Modern.az

ABŞ səfirliyi məktəblilər üçün yarışma elan etdi  

ABŞ səfirliyi məktəblilər üçün yarışma elan etdi  

30 Oktyabr 2018, 15:47

ABŞ-ın Azərbaycandakı səfirliyi ölkədəki Amerika Mərkəzləri ilə əməkdaşlıq edərək, məktəblilər üçün "Spelling Bee" yarışmasını elan edir.

 

Bu haqda Modern.az-a səfirlikdən məlumat verilib.

 

Məlumata görə, yarışma Gəncə, Kürdəmir, Salyan və Xaçmazda yerləşən Amerika Mərkəzlərində 12-13, 14-15 və 16-17 yaşlı məktəblilər arasında keçiriləcək.

 

Yarımfinal müsabiqəsində qalib gələnlər finalda iştirak etmək üçün Bakıya yola düşəcəklər. Bir günlük xərclər ABŞ  səfirliyi tərəfindən ödəniləcək.

 

Müsabiqədə iştirak etmək üçün 25 oktyabr – 10 noyabr tarixləri arasında qeydiyyatdan keçmək lazımdır! Qeydiyyatdan keçmək üçün regionunuzdakı Amerika Mərkəzinə qedərək və ya onlayn QEYDİYYATDAN KEÇMƏK ÜÇÜN FORMANI DOLDURMAQ lazımdır: //goo.gl/forms/vIUVqAecenca1hgB2

 

“Spelling Bee” Yarışması ingilis dilini öyrənmək üçün Azərbaycan Təhsil Nazirliyi ilə ABŞ səfirliyi arasında davam edən səylərin bir hissəsidir.

 

Regionlarda keçiriləcək yarimfinal müsabiqəsinin tarixləri:

 

Noyabr 27 – Salyan

Noyabr 29 – Xaçmaz

Dekabr 4 – Kürdəmir

Dekabr 5 – Gəncə

 

Final mərhələsi 15 dekabr 2018-ci il tarixində ABŞ səfirliyi və Azərbaycan Dillər Universitetinin Bakı Amerika Mərkəzində keçiriləcək.  

 

Ətraflı məlumat üçün regionunuzda olan Amerika Mərkəzinin koordinatoru ilə əlaqə saxlayın:

 

Salyan (Səidə Əliyeva, Salyan Mərkəzi Kitabxanası, [email protected])

Xaçmaz (Sevda İsmayılova, Xaçmaz Mərkəzi Kitabxanası, [email protected])

Kürdəmir (Aytən Babaşova, Kürdəmir Mərkəzi Kitabxanası, [email protected])

Gəncə (Gülnaz İsgəndərova, Gəncə Mərkəzi Kitabxanası, [email protected])

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir