Modern.az

Davutoğlu İsraili tənqid etdi

Davutoğlu İsraili tənqid etdi

Dünya

9 Dekabr 2009, 12:17

st1:*{behavior:url(#ieooui) }

Nyu-Yorkda “Mayflower Otel”də Türkiyənin regional siyasətinə həsr olunmuş tədbirdə çıxış edən xarici işlər naziri Əhməd Davutoğlu İsraili kəskin tənqid edib. Modern.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə,  Davutoğlu bəyan edib ki, İsrail Fələstin ərazilərinə hücumlar təşkil etməklə böyük xətalara yol verir. “İsraili ittiham edirik, İsrailin Qəzzaya hücumlarla böyük səhvə yol verdiyini düşünürük. Lakin İsrail hətta böyük xəta işləməklə kifayətlənmədi, fosfor bombalardan istifadə etməklə suç işlədi”-deyə XİN başçısı bildirib. Türkiyənin regiondakı siyasətinin 3 əsas istiqamətdə -  İsrail-Suriya, İsrail-Fələstin və İsrail-Livan əlaqələrinin formalaşmasına xidmət etdiyini deyən Davutoğlu əlavə edib ki, hər 3 istiqamət bir –biri  ilə bağlıdır. Lakin İsrailin Qəzzadakı hərbi əməliyyatları bu istiqamətlərdə uğur əldə edilməsinə mane olur.

 

İranın nüvə problemindən bəhs edən Davutoğlu qeyd edib ki, Ankara qonşuluqda nüvə ölkəsinin olmasını istəmir. “Qonşuluqda nə İranın, nə də İsrailin nüvə ölkəsi olmasını istəmirik. Hansının daha pis olduğuna dair seçim qoyulmamalı. Ən yaxşı seçim heç yerdə nüvə silahının olmaması və sülhpərvər əlaqələrin hökm sürməsidir”-deyə Davutoğlu deyib: “Sadəcə bir nazir olaraq deyil, bir ziyalı, bir insane oğlu olaraq söyləyirəm ki, nüvə silahına heç bir ehtiyac yoxdur”. 

Nüvə silahının təbii fəlakətlərdən daha dağıdıcı olduğuna işarə vuran XİN başçısı qeyd edib ki, əsas hədəfləri nüvəsiz dünya qurmaqdır.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi