Modern.az

Tələbələrin təqaüdü artırılacaq  

Tələbələrin təqaüdü artırılacaq   

30 Oktyabr 2018, 12:52

2019-cu ildə ali, orta ixtisas və ilk texniki peşə məktəblərinin tələbələri və şagirdlərinin, Azərbaycan Milli Elmlər Akademiyası magistrantları və doktorantlarının təqaüdləri artırılacaq.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2019-cu il üzrə büdcə zərfində bildirilib.

Eyni zamanda qeyd edilib ki, ali məktəb tələbələri üçün prezident təqaüdünün məbləği, Prezidentin fərdi təqaüdünün və fəxri adlara görə təqaüdün məbləği artırılmaqla 189,5 milyon manat vəsait proqnozlaşdırılır.


Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər