Modern.az

Nazir Sahil Babayevin yeni müavinlərinin DOSYESİ  

Nazir Sahil Babayevin yeni müavinlərinin DOSYESİ   

31 Oktyabr 2018, 10:45

Prezident İlham Əliyev dünən əmək və əhalinin sosial müdafiəsi nazirinə iki yeni müavin təyinatı barədə müvafiq sərəncamlar imzalayıb.

Dövlət başçısının sərəncamları ilə Vüsal Zakir oğlu Nəsirli və Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri təyin ediliblər.

Prezidentin digər sərəncamları ilə İlqar Elxan oğlu Rəhimov və Natiq Nəsir oğlu Məmmədov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifələrindən azad ediliblər.  


Modern.az yeni nazir müavinlərinin dosyesini təqdim edir:


Anar Əliyev
 1980-ci ildə Bakı şəhərində anadan olub.

2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə fəlsəfə doktoru dərəcəsi alıb. 2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub.

Hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışıb.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.

 ***

Vüsal Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub.

2002-ci ildə Qafqaz Universitetinin İnzibati İdarəetmə fakultəsinin dövlət və bələdiyyə  idarəetməsi ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib. 2001-2009-cu illərdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə, 2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.

Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.

***


 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu