2009-cu il XII əsrin görkəmli Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin vəfatının 810 illiyi tamam olur. Bu münasibətlə, həmçinin “Bakı- İslam mədəniyyətinin paytaxtı” tədbirlər planına əsasən dekabrın 11-də M. F. Axundov adına Milli Kitabxanada Xaqani Şirvaninin yaradıcılığına həsr olunan milli seminar keçiriləcək. Modern.az-ın məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilib. Tədbir İSESKO – Regional Mərkəzi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə təşkil ediləcək.