Modern.az

Elnur Kələntərli Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi təyin olundu

Elnur Kələntərli Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi təyin olundu

Media

29 Oktyabr 2018, 15:41

Dövlət Miqrasiya Xidmətində (DMX) növbəti kadr dəyişikliyi olub.

 

Modern.az "Report"a istinadən məlumat verir ki, DMX-nın İctimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini, I dərəcəli miqrasiya xidməti qulluqçusu, əməkdar jurnalist Füzuli İsmayılov vəzifəsindən azad edilib.

 

İdarənin rəis müavini vəzifəsinə jurnalist Elnur Kələntərli təyin edilib.

 

Qeyd edək ki, Elnur Kələntərli 25 aprel 1976-cı ildə Bakı şəhərində doğulub. “Space” televiziya kanalında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və digər qurumlarda çalışıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi