bu gün Məhəmməd peyğəmbəri çox ittiham edənlər deyirlər ki, o, 4 arvad almağı buyurub.

Məhəmməd 40 yaşından sonra peyğəmbər olub. O zaman da ilk arvadı Xədicə sağ idi. Peyğəmbər bir qayda olaraq dul qadınları alıb. Yalnız Aişə istisna olmaqla. Peyğəmbərin hərəkət və addımları o qadınlara kömək etmək məqsədi daşıyırdı. Çünki o qadınlar tək qalmışdı.

- Dediniz ki, şəriətin bütün qanunlarını dəstəkləyirsiniz. Fərz edək ki, şəriətin üstün olduğu bir yerdəsiniz. Hüquqşünas olaraq gedib kiminsə daş-qalaq olunmasında iştirak edərsinizmi?

- Bu sualın cavabını deyə bilmirəm.

- Niyə, onda belə çıxır ki, Allahın qanunlarını ürəkdən dəstəkləmirsiniz?

- Tam ürəkdən dəstəkləyirəm. Ola bilər ki, daş-qalaq olunan mənim yaxından tanıdığım şəxsdir. Ona görə də, istəmərəm ki, gedib o prosesdə iştirak edim. Bizdə adətən daş-qalaqdan söhbət gedəndə ancaq qadın yada düşür. Halbuki, kişiləri də daş-qalaq edirlər. Söhbət zinadan gedirsə, hökm kişiyə də, qadına da aiddir.

- Quranda zinanı sübut etmək üçün 4 şahid tələb olunur.

- Bəli, bu 4 şahid qadına da, kişiyə də aiddir. Bu məsələnin özü isə çətindir.

- Şahid gətirmək məsələsi heç real da görünmür.

- Nədir qeyri-real olan?

- Məsələn, o şahidlərin qərəzli olmayacağına kim zəmanət verir? Və o şahidlərin zina oluna yerdə nə işi var?

- Bəli, razıyam. Ümumiyyətlə sual edərlər ki, sənin zina edənlərin yanında nə işin var idi?! Amma son qərarı da verən verir axı! İslamın ilk illərində daş-qalaq edilmə halları çox nadir olub. Peyğəmbərin vaxtında bir kişi ilə qadın özləri gəlib zina etdiklərini deyiblər.

 

- Hər dövrün öz qanunu var, ola bilər ki, 10 il bundan əvvəlki qanunlar bu gün üçün keçərli deyil. O ki qaldı, 14 əsər bundan əvvəlki qanunlara. Bu baxımdan necə deyə bilərik ki, daş-qalaq etmək vəhşilik deyil?

- Burada istənilən halda Allahın qanunlarından söhbət gedir. İnsanların qanunlarını isə hamı dəyişə bilər.

- Allah özü axirətdə mühakimə edəcəksə, bu dünyada əzab-əziyyətlə öldürməyə nə ehtiyac var?

- Allah qaydaları ona görə qoyub ki, insanlar bu dünyada özlərini idarə edə bilsinlər. Bu qaydaların da dəyişilməsi düzgün deyil. Quranda da ayə var ki, Allahın və peyğəmbərin əmrlərinə qarşı başqa qayda qoymaz olmaz! Quranda başqa bir ayə də var ki, Quranı, İslamı tam qəbul edin.

İndi bəziləri deyirlər ki, o zaman kompüter, təyyarə, telefon olmayıb. Amma insan necə idisə, elə də qalıb. Bulqakovun “Master və Marqarita” əsərində gözəl bir epizod var. Voland teatr göstərəndə, deyir ki, insanlar eyni qaydada qalıb. Deyir ki, həmişəki kimi pulu çox sevirlər. Bu mənada insan dəyişməyib. Texnika filan deyəndə qəribə səslənir. İnsan 7-ci əsrdə necə idisə elə də qalıb.

- Elə qalıbsa, bu texnikaları kim yaradıb?

- Texnika insanı mənəvi cəhətdən dəyişməyib. İnsan həmin insandır. Ateistlər, təkamül nəzəriyyəsini dəstəkləyənlər bizə qədim insanlardan danışırlar. O insanları biz görməmişik, onlar haqqında yazılı mənbə yoxdur.

- Yaxşı, görməmişik, razıyam. Ona qalsa, Adəmlə Həvvanı da görməmişik. Buradan indi hansı nəticəyə gələk?

- Təkamülün dediyi ilk insanlardan yazılı mənbə qalmayıb ki, görək onların mənəviyyatı necə olub. Amma nəinki, 7-ci əsrdən əvvəlki insanların necə olması barədə məlumatlar var.

- Adəmlə Həvva haqqında yazılı mənbə var?

- Adəmlə Həvva haqqında Quranda yazılıb.

- Adəmin peyğəmbər olduğunu deyirlər. Peyğəmbər isə hər hansı bir qövmə gəlirdi. O zaman Adəm peyğəmbər idisə, onun ilk insan olmadığı qənaətinə gələ bilərikmi?

- Dində nəbi və rəsul anlayışları var. Adəm heç bir qövmə gəlməmişdi, Adəm ilk insan idi. İslamda deyilir ki, 124 min peyğəmbər olub.

- Siz təkamülçülərdən fakt tələb edirsiniz. Bəs 124 min peyğəmbərdən heç olmasa 500-nün adını çəkə bilərsiniz?

- Xeyr, əsla.

- O zaman siz dedikləriniz necə fakta dəlalət edir?

 

- Bəziləri deyir ki, gəlin dini elmlə sübut edək. Bu, mümkün deyil. Elm Allahın varlığını və yoxluğunu təsdiqləyə bilməz. Buna görə də, mən Allahın varlığına, İslama inanıramsa, onun dediklərinə də inanıram. Təbii ki, bunların hamısını elmi cəhətdən sübut edə bilmərik.

- Əkrəm müəllim, fərz edək ki, hansısa şəriət ölkəsinə səfərə getmisiniz və hüquqazidd bir əməl törətmisiniz. Səmimi deyin. Şəriət qanunları ilə, yoxsa dünyəvi qanunlarla cəzalandırılmağınızı istərdiniz?

- Əlbəttə ki, şəriət qanunları ilə.

- Bəlkə sizin başınızın kəsilməsi hökmünü verdilər, onda necə?

- Əlbəttə ki, bu, mənim xoşuma gəlməyəcək.

- Allahın qanunudur, niyə qarşı çıxırsınız bəs?

- Hər kəs ayrı-ayrılıqda ölümə məhkum edilməsini istəməz. İnsanı təbiəti belədir. Mən Allaha qarşı çıxmıram.

- Müsəlman dünyası demək olar ki, Osmanlı imperiyası dağılandan sonra kapitalizmi yaşamağa başladı. Halbuki, Qərbdə kapitalizm neçə əsr qabaq başlamışdı. Gəlin nəzər salaq, Qərb iqtisadiyyatı sürətlə inkişaf etdi. Çünki, kapitalizmdə faiz əsas məsələdir, İslam isə faizə haram kimi baxırdı və indi də elədir. Sizə elə gəlmirmi ki, faiz qadağası müsəlman dünyasında iqtisadi inkişafın qarşısını aldı?

- Maraqlı sualdır. Siz dediyiniz fikri, Harari da qeyd edir. Kapitalizm faiz əsasında inkişaf etməyə başladı. Bəs bunun insanlara xeyri oldumu? Dünya hara gedir? Varlılar daha da varlanır, kasıblar daha da kasıblaşır.

- Feodalizm qanunları ilə idarə olunan İslam aləmi yaxşı idi?

- Fərq belə deyildi. 8-ci əsrdə bir müsəlman diyarından çıxıb digərinə asanlıqla gedə bilirdilər. Özü də tam təhlükəsiz şəkildə. Ancaq xristian dünyasında heç belə olmayıb. Avropada Napoleon niyə müharibə aparırdı? Bir dövlətin ərazisində bir yerdən o biri yerə getmək üçün pul verirdin. Siz dediyiniz feodalizm Avropa cəmiyyətində dəhşətli idi.

İslam təkrarkolunmaz fenomen kimi qısa müddətdə dünyanın siyasi, iqtisadi, hərbi, elmi, mədəni liderlik əldə etdi. Söhbət 7-8-ci əsrlərdən gedir. Əərblər qısa müddətdə dünyaya mədəniyyət, incəsənət yaya bilmişdilər. Bu, dünyada misli görünməmiş bir şey idi. 

 

- Siz təkamüllə bağlı nələri qəbul etmirsiniz?

- Müəyyən həddə qədər onu qəbul etmək olar. Növlərin əmələ gəlməsi və digər məsələlərdə heç kim təkamülü inkar etmir. Amma hər şeyin bunun üzərində qurulduğunu demək yanlışdır. Çünki bəzi şeyləri təkamülçülər özləri də izah edə bilmir axı! Harari da deyir ki, elm hər şeyə cavab verə bilmir.

- Bir çox suala din də cavab verə bilmir. Bu da faktdır.

- Din sadəcə Allahın var olduğunu deyir. Sizin dediyiniz təkamül qaydasını qoyan da Allahdır.

Müsəlman dünyası müsəlmanlar dindən uzaqlaşmağa başlayanda zəifləməyə başladılar. 18-ci əsrdə Həcc ziyarəti zamanı orada fahişələr məhəllələri fəaliyyət göstərib. Həccə gedənlər ora gedib. Təsəvvür edin, nə vəziyyətdə olub.

- Həccə getmisiniz?

- Bəli.

- Ərəbcə bilirsiniz?

- Xeyr. Amma çox istərdim ki, öyrənim. Amma buna vaxtım yoxdur.


- Özünüz də ateist olmusunuz. Ateistləri nə gözləyir?

- Ateistlər hidayət olunmasalar, cəhənnəmlikdirlər. Mən dindarlara deyirəm ki, ateistləri gözümçıxdıya salmasınlar. Sadəcə onları dəvət etmək lazımdır. Bu, hər kəsin öz işidir.

- Övladınız var?

- Bəli, 4 qızım var.

- Onların da sizin kimi dindar olmağını istəyirsiniz?

- Əlbəttə ki, istəyirəm. Mən nəinki övladlarımın, bütün insanların müsəlman olmasını istəyirəm.

- Olmasalar necə?

- Elə peyğəmbərlər olub ki, onların övladları da, valideynləri də dinə gəlməyib, yəni kafir olublar. Allah isə həmin peyğəmbərlərə deyib ki, bu, sizdən asılı olan bir şey deyil. Hər kəsin öz seçimidir. Mən öz övladlarıma zorla nəyisə qəbul etdirmirəm.

- Türkiyə prezidenti Ərdoğanın tərəfdarısınız. Onu islami siyasət yürütdüyünə görə, bəyənirsiniz?

- Düzü, mən Ərdoğanın İslamda konkret hansı əqidədə olduğunu bilmirəm. Amma görürəm ki, bu adam müsəlmandır. Görürəm ki, Ərdoğan Türkiyədə Atatürkdən qalmış bəzi eybəcərlikləri aradan götürüb. Məsələn, hicablı qadınları ali təhsil almağa qoymurdular, amma Ərdoğan bu qadağanı aradan götürdü. Bu, məhdudiyyət heç Avropada da yox idi.

- Atatürkü bəyənmirsiniz?

- Atatürkü ümumən bəyənmirəm. Amma təbii ki, onun Türkiyə üçün xidmətləri olub. Atatürk faktiki şəkildə özünü İslam dünyasının düşməni kimi aparırdı. Xilafətə son qoydu.

- Osmanlı onsuz da dağılırdı. Bunu Atatürkün üstünə niyə atırsınız?

- Bəli, dağılırdı. Mən siyasi məqamları kənara qoyuram. Atatürk isə insanlara bir çox şeyi zorla etdirirdi. Geyimlərə müdaxilə edirdi. Dindarlara qarşı amansız idi. Son nəticədə Atatürk avtoritar bir siyasi rəhbər olub. Ərdoğan Atatürklə müqayisədə çox demokratikdir. Ən azından ona görə ki, Atatürkün zamanında bir partiya olub.

- O dövrə baxmaq lazımdır – ölkə hələ yeni qurulmuşdu. Bir ingilis hərbçisi var, onun bu ifadəsinə fikir verin: “Atatürk Türkiyədə bir daha diktator olmasın deyə, özü diktator olmuşdu”. Söhbət diktator olub-olmamaqdan getmir, amma Atatürk çox iş görüb və bu, müqayisəyə gəlmir.

- İngiltərə də, ABŞ da müharibə aparıb. Amma seçkiləri də olub, demokratik də keçirilib. Corc Vaşinqton heç nədən bir dövlət yaratmışdı. Amma avtoritar, monarx olmadı. Avtoritarlıq bəzi məsələlərdə lazımdır. Amma Atatürkün demokrat, liberal olmasını demək absurddur. Ərdoğanı Atatürklə bu məsələlərdə müqayisə etmək uğursuzdur.

 

Atatürk Türkiyəni işğaldan azad edib, bu, böyük işdir. Ancaq Atatürk olmasaydı, hesab edirəm ki, bunu başqası edəcəkdi. Türkiyə kimi dövləti onsuz da zəbt etmək mümkün deyildi. Çünki 20-ci əsrdə Türkiyədən də bərbad vəziyyətdə olan müsəlman dövlətləri azad oldular. 

 

Atatürkdən başlayaraq Türkiyə rəhbərləri Qərbin əlaltısı olublar. Ərdoğan isə ən azı bu məsələyə son qoydu. Türkiyə artıq müstəqil siyasət aparır. Təbii ki, Ərdoğanı da ideallaşdırmıram. Onun da siyasətində səhvlər var.


Aqşin KƏRİMOV
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Vəliyev Famil Qələndar oğlu
29.10.2018, 15:35

Aqşin bəy, müsahibə üçün daha intellektual səviyyəli bir ziyalı seçməyiniz daha məqsədə uyğun olardı.

fatma cengiz
31.10.2018, 19:56

şu fars dusunceliden başka röportaj yapacak adam bulamadınızmı? böyle sapık ve sapkın zihniyetlere pirim yaptırıp reklam ettiğiniz için bir türk olarak kınıyorum sizi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İlham Əliyev  Davosda “Total” şirkətinin rəhbəri ilə görüşdü
22.01.2019, 20:16

İlham Əliyev  Davosda “Total” şirkətinin rəhbəri ilə görüşdü

Mədət Quliyevin sosial şəbəkələrdə heç bir səhifəsi yoxdur - DTX-dan AÇIQLAMA
22.01.2019, 20:03

Mədət Quliyevin sosial şəbəkələrdə heç bir səhifəsi yoxdur - DTX-dan AÇIQLAMA

Sabah Bakının bir hissəsi qazsız qalacaq
22.01.2019, 19:43

Sabah Bakının bir hissəsi qazsız qalacaq

Prezident Vahid Ələkbərovla görüşdü
22.01.2019, 19:37

Prezident Vahid Ələkbərovla görüşdü

İlham Əliyev: “Azərbaycan KTMT-yə üzv olmağı planlaşdırmır”
22.01.2019, 19:25

İlham Əliyev: “Azərbaycan KTMT-yə üzv olmağı planlaşdırmır”

“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!
22.01.2019, 19:03

“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!

Ramil Usubov əməliyyat müşavirəsi keçirdi – 241 cinayətkar qrup ifşa edilib
22.01.2019, 18:57

Ramil Usubov əməliyyat müşavirəsi keçirdi – 241 cinayətkar qrup ifşa edilib

UNEC pedaqoji heyətin potensialının artırılması üzərində daim çalışır
22.01.2019, 18:52

UNEC pedaqoji heyətin potensialının artırılması üzərində daim çalışır

İki səfir Əbülfəs Qarayevin qəbulunda
22.01.2019, 18:49

İki səfir Əbülfəs Qarayevin qəbulunda

Ayyət Əhməd Elçin Mirzəbəylinin şeirini fransız dilinə tərcümə etdi 
22.01.2019, 18:36

Ayyət Əhməd Elçin Mirzəbəylinin şeirini fransız dilinə tərcümə etdi 

Zakir Həsənov yeni istifadəyə verilən obyektlərlə tanış oldu
22.01.2019, 18:32

Zakir Həsənov yeni istifadəyə verilən obyektlərlə tanış oldu

Mehman Hüseynov Əli Abdalovla barışdı - VİDEO
22.01.2019, 18:17

Mehman Hüseynov Əli Abdalovla barışdı - VİDEO

Marşrut daşıyıcılarının sayı azaldılıb
22.01.2019, 18:13

Marşrut daşıyıcılarının sayı azaldılıb

Bu ilin sonunadək bütün avtobuslar “BakıKart”a keçəcək
22.01.2019, 18:04

Bu ilin sonunadək bütün avtobuslar “BakıKart”a keçəcək

Avtobus sürücüləri üçün istirahət yerləri ayrılacaq - Bakıda İLK
22.01.2019, 17:46

Avtobus sürücüləri üçün istirahət yerləri ayrılacaq - Bakıda İLK

Parkinqlərdən yığılan pullar qanunsuzdur - Agentlik rəhbərindən İTTİHAM
22.01.2019, 17:38

Parkinqlərdən yığılan pullar qanunsuzdur - Agentlik rəhbərindən İTTİHAM

Bakıda 45 gündə qanunsuz parklanmaya görə 53 min protokol yazılıb
22.01.2019, 17:19

Bakıda 45 gündə qanunsuz parklanmaya görə 53 min protokol yazılıb

Manatın məzənnəsi dəyişdi?
22.01.2019, 17:12

Manatın məzənnəsi dəyişdi?

Bakıdakı bəzi küçələrdə parklanmalara icazə veriləcək - RƏSMİ  
22.01.2019, 16:56

Bakıdakı bəzi küçələrdə parklanmalara icazə veriləcək - RƏSMİ  

Mədəniyyət Nazirliyində kadr DƏYİŞİKLİYİ - Vüqar Qədirov rəis təyin olundu
22.01.2019, 16:49

Mədəniyyət Nazirliyində kadr DƏYİŞİKLİYİ - Vüqar Qədirov rəis təyin olundu

Rövşən Rzayev şikayətləri dinlədi, həlli üçün tapşırıq verdi
22.01.2019, 16:45

Rövşən Rzayev şikayətləri dinlədi, həlli üçün tapşırıq verdi

Bakı Nəqliyyat Agentliyinin sədri: “Fevraldan 240 taksi duracağı tikiləcək”  
22.01.2019, 16:44

Bakı Nəqliyyat Agentliyinin sədri: “Fevraldan 240 taksi duracağı tikiləcək”  

Hindistanlı turistlərin Azərbaycana axını başladı
22.01.2019, 16:42

Hindistanlı turistlərin Azərbaycana axını başladı

Azərbaycanın Livandakı səfiri: “Nəsiminin məzarı qohumlarının nəzarəti altındadır” - MÜSAHİBƏ    
22.01.2019, 16:38

Azərbaycanın Livandakı səfiri: “Nəsiminin məzarı qohumlarının nəzarəti altındadır” - MÜSAHİBƏ  

FAO Azərbaycan tərəfdaşlıq proqramının açılış mərasimi keçirilib
22.01.2019, 16:37

FAO Azərbaycan tərəfdaşlıq proqramının açılış mərasimi keçirilib

Rusiyada yenə hərbi təyyarə qəzası: 2 ölü
22.01.2019, 16:28

Rusiyada yenə hərbi təyyarə qəzası: 2 ölü

Rusiyanın strateji nüvə bombardmançısı qəzaya uğradı
22.01.2019, 16:19

Rusiyanın strateji nüvə bombardmançısı qəzaya uğradı

Hüquqi şəxslərin rəsmi qeydiyyatı 1 prosedurla 20 dəqiqəyə həll ediləcək
22.01.2019, 16:16

Hüquqi şəxslərin rəsmi qeydiyyatı 1 prosedurla 20 dəqiqəyə həll ediləcək

Milli Məclisin Hesablayıcı komissiyası yenidən formalaşdırılır - ÖZƏL  
22.01.2019, 16:05

Milli Məclisin Hesablayıcı komissiyası yenidən formalaşdırılır - ÖZƏL  

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuraya xəbərdarlıq etdi
22.01.2019, 16:01

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuraya xəbərdarlıq etdi

Sərnişin təyyarəsinin Əfqanıstana uçmasını istəyən şəxs yaxalandı
22.01.2019, 16:00

Sərnişin təyyarəsinin Əfqanıstana uçmasını istəyən şəxs yaxalandı

“Azərbaycanın hüquqi dövlət olduğu bir daha nümayiş etdirildi” - Deputat
22.01.2019, 15:48

“Azərbaycanın hüquqi dövlət olduğu bir daha nümayiş etdirildi” - Deputat

Heyvan kəsimi məntəqələrinin sahibləri cəzalandırıldı - BİNƏQƏDİDƏ
22.01.2019, 15:46

Heyvan kəsimi məntəqələrinin sahibləri cəzalandırıldı - BİNƏQƏDİDƏ

Parlament Əməkdaşlıq Komitəsinin həmsədri: “Azərbaycanda tənqid etmək problemi yoxdur” - MÜSAHİBƏ
22.01.2019, 15:38

Parlament Əməkdaşlıq Komitəsinin həmsədri: “Azərbaycanda tənqid etmək problemi yoxdur” - MÜSAHİBƏ

Daşkəsəndə narkotacir tutuldu
22.01.2019, 15:22

Daşkəsəndə narkotacir tutuldu

Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Mehman Hüseynovla bağlı bəyanat yaydı
22.01.2019, 15:21

Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Mehman Hüseynovla bağlı bəyanat yaydı

İlham Əliyev Gürcüstan Baş naziri ilə görüşüb
22.01.2019, 15:07

İlham Əliyev Gürcüstan Baş naziri ilə görüşüb

Bakıda qumarxana aşkarlandı - FOTOLAR
22.01.2019, 15:04

Bakıda qumarxana aşkarlandı - FOTOLAR

İham Əliyev Dünya Bankının baş icraçı direktoru ilə görüşüb - FOTO
22.01.2019, 15:00

İham Əliyev Dünya Bankının baş icraçı direktoru ilə görüşüb - FOTO

Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib
22.01.2019, 14:59

Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib

Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda
22.01.2019, 14:53

Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda

“Azərsu” sayğaclarla bağlı elektron xidməti istifadəyə verdi
22.01.2019, 14:48

“Azərsu” sayğaclarla bağlı elektron xidməti istifadəyə verdi

Media etikası - bizdə ona böyük ehtiyac var
22.01.2019, 14:39

Media etikası - bizdə ona böyük ehtiyac var

İlham Əliyev “SAP SE” şirkətinin baş icraçı direktoru ilə görüşdü - FOTO
22.01.2019, 14:33

İlham Əliyev “SAP SE” şirkətinin baş icraçı direktoru ilə görüşdü - FOTO

Azərbaycanlını evində girov saxlayan erməni general yenidən həbs olunur
22.01.2019, 14:25

Azərbaycanlını evində girov saxlayan erməni general yenidən həbs olunur

Ərəb brakonyerlər 4330 manat cərimələndi
22.01.2019, 14:19

Ərəb brakonyerlər 4330 manat cərimələndi

Koreyanın səfiri ADU-da olub
22.01.2019, 14:07

Koreyanın səfiri ADU-da olub

Bakıda iki “Mercedes” toqquşdu, tıxac yarandı
22.01.2019, 13:59

Bakıda iki “Mercedes” toqquşdu, tıxac yarandı

“Hyundai” üç piyadanı vurdu - biri öldü
22.01.2019, 13:50

“Hyundai” üç piyadanı vurdu - biri öldü

Paşinyan yenə Moskvaya səfər edəcək
22.01.2019, 13:26

Paşinyan yenə Moskvaya səfər edəcək

ARXİV