15 noyabr 2018, Cümə axşamı
Ana Səhifə - ÖLKƏ - “Bütün sahələrdə şəffaflıq, dürüstlük “ASAN xidmət” mərkəzlərinin səviyyəsinə qalxmalıdır”
“Bütün sahələrdə şəffaflıq, dürüstlük “ASAN xidmət” mərkəzlərinin səviyyəsinə qalxmalıdır”
29.10.2018, 21:51

“Korrupsiya, rüşvətxorluqla bağlı apardığımız mübarizə “ASAN xidmət” mərkəzlərində tam bərqərar olub və bu, bütün dövlət qurumları üçün nümunədir, örnəkdir. Mən öz çıxışlarımda dəfələrlə demişəm ki, Azərbaycanda bütün sahələrdə şəffaflıq, dürüstlük “ASAN xidmət” mərkəzlərinin səviyyəsinə qalxmalıdır və biz tədricən bu hədəfə də çatırıq”.


Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şəki “ASAN Həyat” kompleksinin açılışında çıxışı zamanı bildirib.

 

“Mən çox şadam ki, Şəki şəhərində belə gözəl Kompleks yaradılıb və işə başlayıbdır. Burada Şəki gəncləri üçün iş yerləri yaradılıbdır. Sizə 190 iş yeri təqdim edilir. Şadam ki, burada işləyənlərin mütləq əksəriyyəti gənclərdir, o cümlədən qızlardır. Eyni zamanda, mənə verilən məlumata görə, Kompleksdə 50 könüllü fəaliyyət göstərəcək. Beləliklə, vətəndaşlara 240 nəfər ən yüksək səviyyəli xidmət göstərəcək. Çünki “ASAN Həyat” kompleksləri, “ASAN xidmət” mərkəzləri, ümumiyyətlə, dünya miqyasında ən yüksək ictimai xidmət göstərən qurumlardan biridir. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl BMT ictimai xidmətlər üzrə “ASAN xidmət”ə xüsusi mükafat təqdim etmişdir. Bildiyiniz kimi, bu təcrübə bir neçə ölkədə öyrənilir və “ASAN xidmət” üzrə bir neçə ölkə ilə müvafiq sənədlər imzalanıb. Bu, onu göstərir ki, bu xidmət indi dünya miqyasında böyük maraq doğurur. Bu, bizi çox sevindirir, çünki bu, bizim intellektual məhsulumuzdur. Mən dəfələrlə demişəm ki, “ASAN” Azərbaycanın milli brendidir. Biz öz intellektual məhsulumuzu vətəndaşlara təqdim edirik, eyni zamanda, dünyaya göstəririk ki, Azərbaycan bu sahədə də liderdir",- deyə Dövlət başçısı qeyd edib.

 

Prezident İlham Əliyev vurğulayıb ki, “ASAN xidmət” mərkəzlərinin yaradılması ölkəmizdə ictimai xidmətlər sahəsində bir inqilab idi: “Çünki biz hamımız yaxşı bilirik ki, bu sahə ən çox narazılıq doğuran sahə idi. Bu gün Azərbaycanda fəaliyyət göstərən 15 mərkəzdə, - bu, 15-ci mərkəzdir, - ən yüksək xidmət göstərilir və bu mərkəzlərdə bürokratiya, rüşvətxorluq, korrupsiya, süründürməçilik sıfır səviyyəsindədir. Təsadüfi deyil ki, vətəndaşların “ASAN xidmət” fəaliyyətinə verdiyi qiymət də 100 faiz müsbətdir, bəyənmə əmsalı 100 faizə yaxındır.

Bu ay İmişli “ASAN Həyat” kompleksinin açılışında olarkən, onu işə salarkən lövhədə gördüm ki, 24 milyondan çox müraciət edilib. Ancaq bu gün Şəki kompleksini işə salarkən lövhədə gördüm ki, müraciətlərin sayı artıq 25 milyona yaxınlaşıb. Bu, onu göstərir ki, qısa müddət ərzində çox sayda müraciət olub və biz artıq 25 milyon rəqəminə yaxınıq. Güman edirəm ki, bir neçə gündən sonra biz bu rəqəmə də çatacağıq. Növbəti illərdə, xüsusilə gələn il ən azı 5 mərkəz yaradılacaq. Beləliklə, bölgələrdə “ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatacaq və Azərbaycan vətəndaşlarına 5-i Bakıda olmaqla 20 mərkəz xidmət göstərəcək.

Bu mərkəzlərin yaradılmasında Azərbaycanın uğurlu siyasəti öz əksini tapır. “ASAN xidmət” mədəni xidmətdir, “ASAN xidmət” ən yüksək səviyyəli innovativ metodları vətəndaşlara təqdim edən mərkəzdir. Korrupsiya, rüşvətxorluqla bağlı apardığımız mübarizə “ASAN xidmət” mərkəzlərində tam bərqərar olub və bu, bütün dövlət qurumları üçün nümunədir, örnəkdir. Mən öz çıxışlarımda dəfələrlə demişəm ki, Azərbaycanda bütün sahələrdə şəffaflıq, dürüstlük “ASAN xidmət” mərkəzlərinin səviyyəsinə qalxmalıdır və biz tədricən bu hədəfə də çatırıq.

“ASAN xidmət”də bizim gənclər siyasətimiz özünü göstərir, çünki “ASAN xidmət” mərkəzlərində işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Gənclər üçün iş yerləri yaradılır. Azərbaycanda könüllülər hərəkatı öz fəaliyyətinə “ASAN xidmət”də start vermişdir. Deyə bilərəm ki, “ASAN xidmət”ə qədər Azərbaycanda könüllülər hərəkatı demək olar mövcud deyildi. Bu sahədə ilk addımı məhz “ASAN xidmət” atmışdır və son illər ərzində ölkəmizdə keçirilmiş Avropa və İslam Oyunlarında minlərlə könüllü öz gözəl xidmətini göstərmişdir. Bu günə qədər bütün “ASAN xidmət” mərkəzlərində minlərlə könüllü təcrübə qazanıb, təlim keçib, vətəndaşlarla təmasda olub və artıq müstəqil həyata tam hazırdır. “ASAN xidmət” kadr hazırlığı baxımından da çox uğurlu təşəbbüsdür və bu xidmətlərdə bu sahədə də apardığımız işlər öz əksini tapır”.

 

Dövlət başçısı qeyd edib ki, “ASAN” son vaxtlar öz fəaliyyət dairəsini genişləndirir: “Mən dəfələrlə demişəm, o sahələr ki, bu gün vətəndaşlar tərəfindən bəyənilmir, narazılıq doğurur, o sahələrə “ASAN xidmət”in yanaşması mütləq gətirilməlidir. Təsadüfi deyil ki, mərkəzlərdə göstərilən xidmətlərin sayı da getdikcə artır. Bax, bu mərkəzdə 320 xidmət göstərilir. Biz birinci “ASAN xidmət” mərkəzlərində təqribən 100, ondan sonra 200 xidmətə çata bilmişik. İndi xidmətlərin sayı çoxalır və getdikcə çoxalacaq. “ASAN xidmət” ölkəmiz üçün çox vacib olan sahəni - özünüməşğulluq sahəsini inkişaf etdirir, “ABAD” mərkəzləri fəaliyyət göstərir. O cümlədən bu gün Şəki şəhərində “ABAD” mərkəzinin açılışı olacaqdır. Ailə-fermer təsərrüfatlarının səmərəli fəaliyyəti üçün “ASAN” mərkəzlərinin xüsusi rolu var. Yəni, bu mərkəzlər demək olar ki, ölkə qarşısında duran vəzifələrin bir çoxunu əhatə edir və nümunə göstərir, yol göstərir, yanaşma göstərir. Təsadüfi deyil ki, vətəndaşlar bu mərkəzləri çox bəyənirlər. Şəki “ASAN Həyat” kompleksində 2 kinoteatr fəaliyyət göstərir.

