Modern.az

“Azərbaycan-Türkiyə münasibətləri xalqlarımızın iradəsindən qaynaqlanır” - Novruz Məmmədov

“Azərbaycan-Türkiyə münasibətləri xalqlarımızın iradəsindən qaynaqlanır” - Novruz Məmmədov

29 Oktyabr 2018, 20:41

“Azərbaycan-Türkiyə münasibətləri milli-mənəvi və mədəni dəyərləri ilə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır. Hazırda dünyada bir-birinə bu qədər yaxın olan iki dövlət tapmaq çətindir”. Modern.az xəbər verir ki, bunu Baş Nazir Novruz Məmmədov Türkiyə Cümhuriyyətinin 95-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə bildirib.

 

Baş nazir bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanı tanıyan ilk dövlət Türkiyə olub: "Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" ifadələri münasibətlərimizin əsl mahiyyətini nümayiş etdirir. İftixarla qeyd etmək olar ki, qurtuluş savaşından sonra Türkiyə Cümhuriyyətinin elan olunması mürəkkəb geosiyasi vəziyyətdə böyük hadisə idi. Bu illər ərzində Türkiyə böyük inkişaf yolu keçərək şərəfli yüksəlişə nail olub, inkişaf etmiş ölkələrlə bir cərgədə yerini tutub, regionda və dünyada söz sahiblərindən birinə çevrilib".

 

O bildirib ki, müstəqilliyinin ilk illərindən etibarən Türkiyə Azərbaycanın dövlət quruculuğu yolunda atdığı addımları daim dəstəkləyib, həmişə Azərbaycanın haqq işi ilə bağlı səsini ucaldıb. N.Məmmədov vurğulayıb ki, ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə Azərbaycan xalqının yanında olub və bu, böyük dostluğumuzu, qardaşlığımızı nümayiş etdirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir