Modern.az

Azərbaycan, Ukrayna və Belarus XİN başçıları bir araya gələcək

Azərbaycan, Ukrayna və Belarus XİN başçıları bir araya gələcək

9 Dekabr 2009, 12:11

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralda Belarusa səfər edəcək. Minskdə Azərbaycan, Ukrayna və Belarus XİN başçıları bir araya gələcək. Modern.az-ın Belarus mətbuatına istinadən yaydığı məlumata görə, bu barədə Belarus Xarici İşlər Nazirliyi mətbuat xidmətinin bugünkü açıqlamasında bildirilir.  Görüşün 2010-cu ilin fevralın ilk ongünlüyündə keçirilməsi nəzərdə tütulub.  Mətbuat xidməti xəbər verib ki, bu görüş barədə Azərbaycan, Ukrayna və Belarus XİN başçıları Brüsseldə Şərq tərəfdaşlığı proqramı çərsivəsində keçirilən sammitin nəticələrinə əsasən qərar qəbul ediblər.

Üç

ölkənin xarici  siyasət idarələrinin başçıları fevral toplantısında Şərq tərəfdaşlığı təşəbbüslər çərçivəsində birgə layihələri, o cümlədən  Avrasiya neft-nəqliyyat dəhlizinin yaradılması layihəsini müzakirə edəcəklər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir