18 noyabr 2018, Bazar
Ana Səhifə - ƏDƏBİYYAT - Poeziyası ilə dünya arenasına çıxırdı, yolu... yolda kəsildi
Poeziyası ilə dünya arenasına çıxırdı, yolu... yolda kəsildi +
31.10.2018, 13:24

M.Qorki adına Beynəlxalq mükafat laureatı, respublikanın gənc qələm sahiblərinin qayğıkeş himayədarı, bütün varlığı ilə şair olan Vaqif İbrahimin faciəli ölümündən 35 il ötdü 


Çox qısa - cəmi 38 il ömür yaşasa da, Vaqif İbrahim öz istedadı, bənzərsiz poetik yaradıcılığı ilə yalnız Azərbaycanda deyil, hətta keçmiş Sovetlər İttifaqında, Polşa, Çexoslovakiya və Bolqarıstanda da tanınırdı. Xalqımızın korifey şairləri Rəsul Rza, Bəxtiyar Vahabzadə, Əli Kərim, Xəlil Rza, görkəmli  rus şairləri Mixail Lukonin, Oleq Dmitriyev, Vadim Kuznetsov və başqaları onun poeziyasını həmişə yüksək qiymətləndirirdilər. Rusiyanın tanınmış şairləri, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun adlı-sanlı, nüfuzlu ədəbiyyatşünasları, şair və yazıçılar Vaqif İbrahimin iştirakçısı olduğu VI Ümumittifaq Poeziya Festivalında və digər ədəbi tədbirlərdə həmişə onu arayıb-axtarar, çox təvazökar və bir qədər də utancaq olan bu gənc Azərbaycan şairi ilə hökmən görüşüb, poeziya barədə söhbətlər etməyi, onu dinləməyi xoşlayar, şeirlərini həvəslə rus dilinə tərcümə edərdilər. Təsadüfi deyil ki, artıq 32 yaşında onun "Vaxt" ("Времена") adlı ilk kitabı Moskvanın məşhur "Molodaya qvardiya" nəşriyyatında 25 min tirajla çap olunmuş və oxucular tərəfindən çox qısa bir zamanda alınmış, satılıb qurtarmışdı.


Həmin kitaba ön söz yazan tanınmış şair və tərcüməçi Oleq Dmitriyev xüsusi olaraq qeyd edir ki, "Poeziya festivallarının, gənc yazıçıların ədəbi müşavirələrinin səsli-küylü, qaynayıb-coşan iştirakçıları arasında Vaqif İbrahimin nurlu, gülərüz simasını görmək həmişə xoş olur. Vaqifin şeirlərində onun ürəyi oxuculara bütün genişliyi ilə açılır. Poeziyada o, oxucunu öz ədəbi dünyasına çağırmır, onun qarşısında qəlbini evinin qapısını döyən bir yolçuya açdığı kimi qonaqpərvərliklə açır".


Vaqif İbrahimin ilk kitabı İttifaq miqyasında elə böyük maraqla qarşılanır ki, çox keçmədən Moskvada onun daha bir şeirlər kitabı - 70-ə qədər yeni şeirinin daxil edildiyi "Qapını döyəcəyəm" ("Постучусь в твою дверь") adlı kitabı oxuculara təqdim edilir.  


Ötən əsrin 80-ci illərində öz orijinal poeziyası, süjetli şeirləri, lirik poemaları ilə sevilən Vaqif İbrahimin poeziya nümunələri çex, polyak, bolqar və s. dillərə də tərcümə edilərək, müəllifin şöhrətini daha da artırır. Azərbaycanın gənc və perspektivli şairi kimi poeziya aləmində böyük nüfuz qazanmasının nəticəsi idi ki, həmin dövrdə Vaqif İbrahim SSRİ-nin və Bolqarıstanın birgə ədəbi almanaxı olan "Drujba" jurnalının respublikamız üzrə məsul nümayəndəsi və Sovet İttifaqından olan 5 nəfərdən biri kimi redaksiya heyətinin üzvü seçilmişdi. O, Azərbaycan şair və yazıçılarının yeni yaradıcılıq nümunələrinin həmin nüfuzlu jurnalda dərc edilməsi, ölkəmizin ədəbi uğurlarının sovet və bolqar oxucularının diqqətinə çatdırılması üçün çox böyük səylə, yorulmadan, əzmkzrlıqla çalışırdı.


...Vaqif İbrahim 30 sentyabr 1945-ci ildə Şəki şəhərində dünyaya gəlmişdi. Sonralar ailəsi Sumqayıta köçmüş və o, bu şəhərdə təhsil almış, Kimya-texnologiya texnikumunu, sonralar isə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu uğurla bitirmişdi (texnikum yoldaşları şair Nurəddin Mənsur və respublikanın Əməkdar məşqçisi Əhməd Rəcəbli xatırlayırlar ki, bir vaxtlar yaxın dost olduqları Vaqif İbrahim fakültənin ən yaxşı riyaziyyatçısı və "fiziki" idi).


Hələ uşaqlıqdan Azərbaycan poeziyasının, dahi şairimiz Nizami Gəncəvi, Səməd Vurğun, Mikayıl Müşfiq və Bəxtiyar Vahabzadə yaradıcılığının vurğunu olan Vaqif İbrahim ilk şeirlərini hələ 14-15 yaşından yazmağa başlamışdı. İlk vaxtlar şəhər qəzetində, sonralar "Azərbaycan gəncləri", "Ulduz" və "Azərbaycan" jurnallarında şeirləri dərc olunmağa başlayan gənc şair tezliklə həm oxucuların, həm də görkəmli Azərbaycan şairləri Rəsul Rzanın, Bəxtiyar Vahabzadə və Əli Kərimin diqqətini cəlb etmişdi.


İlk vaxtlar Sumqayıt şəhər Radio Verilişləri redaksiyasında məsul katib kimi əmək fəaliyyətinə başlayan Vaqif İbrahim şəhər radiosu vasitəsilə Azərbaycan ədəbiyyatının klassiklərinin və Sumqayıtın gənc ədəbi qüvvələrinin təbliğinə geniş yer verirdi.


Poeziyada daim yeni söz, yeni fikir deməyə çalışan Vaqif İbrahim həyatda da yenilikçi, novator olmağa çalışırdı. O, özünün ustadı və böyük dostu hesab etdiyi görkəmli şair Əli Kərimin 1969-cu ildə, vaxtsız - 38 yaşında ölümündən təsirlənərək, onun adını yaşatmaq və yaradıcılığını təbliğ etmək, şəhərin istedadlı gənc ədəbi qüvvələrini bir araya gətirmək, onların istedadlarının qayğısına qalmaq məqsədilə Sumqayıtda respublikada ilk dəfə olaraq Poeziya Klubunu yaratmışdı. Ancaq təəssüf ki, xoş məramla yaradılmış həmin Kluba və onun özünə qarşı qısqanclıqla yanaşan bəzi bədxahlar hər vəchlə onun işinə mane olmağa çalışırdılar (Əli Kərim adına həmin Poeziya Klubunun ilk üzvlərindən biri kimi yadımdadır ki, hətta Sumqayıtda yaşayan şairlərdən ibarət kiçik bir dəstə bir gün Kluba... üstlərində gizlətdikləri, lakin bizə haqqında qabaqcadan məlumat çatdırılan soyuq və odlu silahla gələrək, Vaqif İbrahimə təzyiq göstərməyə, Poeziya klubunun fəaliyyətinin dayandırılmasına çalışmışdılar, ancaq Vaqif müəllimin təmkinli, müdrik davranışı onları "tərksilah" etmişdi).


Lakin fəaliyyətinə bədxahların maneçilik törətmək cəhdlərinə, hədə-qorxu və təzyiqlərinə baxmayaraq, respublikanın tanınmış şair və yazıçıları ilə Sumqayıtda keçirilən çoxsaylı tədbirlərlə (Sumqayıt Poeziya Klubunun sorağı o vaxtlar nəinki Moskva və Leninqrada, hətta uzaq Hovosibirskə də çatmışdı. Oranın yazıçı və şairləri ilə sıx ədəbi əlaqələr qurulmuşdu, Sumqayıtın gənc ədəbi qüvvələri Novosibirskdə, sibirlilər isə bizim gənclik şəhərində dəfələrlə olmuşdular), çoxşaxəli fəaliyyəti ilə şəhər rəhbərliyinin, onun mədəniyyət şöbəsinin nüfuzunu qazanan, onların dəstəyinə arxalanan Vaqif İbrahim sonralar "Ulduz" və "Göyərçin" jurnallarında məsul vəifələrə irəli çəkildi. Özünün təşəbbüsü və təşkilatçılıq istedadı ilə yaratdığı Gənc yazıçıların Respublika Ədəbi Birliyində sədr kimi geniş fəaliyyəti ilə, gənc ədəbi qüvvələrin yaradıcılığının radio və televiziyada geniş təbliği, onların əsərlərinin qəzet və jurnallarda mütəmadi çapına nail olması ilə, Ədəbi Birlikdə görkəmi şair və yazıçıların "ustad dərslərini" təşkil etməklə, respublikanın müxtəlif rayonlarında gənc şair və yazıçılarla oxucuların görüşlərini keçirməklə və özünün nümunə olan poeziyası ilə Vaqif İbrahim daha da böyük hörmət və nüfuz sahibi olmuşdu. Lakin heyf ki, daim yaratmaq eşqilə çırpınan o coşqun, çılğın qəlbin istedadlı sahibinin ömrü gözlənilmədən, kor, bədbəxt bir təsadüf nəticəsində Bakı-Sumqayıt yolunda... yarı yolda qırıldı.


Ancaq  böyük Azərbaycan şairi Səməd Vurğun demişkən:
 

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada

El qədrini canından daha artıq bilənlər!

Şirin bir xatirətək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər! 


Təsadüfi deyil ki, unudulmaz şairi tanıyanlar və oxucular onun xatirəsini daim əziz tuturlar. Faciəli ölümündən 35 il keçdiyi bugünlərdə Vaqif İbrahimin qələm dostları, doğmaları və oxucuları bir vaxt onun Sumqayıtda yaşadığı binanın yaxınlığında Nizami Gəncəvinin əzəmətlə ucalan heykəli önünə toplaşaraq, dahi şairin və onun istedadlı xələfi Vaqif İbrahimin xatirəsini ehtiramla yad etmişlər. Poeziya korifeyimizin heykəli önünə gül-çiçək düzülmüş, onun qüdrətli poeziyasından söhbət açılmışdır. Və orada belə bir təklif səsləndirilmişdir ki, gələn ildən etibarən Sumqayıtda hər il bu şəhərin ilk laureat şairinə, onun yaradıcılığına həsr edilənı Vaqif İbrahim Poeziya günləri keçirilsin.


Sonra tədbir iştirakçıları Vaqif İbrahimin ata-anası və qardaşı Arifin uyuduğu Saray qəbristanlığına yollanmış, qəbri üstünə gül-çiçək dəstələri düzmüş, müqəddəs ruhuna dualar səsləndirmişlər. Sumqayıtın tanınmış şairləri Əşrəf Veysəlli, Ofelya Babayeva, Rafiq Yusifoğlu, Nurəddin Mənsur, Süleyman Hüseynov, İbrahim İlyaslı, Xatirə Fərəcli, Cənubi Azərbaycandan olan şair Yaqub Üsuli, yazıçı-publisist Zümrüd Baloğlanova, tələbə dostu Əhməd Rəcəbli, jurnalist Aygün Hacıyeva, oxuculardan Fərhad Məhərrəmov, Rafiq Mehdiyev və digərləri şairlə bağlı xatirələrini söyləmişlər.


Respublikanın Əməkdar jurnalisti, şair-publisist Rafiq Oday ustadı hesab etdiyi Vaqif İbrahimin xatirəsinə özünün hələ çox gənc vaxtında – 23 yaşında böyük sevgi ilə həsr etdiyi “Dünya saxlamalıydı onu” şeirini oxumuşdur:
 

Dünya saxlamalıydı onu

ata əvəzi,

saxlaya bilmədi -

yamanca qarışıb

başı dünyanın.

Dünya ağlamalıydı onu

ana əvəzi,

ağlaya bilmədi -

heyrətdən qurumuşdu

gözlərinin

yaşı dünyanın... 


Xatirə tədbirində Vaqif İbrahimin sevimli övladları - qızı Aytən, oğlu Rəşad, babasının adıını fəxrlə daşıyan balaca Vaqif, uşaqlarının qayğıkeş, istəkli xalası Sədaqət xanım iştirak etmişlər. Oğlu Rəşad atasının xatirəsini ehtiramla yad etdiklərinə görə onun qələm dostlarına, sədaqətli oxucularına ailələri adından minnətdarığını bildirmişdir.



Rəhman ORXAN


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Cəmil Həsənli sərbəst buraxıldı
18.11.2018, 00:49

Cəmil Həsənli sərbəst buraxıldı

“Azərbaycanın səfərdə Kosovonu məğlub etməsi  çətin olacaq” – Rəqib baş məşqçi
18.11.2018, 00:38

“Azərbaycanın səfərdə Kosovonu məğlub etməsi  çətin olacaq” – Rəqib baş məşqçi

İŞİD-in son istehkamı da ələ keçirildi
18.11.2018, 00:23

İŞİD-in son istehkamı da ələ keçirildi

“Kosovo ilə oyunda məğlubiyyət haqqında düşünmürəm” - Qurban Qurbanov
18.11.2018, 00:10

“Kosovo ilə oyunda məğlubiyyət haqqında düşünmürəm” - Qurban Qurbanov

Fransadakı etirazlarda 220 nəfər xəsarət aldı
17.11.2018, 23:56

Fransadakı etirazlarda 220 nəfər xəsarət aldı

Çıxarışsız mənzillərin vergi problemi - VİDEO
17.11.2018, 23:31

Çıxarışsız mənzillərin vergi problemi - VİDEO

FİFA Türkiyə klubunu cəzalandırdı
17.11.2018, 23:09

FİFA Türkiyə klubunu cəzalandırdı

Azərbaycan Farer Adalarını məğlub etdi - YENİLƏNİB
17.11.2018, 22:51

Azərbaycan Farer Adalarını məğlub etdi - YENİLƏNİB

Talanan vəsait Bakıya qaytarılmalıdır - VİDEO
17.11.2018, 22:43

Talanan vəsait Bakıya qaytarılmalıdır - VİDEO

Kamran Ağayev zədələndi
17.11.2018, 22:23

Kamran Ağayev zədələndi

"İcazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır"- Siyavuş Novruzov
17.11.2018, 22:13

"İcazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır"- Siyavuş Novruzov

Azərbaycandan ABŞ-a qəti etiraz - RƏSMİ
17.11.2018, 22:00

Azərbaycandan ABŞ-a qəti etiraz - RƏSMİ

Pəis qızına cərimə yazan polisi mükafatlandırdı
17.11.2018, 21:43

Pəis qızına cərimə yazan polisi mükafatlandırdı

Piyada yol qəzasının qurbanı oldu
17.11.2018, 21:10

Piyada yol qəzasının qurbanı oldu

Azərbaycanda idmanın inkişafına böyük diqqət ayırılır
17.11.2018, 20:56

Azərbaycanda idmanın inkişafına böyük diqqət ayırılır

Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır
17.11.2018, 20:42

Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır

Üç gündə respublika üzrə 120 minədək ağac tingi paylanılıb - FOTOLAR
17.11.2018, 20:25

Üç gündə respublika üzrə 120 minədək ağac tingi paylanılıb - FOTOLAR

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb
17.11.2018, 20:17

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb

Azərbaycan - Farer adaları oyununun heyətləri açıqlandı
17.11.2018, 20:09

Azərbaycan - Farer adaları oyununun heyətləri açıqlandı

Çeçenistanda qadın kamikadze özünü partlatdı
17.11.2018, 20:02

Çeçenistanda qadın kamikadze özünü partlatdı

Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyasından DANIŞDI   
17.11.2018, 19:54

Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyasından DANIŞDI  

Cəlilabadda axtarışda olan narkotacir saxlanıldı
17.11.2018, 19:51

Cəlilabadda axtarışda olan narkotacir saxlanıldı

“BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayətkarlarla bağlı təsirli addımlar ata bilər”
17.11.2018, 19:23

“BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayətkarlarla bağlı təsirli addımlar ata bilər”

Fazil Məmmədovun müalicədən sonra ilk FOTOSU 
17.11.2018, 19:09

Fazil Məmmədovun müalicədən sonra ilk FOTOSU 

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı
17.11.2018, 18:39

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı

Yasamalda oğurluq edən şəxs tutulub
17.11.2018, 17:55

Yasamalda oğurluq edən şəxs tutulub

“9531 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək”
17.11.2018, 17:37

“9531 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək”

Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü
17.11.2018, 17:30

Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü

Türkiyə ABŞ-dan YPG ilə əlaqəni kəsməsini tələb edir
17.11.2018, 17:13

Türkiyə ABŞ-dan YPG ilə əlaqəni kəsməsini tələb edir

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib
17.11.2018, 17:00

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib

Suriyada daha 40 dinc sakin həlak oldu
17.11.2018, 16:46

Suriyada daha 40 dinc sakin həlak oldu

Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib
17.11.2018, 16:34

Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib

Deputat: “Fransanın həmsədrlikdən uzaqlaşdırılması müzakirə oluna bilər”
17.11.2018, 16:07

Deputat: “Fransanın həmsədrlikdən uzaqlaşdırılması müzakirə oluna bilər”

Ermənistan ordusunun zabitləri cəzalandırılıb
17.11.2018, 15:38

Ermənistan ordusunun zabitləri cəzalandırılıb

Gömrükdə Ermənistanda istehsal edilən məhsullar ələ keçirildi - FOTOLAR
17.11.2018, 15:22

Gömrükdə Ermənistanda istehsal edilən məhsullar ələ keçirildi - FOTOLAR

Azərbaycan Fransaya etiraz notası verib
17.11.2018, 15:14

Azərbaycan Fransaya etiraz notası verib

“Böyük siyasət sənə küçə deyil!” - Belarus XİN-i Paşinyana sərt cavab verdi
17.11.2018, 14:59

“Böyük siyasət sənə küçə deyil!” - Belarus XİN-i Paşinyana sərt cavab verdi

İsrailin Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək
17.11.2018, 14:56

İsrailin Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək

Təbriz-Zəncan magistralında 7 nəfər öldü
17.11.2018, 14:47

Təbriz-Zəncan magistralında 7 nəfər öldü

Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq
17.11.2018, 14:35

Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq

Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
17.11.2018, 14:33

Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu

Qida Təhlükəsizliyi İnstitutu gəncləri yüksək məvacibli işə dəvət edir
17.11.2018, 14:26

Qida Təhlükəsizliyi İnstitutu gəncləri yüksək məvacibli işə dəvət edir

Naxçıvanda “Xüsusi təyinatlı İBAD-2” filminin təqdimatı oldu   
17.11.2018, 14:20

Naxçıvanda “Xüsusi təyinatlı İBAD-2” filminin təqdimatı oldu  

Rəsmi Bakı Fransadan narazılıq etdi: “Bunun qarşısı alınmalıdır”
17.11.2018, 13:50

Rəsmi Bakı Fransadan narazılıq etdi: “Bunun qarşısı alınmalıdır”

Bakının bu rayonu susuz qalacaq
17.11.2018, 13:44

Bakının bu rayonu susuz qalacaq

İlham Əliyev Belarusa səfər edəcək
17.11.2018, 13:33

İlham Əliyev Belarusa səfər edəcək

Heydər Əliyev Fondunun daha bir layihəsi –“Yeddi gözəl” sərgisi Moskvada açılır
17.11.2018, 13:28

Heydər Əliyev Fondunun daha bir layihəsi –“Yeddi gözəl” sərgisi Moskvada açılır

“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaradıb
17.11.2018, 13:23

“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaradıb

Oqtay Əsədov İzmirdə TÜRKPA-nın konfransına qatılacaq
17.11.2018, 13:20

Oqtay Əsədov İzmirdə TÜRKPA-nın konfransına qatılacaq

Rəsmi Paris: “Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır”
17.11.2018, 13:17

Rəsmi Paris: “Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır”

ARXİV