Mən maraqlandım ki, Şəki şəhərində kinoteatr var? Mənə dedilər ki, yoxdur. İndi iki kinoteatr olacaq. Gənclərin, vətəndaşların asudə vaxtlarının səmərəli keçirilməsi üçün “ASAN” mərkəzləri xüsusi rol oynayır, nəinki Şəkidə, “ASAN xidmət”in mövcud olduğu bütün şəhərlərdə. Məhz buna görə mən qarşıya vəzifə qoymuşam ki, biz “ASAN xidmət” mərkəzlərinin sayını getdikcə artırmalıyıq. Bu mərkəz bir neçə rayonun - Şəki, Oğuz, Zaqatala, Qax, Balakən rayonlarının vətəndaşlarına xidmət göstərəcək. Gələcəkdə bu bölgədə yeni mərkəz yaradılacaq ki, vətəndaşlar üçün daha rahat olsun. Bir sözlə, biz “ASAN xidmət” mərkəzlərində öz uğurlu siyasətimizi görürük”.

 

Dövlət başçısı bildirib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində bütün bölgələrdə çox böyük quruculuq, abadlıq işləri aparılır, o cümlədən Şəki rayonunda:

“Şəki bizim qədim tarixi şəhərimizdir, nəinki Azərbaycanda, bütün bölgədə öz təbiəti, memarlığı, mətbəxi ilə fərqlənən şəhərdir. Şəkinin tarixi simasını qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur, Azərbaycan dövlətinin borcudur və biz bunu edirik. Şəki öz qədim tarixi simasını saxlayaraq inkişaf edir, müasirləşir. Şəki rayonunda böyük infrastruktur layihələri icra edilir. Deyə bilərəm ki, son illər ərzində görülən işlər nəticəsində qazlaşdırma 82 faizə çatıbdır. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Şəkidə 87 meqavat gücündə elektrik stansiyası tikilmişdir. İndi biz Şəkinin içməli su layihəsinin icrası ilə məşğuluq. Mən göstəriş vermişəm ki, bu layihənin icrası daha da sürətlə getsin.

Bu gün biz kənd yolu layihəsinin açılışını qeyd etdik. Komplekslə üzbəüz Şəki Rayon Mərkəzi Xəstəxanası yerləşir. Mən o xəstəxananın açılışında şəxsən iştirak etmişəm. Olimpiya Kompleksi, 30-dan çox məktəb tikilib, təmir edilib və bir çox istirahət zonaları, otellər fəaliyyət göstərir. Şəki indi beynəlxalq turizm mərkəzinə çevrilir. Təbii ki, turistləri Şəkiyə cəlb edən bir çox amillər var – Şəkinin tarixi, memarlığı, mətbəxi, Şəki sənətkarlarının əl işləri və şəkililərin qonaqpərvərliyi. Əlbəttə, bütün bu amilləri nəzərə alaraq, biz çalışmalıyıq və çalışacağıq ki, Şəki rayonunu daha da sürətlə inkişaf etdirək, bu günə qədər öz həllini tapmamış bütün məsələləri həll edək.

Şəki-Balakən yolunun təmiri tam başa çatıb. Əvvəlki səfərlərdə mən Şəki-Qax avtomobil yolunun açılışını etmişəm. İndi Bakı-Şəki yolunun tam işə salınması istiqamətində böyük işlər gedir. Hər iki istiqamətdə - həm Yevlax, həm Şamaxı istiqamətində gedən yolların mütləq əksəriyyəti çox gözəl səviyyədədir. Yəni, gələcəkdə Şəkinin sürətli inkişafı üçün əlavə tədbirlər görüləcək. Bu səfər nəticəsində Şəki şəhərində 960 şagird yerlik yeni məktəbin, 48 mənzilli evin tikintisi ilə bağlı sərəncam imzalanacaqdır. Digər layihələr icra ediləcək. Şadam ki, Şəki şəhərində gözəl “ASAN Həyat” kompleksi fəaliyyət göstərir. Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram. Vətəndaşlara yaxşı xidmət göstərin”.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Sabahdan avtomobillərdə pərdə və jalüzlər qadağan olunacaq
15.11.2018, 23:24

Sabahdan avtomobillərdə pərdə və jalüzlər qadağan olunacaq

“Nağdsız ödəniş edənlərə vergi güzəştləri nəzərdə tutulur”- Mikayıl Cabbarov
15.11.2018, 23:10

“Nağdsız ödəniş edənlərə vergi güzəştləri nəzərdə tutulur”- Mikayıl Cabbarov

Maştağada qəbirqazan “iş başında” öldü
15.11.2018, 22:58

Maştağada qəbirqazan “iş başında” öldü

Trampdan Fətullah Gülənin Türkiyəyə ekstradisiyası üçün göstəriş
15.11.2018, 22:41

Trampdan Fətullah Gülənin Türkiyəyə ekstradisiyası üçün göstəriş

Azərbaycan komandası məğlub oldu
15.11.2018, 22:27

Azərbaycan komandası məğlub oldu

Sumqayıtda yaşlı kişi intihar edib
15.11.2018, 22:16

Sumqayıtda yaşlı kişi intihar edib

Azərbaycana iş üçün gələn Türkiyə vətəndaşlarının sayı xeyli azalıb
15.11.2018, 22:07

Azərbaycana iş üçün gələn Türkiyə vətəndaşlarının sayı xeyli azalıb

OPEC-in yeni prezidentinin adı açıqlandı
15.11.2018, 21:54

OPEC-in yeni prezidentinin adı açıqlandı

Agentlik Bakıdakı dəhşətli tıxaca görə bu qurumları GÜNAHKAR sayır
15.11.2018, 21:42

Agentlik Bakıdakı dəhşətli tıxaca görə bu qurumları GÜNAHKAR sayır

Yunanıstanda Gürcüstan vətəndaşına 290 il həbs cəzası verildi
15.11.2018, 21:30

Yunanıstanda Gürcüstan vətəndaşına 290 il həbs cəzası verildi

Əhali 10 ayda dərmana təqribən 400 milyon manat xərcləyib
15.11.2018, 21:16

Əhali 10 ayda dərmana təqribən 400 milyon manat xərcləyib

Qaşıqçı cinayətinə görə 17 nəfərə sanksiya tətbiq edildi
15.11.2018, 21:03

Qaşıqçı cinayətinə görə 17 nəfərə sanksiya tətbiq edildi

Avtobus qəzasında xeyli insan yaralandı
15.11.2018, 20:48

Avtobus qəzasında xeyli insan yaralandı

Baş nazir istefaya göndərilir
15.11.2018, 20:37

Baş nazir istefaya göndərilir

“Instagram” Prezidentin səhifəsini yenidən bağladı
15.11.2018, 20:28

“Instagram” Prezidentin səhifəsini yenidən bağladı

Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi ilə bağlı Dövlət Proqramı təsdiqlənib
15.11.2018, 20:15

Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi ilə bağlı Dövlət Proqramı təsdiqlənib

Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir - FOTO
15.11.2018, 20:03

Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir - FOTO

Bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir
15.11.2018, 19:39

Bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir

Universitetdə “Aprel şəhidləri”nin xatirəsi yad olundu - FOTO+VİDEO
15.11.2018, 19:35

Universitetdə “Aprel şəhidləri”nin xatirəsi yad olundu - FOTO+VİDEO

Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib
15.11.2018, 19:02

Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

Sabah Lənkəranda su kəsiləcək
15.11.2018, 18:54

Sabah Lənkəranda su kəsiləcək

Qarabağ İcması Bako Saakyanın Fransaya qanunsuz səfərini pisləyib
15.11.2018, 18:38

Qarabağ İcması Bako Saakyanın Fransaya qanunsuz səfərini pisləyib

UNEC-də Türkiyə Universitetləri ilə əməkdaşlığa həsr olunan konfrans - FOTO
15.11.2018, 18:24

UNEC-də Türkiyə Universitetləri ilə əməkdaşlığa həsr olunan konfrans - FOTO

Peruda məhbuslar qiyam etdi - 4 nəfər girov götürülüb
15.11.2018, 18:19

Peruda məhbuslar qiyam etdi - 4 nəfər girov götürülüb

İlham Əliyev Əvəz Qocayevə fəxri ad verdi
15.11.2018, 17:49

İlham Əliyev Əvəz Qocayevə fəxri ad verdi

Nəsiminin 650 illik yubileyi qeyd ediləcək
15.11.2018, 17:44

Nəsiminin 650 illik yubileyi qeyd ediləcək

Eldar Əzizov Bakı meriyasına yeni mətbuat katibi gətirdi
15.11.2018, 17:34

Eldar Əzizov Bakı meriyasına yeni mətbuat katibi gətirdi

Şükür Astanova Prezidentin fərdi təqaüdü verilib
15.11.2018, 17:28

Şükür Astanova Prezidentin fərdi təqaüdü verilib

İlham Əliyev onları təltif etdi - SİYAHI
15.11.2018, 17:27

İlham Əliyev onları təltif etdi - SİYAHI

Azərbaycan Hotel Assosiasiyasının I Baş Assambleyası keçiriləcək
15.11.2018, 17:27

Azərbaycan Hotel Assosiasiyasının I Baş Assambleyası keçiriləcək

Dövlət başçısı yol tikintisinə 6,6 milyon ayırdı
15.11.2018, 17:24

Dövlət başçısı yol tikintisinə 6,6 milyon ayırdı

Prezident Əli Həsənova yeni vəzifə tapşırdı
15.11.2018, 17:21

Prezident Əli Həsənova yeni vəzifə tapşırdı

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
15.11.2018, 17:10

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Diplomatlar üçün ixtisasartırma kursları təşkil olundu
15.11.2018, 17:04

Diplomatlar üçün ixtisasartırma kursları təşkil olundu

Daha 110 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRAR
15.11.2018, 16:52

Daha 110 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRAR

Amerika Ordusunun azərbaycanlı polkovnikinə atası Əskər həkim nə demişdi?
15.11.2018, 16:34

Amerika Ordusunun azərbaycanlı polkovnikinə atası Əskər həkim nə demişdi?

Biləsuvarda qanunsuz ov edən 3 nəfər saxlanıldı
15.11.2018, 16:26

Biləsuvarda qanunsuz ov edən 3 nəfər saxlanıldı

QHT Şurası 2019-cu il üçün 1-ci qrant müsabiqəsi elan etdi - ŞƏRTLƏR   
15.11.2018, 16:25

QHT Şurası 2019-cu il üçün 1-ci qrant müsabiqəsi elan etdi - ŞƏRTLƏR  

Abel Məhərrəmov rektor vəzifəsindən AZAD EDİLDİ
15.11.2018, 16:02

Abel Məhərrəmov rektor vəzifəsindən AZAD EDİLDİ

Bakı kəndlərindən gələn avtobusların dayanacaq yeri dəyişdirilir - FOTO
15.11.2018, 15:59

Bakı kəndlərindən gələn avtobusların dayanacaq yeri dəyişdirilir - FOTO

Neftin ölkənin ümumi ixracındakı payı artıb
15.11.2018, 15:50

Neftin ölkənin ümumi ixracındakı payı artıb

Bakıda sərnişin avtobusu yandı
15.11.2018, 15:50

Bakıda sərnişin avtobusu yandı

Birgə Komissiyanın gələn il üzrə iş planı təsdiqləndi
15.11.2018, 15:39

Birgə Komissiyanın gələn il üzrə iş planı təsdiqləndi

Əli Həsənovun köməkçisi açıqlama verdi: “Yalandır”
15.11.2018, 15:38

Əli Həsənovun köməkçisi açıqlama verdi: “Yalandır”

Azərbaycana düz bağırsağında narkotik keçirmək istədi
15.11.2018, 15:22

Azərbaycana düz bağırsağında narkotik keçirmək istədi

XİN Ukraynadakı səfirliyimizin işini Baş Prokurorluğa verdi - RƏSMİ   
15.11.2018, 15:20

XİN Ukraynadakı səfirliyimizin işini Baş Prokurorluğa verdi - RƏSMİ  

Putin: “Neftin 1 bareli 70 dollar olmalıdır”
15.11.2018, 15:02

Putin: “Neftin 1 bareli 70 dollar olmalıdır”

İlham Əliyev Beynəlxalq Paralimpiya Komitəsinin prezidentini qəbul edib - YENİLƏNİB
15.11.2018, 15:02

İlham Əliyev Beynəlxalq Paralimpiya Komitəsinin prezidentini qəbul edib - YENİLƏNİB

Nazirin xalası qızı Bakıdakı Qocalar evində yaşayır - FOTO
15.11.2018, 14:43

Nazirin xalası qızı Bakıdakı Qocalar evində yaşayır - FOTO

Bakı - Sumqayıt - Bakı qatarının hərəkəti məhdudlaşdırılır
15.11.2018, 14:37

Bakı - Sumqayıt - Bakı qatarının hərəkəti məhdudlaşdırılır

ARXİV