18 yanvar 2019, Cümə
Ana Səhifə - PARLAMENT - Deputatlara QADAĞA - Dəyəri 55 manatdan çox olan hədiyyələr əllərindən alınacaq
Deputatlara QADAĞA - Dəyəri 55 manatdan çox olan hədiyyələr əllərindən alınacaq
30.10.2018, 17:32

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna dəyişiklik layihəsi ilk oxunuşda müzakirəyə çıxarılıb. Modern.az-ın məlumatına görə, layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Bildirilib ki, bundan sonra deputatlar onlara təqdim olunan dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclis Aparatına akt üzrə təhvil verəcəklər.

Qanunun 10-cu (Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər) maddəsinə əlavə edilən 10.1-1 bəndinə əsasən, deputat xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz, habelə bu cür hədiyyəni xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsə təklif edə bilməz.

Əlavə edilən 10.3-cü maddəyə əsasən isə deputata qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, deputat onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər deputata ondan asılı olmayan səbəblərdən verilərsə, o bu barədə Milli Məclisin İntizam komissiyasına məlumat verməli və dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclisin Aparatına akt üzrə təhvil verməlidirlər.

Qanuna edilən digər dəyişiklik isə deputatlara tətbiq edilən qadağaların genişləndirilməsini nəzərdə tutur. Qanunun 11-ci (Maraqlar toqquşmasının qarşısının alınması) maddəsi yeni redaksiyada verilir:

Deputat səlahiyyət müddətində maraqlar toqquşmasına yol verməməli, öz səlahiyyətlərindən maraqları üçün istifadə etməməli, maraqlarının onun deputatlıq fəaliyyətinə təsir göstərməsinə şərait yaratmamalı, həmçinin səlahiyyət müddətində deputatlıq səlahiyyəti müddətindən sonrakı dövrlərdə digər sahədəki fəaliyyətinə dəstək yaratmaq məqsədi ilə hər hansı bir hərəkət (hərəkətsizlik) etməməlidir. Deputat hər hansı maraqlı tərəflə ünsiyyət zamanı şəffaflıq və dürüstlük prinsiplərini rəhbər tutmalıdır. Deputatın xidməti vəzifələrinin icrası ilə maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, həmin maraqlar barəsində Milli Məclisin İntizam komissiyasına məlumat verməli və İntizam komissiyasının rəyini öyrənməlidir. Deputat, Milli Məclisin İntizam komissiyasının rəyinə müvafiq alaraq, onun marağının yarandığı məsələ ilə bağlı çıxış edə və ya səsvermədə iştirak edə bilməz. Deputat maraqlar toqquşmasının həlli zamanı ictimai mənafeni həmişə öz maraqlarından üstün tutmalıdır. Milli Məclisin İntizam komissiyasının maraqlar toqquşması barədə rəyi Milli Məclisin rəsmi internet səhifəsində dərc edilir. Maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı müəyyən edilən tələblərdən asılı olmayaraq, deputat Milli Məclisin, onun komitə və komissiyasınının iclası və ya ictimai müzakirə zamanı çıxışından əvvəl müzakirə edilən məsələ ilə bağlı yarana biləcək marağını açıqlamalı, bu barədə iclas sədrinə şifahi formada məlumat verməlidir. Deputatın maraqlar toqquşması ilə bağlı açıqlaması Milli Məclisin iclaslarının stenoqramına daxil edilir və Milli Məclisin internet səhifəsində dərc edilir. Deputat normayaratma prosesində hər hansı maraqlı tərəf, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri və ya digər şəxslərlə keçirdiyi görüşü, həmin görüşün mövzusunu və bununla bağlı onun tərəfindən göstərilən dəstək barədə məlumatları ictimaiyyətə açıqlamalıdır. Bu məlumatlar protokollaşdırılaraq Milli Məclisin Aparatında saxlanılır. Belə görüşlər zamanı təqdim olunmuş rəy və təkliflər Milli Məclisin rəsmi internet səhifəsində dərc edilir.

Dəyişiklik layihəsində bildirilib ki, bu maddədə "maraqlar toqquşması" dedikdə deputatın səlahiyyətlərinin icrası çərçivəsində özünün və yaxın qohumlarının əldə edə biləcəyi maddi və sair nemətlər, imtiyazlar və güzəştlər, habelə onun mənafəyinə toxunan, yaxud toxuna bilən digər maraqlarının həmin deputatın səlahiyyətlərinin obyektiv və qərəzsiz icrasına təsir göstərdiyi və ya göstərə biləcəyi vəziyyət başa düşülür.

Qanunun hazırki 11-ci maddəsi belədir:

“Deputat səlahiyyət müddətində maraqlar toqquşmasına yol verməməli və qanunsuz olaraq öz səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir. Deputat özünün və ya maraqlı şəxslərin mənafelərinin onun vəzifələrini icra etməsinə təsir göstərməsinə yol verməməli və belə təsir üçün şərait yaratmamalıdır. Deputatın xidməti vəzifələri ilə şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, həmin maraqlar barəsində Milli Məclisin İntizam komissiyasına məlumat verməlidir”.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

 


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Çaylarda suyun səviyyəsi artıb
18.01.2019, 18:36

Çaylarda suyun səviyyəsi artıb

Prezident nazirliyin tərkibindəki bu qurumu ləğv etdi
18.01.2019, 18:28

Prezident nazirliyin tərkibindəki bu qurumu ləğv etdi

ÜST: Gürcüstanda “donuz qripi” adlı virus yoxdur
18.01.2019, 18:19

ÜST: Gürcüstanda “donuz qripi” adlı virus yoxdur

Sərnişini xilas etmək üçün əlverişsiz havada uçuş həyata keçirildi
18.01.2019, 18:11

Sərnişini xilas etmək üçün əlverişsiz havada uçuş həyata keçirildi

İstirahət günlərinin hava proqnozu açıqlandı
18.01.2019, 17:58

İstirahət günlərinin hava proqnozu açıqlandı

Tatlı və Düz Qışlaqda növbəti hesabat yığıncağı keçirildi
18.01.2019, 17:44

Tatlı və Düz Qışlaqda növbəti hesabat yığıncağı keçirildi

20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olub
18.01.2019, 17:41

20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olub

Mehriban Əliyeva fəxri medalla təltif edildi
18.01.2019, 17:38

Mehriban Əliyeva fəxri medalla təltif edildi

Nazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDI
18.01.2019, 17:21

Nazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDI

Sabiq birinci katib vəfat edib   
18.01.2019, 17:14

Sabiq birinci katib vəfat edib  

Manatın üçgünlük MƏZƏNNƏSİ
18.01.2019, 17:12

Manatın üçgünlük MƏZƏNNƏSİ

“... musiqi ilə həyat maraqlıdır” - ABŞ-da təhsil alan azərbaycanlı musiqiçi ilə MÜSAHİBƏ
18.01.2019, 17:08

“... musiqi ilə həyat maraqlıdır” - ABŞ-da təhsil alan azərbaycanlı musiqiçi ilə MÜSAHİBƏ

Deputat həkimlərdən ƏDV tutulmasının əleyhinə çıxdı   
18.01.2019, 16:59

Deputat həkimlərdən ƏDV tutulmasının əleyhinə çıxdı  

Metropoliten gücləndirilmiş iş rejiminə keçir
18.01.2019, 16:54

Metropoliten gücləndirilmiş iş rejiminə keçir

Azercell NNTV xidmətini təqdim edir
18.01.2019, 16:46

Azercell NNTV xidmətini təqdim edir

Səhiyyə komitəsi parlamentin iclaslarına hansı sənədlərlə gedir?
18.01.2019, 16:42

Səhiyyə komitəsi parlamentin iclaslarına hansı sənədlərlə gedir?

Rövşən Rzayev İmişlidə vətəndaşları qəbul etdi
18.01.2019, 16:26

Rövşən Rzayev İmişlidə vətəndaşları qəbul etdi

“İnsanlar növbə gözləyə-gözləyə həyatlarını itirirlər”
18.01.2019, 16:24

“İnsanlar növbə gözləyə-gözləyə həyatlarını itirirlər”

Məlahət İbrahimqızı stomatoloqlara etiraz etdi: “Parlamentdə dinləmə keçirilsin”
18.01.2019, 16:22

Məlahət İbrahimqızı stomatoloqlara etiraz etdi: “Parlamentdə dinləmə keçirilsin”

Qarabağın Azərbaycanlı İcması erməni seperataçılarına cavab verdi
18.01.2019, 16:22

Qarabağın Azərbaycanlı İcması erməni seperataçılarına cavab verdi

Avropa Birliyi Gürcüstandan narazıdır - Şengen vizası bərpa oluna bilər
18.01.2019, 16:18

Avropa Birliyi Gürcüstandan narazıdır - Şengen vizası bərpa oluna bilər

Deputat xəstəliklər, antibiotiklərlə bağlı həyəcan təbili çaldı
18.01.2019, 16:11

Deputat xəstəliklər, antibiotiklərlə bağlı həyəcan təbili çaldı

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi
18.01.2019, 16:07

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Yaqub Mahmudov: “Fəxr edirəm ki, Bakı Dövlət Universitetinin tarixi adının qaytarılmasına nail oldum”
18.01.2019, 16:02

Yaqub Mahmudov: “Fəxr edirəm ki, Bakı Dövlət Universitetinin tarixi adının qaytarılmasına nail oldum”

O günlərin ağrıları
18.01.2019, 15:55

O günlərin ağrıları

Bakcell və Hesab.az avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019, 15:55

Bakcell və Hesab.az avtomatik ödəniş funksiyasını təqdim edib

Mübahisəli bəndlər qalmaqallı sənəddən çıxarıldı
18.01.2019, 15:46

Mübahisəli bəndlər qalmaqallı sənəddən çıxarıldı

20 Yanvar günü Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq
18.01.2019, 15:39

20 Yanvar günü Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq

Orqan transplantasiyası haqda yeni sənəd HAZIRLANIR
18.01.2019, 15:37

Orqan transplantasiyası haqda yeni sənəd HAZIRLANIR

Komitə sədrindən ÇAĞIRIŞ: “Bunun ikinci yolu yoxdur”
18.01.2019, 15:25

Komitə sədrindən ÇAĞIRIŞ: “Bunun ikinci yolu yoxdur”

Bakı Nəqliyyat Agentliyi sürücü axtarır
18.01.2019, 15:22

Bakı Nəqliyyat Agentliyi sürücü axtarır

Rusiya XİN-dən Bakıya ETİRAZ
18.01.2019, 15:22

Rusiya XİN-dən Bakıya ETİRAZ

“Quş qripinə” görə aparılan monitorinq başa çatıb
18.01.2019, 15:22

“Quş qripinə” görə aparılan monitorinq başa çatıb

Təxliyə edilmiş neftçilər dənizə qaytarılır
18.01.2019, 15:19

Təxliyə edilmiş neftçilər dənizə qaytarılır

Deputat Gənclər və idman komitəsinin İşlər planını AÇIQLADI
18.01.2019, 15:19

Deputat Gənclər və idman komitəsinin İşlər planını AÇIQLADI

Diaspor Komitəsi Ukraynada azərbaycanlıların birliyini yaradır - Kiyevdə qurultay keçiriləcək   
18.01.2019, 15:10

Diaspor Komitəsi Ukraynada azərbaycanlıların birliyini yaradır - Kiyevdə qurultay keçiriləcək  

Ekologiya Nazirliyi “ifrat təhlükəli” ifadəsinə aydınlıq gətirdi
18.01.2019, 14:51

Ekologiya Nazirliyi “ifrat təhlükəli” ifadəsinə aydınlıq gətirdi

Bizimkilər - Məşhur fotoqrafın oğlu: “Jurnalist olmaq üçün jurnalistikanı oxumaq vacib deyil” - FOTOLAR  
18.01.2019, 14:50

Bizimkilər - Məşhur fotoqrafın oğlu: “Jurnalist olmaq üçün jurnalistikanı oxumaq vacib deyil” - FOTOLAR  

Növbəti 2-3 gün ərzində hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək
18.01.2019, 14:48

Növbəti 2-3 gün ərzində hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək

Deputatlar bu məsələlərin müzakirəsi üçün Strasburqa gedir – SİYAHI
18.01.2019, 14:39

Deputatlar bu məsələlərin müzakirəsi üçün Strasburqa gedir – SİYAHI

Avropalıların “Rədd olsun bir pors, yaşasın yarım pors!” sərsəmliyinə qahmar çıxması
18.01.2019, 14:22

Avropalıların “Rədd olsun bir pors, yaşasın yarım pors!” sərsəmliyinə qahmar çıxması

Azərbaycanda vergi müfəttişləri HƏBS OLUNDU  
18.01.2019, 14:12

Azərbaycanda vergi müfəttişləri HƏBS OLUNDU  

“Nar”-ın “Full” paketlərindən istifadə edən abunəçilərin sayı sürətlə artır
18.01.2019, 14:10

“Nar”-ın “Full” paketlərindən istifadə edən abunəçilərin sayı sürətlə artır

OPEC tədbirlərinin Bakıda keçirilmə vaxtı dəqiqləşdi
18.01.2019, 13:57

OPEC tədbirlərinin Bakıda keçirilmə vaxtı dəqiqləşdi

Qaradağda 17 kq-a yaxın narkotik dövriyyədən çıxarıldı 
18.01.2019, 13:55

Qaradağda 17 kq-a yaxın narkotik dövriyyədən çıxarıldı 

Sabah hava necə olacaq?
18.01.2019, 13:50

Sabah hava necə olacaq?

Nəcməddin Sadıkov: “Ermənistana fürsət verilib ki, düşünsün” - MÜSAHİBƏ
18.01.2019, 13:30

Nəcməddin Sadıkov: “Ermənistana fürsət verilib ki, düşünsün” - MÜSAHİBƏ

Polis Akademiyasında magistratura oxumaq istəyənlərin NƏZƏRİNƏ!
18.01.2019, 13:10

Polis Akademiyasında magistratura oxumaq istəyənlərin NƏZƏRİNƏ!

Azərbaycanda qızılcaya yoluxma qeydə alınıb
18.01.2019, 13:02

Azərbaycanda qızılcaya yoluxma qeydə alınıb

Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı artdı
18.01.2019, 13:00

Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı artdı

ARXİV