Modern.az

Oqtay Əsədov İstanbulda yeni hava limanının açılışında - FOTO

Oqtay Əsədov İstanbulda yeni hava limanının açılışında - FOTO

29 Oktyabr 2018, 20:58

İstanbulda yeni inşa olunan  hava limanının bu gün keçirilən açılış mərasimində Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Modern.az  xəbər verir ki, tədbirdə yeni hava limanından ilk daxili uçuşun Ankaraya, xarici uçuşun isə Şimali Kiprə və Azərbaycana ediləcəyi bildirilib.

 

Qeyd edək ki, 76,5 milyon kvadratmetrlik ərazini əhatə edən yeni aeroportun birinci hissəsinin tikintisinə 6 milyard avro sərmayə yatırılıb. Bu hissə il ərzində 90 milyon sərnişinə xidmət göstərəcək.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni aeroportun sadəcə hava limanı deyil, zəfər abidəsi olduğunu deyib.

 

İstanbul aeroportunun tikintisinin 2028-ci ilədək tamamlanması nəzərdə tutulur. Aeroport tam istifadəyə verildikdən sonra hər gün 2 min təyyarə qəbul edəcək və yola salacaq. 350 istiqamətə uçuşları həyata keçirəcək hava limanı dünyanın 250 aviaşirkətinə xidmət göstərəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir