Modern.az

İşğal edilmiş ərazilərlə bağlı sənəddə nələr var? - Qanun layihəsinin müəllifi DANIŞDI

İşğal edilmiş ərazilərlə bağlı sənəddə nələr var? - Qanun layihəsinin müəllifi DANIŞDI

Qarabağ

31 Oktyabr 2018, 12:49

“Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi Milli Məclis Aparatına təqdim olunub. Qanun layihəsinin müəllifi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Qüdrət Həsənquliyevdir. Sənəd  12 maddədən ibarətdir.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsinin müəllifi Qüdrət Həsənquliyev Modern.az-a bildirib ki, sənəd Gürcüstanın bu məsələ ilə bağlı qəbul etdiyi qanun layihəsinin bazası əsasında yaradılıb.

“Sənəddə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin hüquqi statusu müəyyən olunub. Həmin ərazilərə xarici ölkə vətəndaşlarının daxil olması, şirkətlərin fəaliyyət göstərməsinin qanunsuz olması əks edilib. Eyni zamanda, həmin ərazilərə Azərbaycan vətəndaşlarının daxil olması üçün xüsusi hüquqi rejimin yaradılması əks olunub. Hazırda bizim qanunvericilikdə Azərbaycan vətəndaşlarının ora daxil olması ilə bağlı hər hansı bir qadağa yoxdur. Bildiyimiz kimi, işğal olunmuş ərazilərimizə xarici jurnalistlər və digər şəxslər aparılıblar.

 

Ancaq bizim onlara qarşı tədbir görməyə imkanlarımız yoxdur. Yeni qanunda isə həmin ərazilərin hüquqi baxımdan işğalçı dövlətin nəzarəti altında olduğu qeyd edilib. Və işğal olunmuş ərazilərimizə giriş-çıxış həmin qanunla tənzimlənə bilər. İstənilən ölkə vətəndaşlarlının, şirkətlərin həmin ərazilərə girməsi birbaşa olaraq qanunla qadağan olunur və məsuliyyət yaradır”.

 

Q.Həsənquliyev hesab edir ki, “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsinin qəbul edilməsinə ehtiyac var.

“Əraziləri işğal edilən bir çox dövlətlər var ki, belə bir qanunu qəbul ediblər. Ona görə də Azərbaycanda bu qanunun qəbul edilməsinə çox böyük ehtiyac var”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir