19 yanvar 2019, Şənbə
Ana Səhifə - ƏDƏBİYYAT - “Türk dünyası” ensklopediyası Türklüyə böyük töhfədir  
“Türk dünyası” ensklopediyası Türklüyə böyük töhfədir  
02.11.2018, 14:23

““Bu müzəffər xalqın (türklərin) bircə tarixçilsi çatışmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yaysın... Bu cəngavər xalq öz  şöhrəti ilə məşğul olaraq əbədi məğlubedilməzliyinə inanıb, keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmayıb” – Karl Lui Monteskyo (1689-1775) fransız maarifçi filosofu” .

Bu fikirlər millət vəkili Cavanşir Feyziyevin yenicə işıq üzü görmüş 5 cildlik “Türk dünyası” kitabından götürülüb.


İlk dəfə öz kitabını daşdan yaradan, öyüdlərini gələcək nəsilə Orxon Yenisey sahillərində, Altay dağlarının ətəklərində, Monqolustan çöllərində, Qazaxıstan səhralarında yazıb yadigar qoyan Kül Təgindən, Kütlüq Kağandan, Tonyukükdən qalan məktublar və daş kitabələr, üzəri  təbiətin  min bir gözəlliyi ilə işarələnən daş tamğalar, naxışlar... hamısı bu günə qədər gəlib çatan kitablarımızıdır. Bizim dədələrimiz kitabları öyüd şəklində yazdılar. Gecə yatmayıb, gündüz dayanmayıb, yol getdilər, məsafələr qət etdilər, xalqın yaşaması, türk ulusunun elliklə böyüyüb- dünyaya yayılması üçün YASAlarını yazıb, dünyaya ədalət qanunları öyrətdilər. Təkcə qəhrəmanlıq tarixlərini, döyüş tarixlərini yazmadılar. Yazsaydılar, dünyanın  böyük-böyük kitabxanalarına sığmayacaqdı o möhtəşəm və şərəfli tarixin səhifələri.

Ancaq hər dövrün, hər zamanın bir türk sevdalısı olur ki, öz tarixinə sahib çıxır, onu yaşatmaq üçün , onu yazmaq üçün zəhmətini əsirgəmir. Bir yadınıza salın Mahmud Qaşqarini. Oba-oba, oymaq-oymaq, el-el türk ellərini gəzib “Divani lüğət” yazmadımı?! Bu gün hər dəfə yaddaşımızı təzələyəndə, o böyük PİRİ xatırlayırıq.


O da doğrudur ki, çox zaman tariximizi yadlar yazdı. Dünyanın böyük-böyük kitabxanalarında türk dünyası xaqanlarının hakimiyyəti dövründə  həmin saraylarda elçi olmuş, bir çox səyyahların yazdıqları da bir tarix, bir kitab, bir səlnamədir.

Bu gün o tarixləri, o dövrləri ibtidaidən bü günümüzə qədər yazıb, toplayıb, yığıb boxçalayıb 5 cilddə  yenidən ərsəyə gətirən böyük fəlsəfi fikir adamı,  Azərbaycan Milli Məclisinin deputatı,  fəlsəfə elmləri doktoru hörmətli Cavanşir Feyziyevin 5 cilddən ibarət “Türk dünyası” kitabı sözün əsl mənasında Türk Birliyinə ən böyük töhfədir və xidmətdir. Bu kitablarda əslində, Türk Birliyinə yetişmənin yolları və koordinatları, genetik kodlarımız  toplanmış məqalələrdə və tarixi materiallarda çox böyük incəliklər öz əksini tapıb.

Necə?!  Kitabın I cildi “Türk sivilizasiyasının təməl dəyərləri” bölümündə türk sivilizasiyasının tarixi təkamülü, türk dilləri ailəsi, ümümtürk tarixi və mədəniyyəti, siyasət və diplomatiyası, türklərin spesifik həyat tərzi, adət-ənənələri, üniversal-multikulturalist dünyagörüşü və onların müasir dünyadakı yeri və mövqelərinə qədər olan məqamlar çox incəliklə toplanıb. Bu cilddə  türk etimioloiyasından, yazı tarixindən , türk ədəbyyatından,  türklərin islamlaşma tarixindən, türk parlamenti ənənələri,  qədim və müasir tarixdə  ən böyük fikir adamlarının, tarixçlərin, etnoqrafların yazdıqları əsərlərdən sitatlar və bölmələrlə tanış ola biləcəklər.

Oxucularımız üçün  “Qədim türklər: mədəniyyəti və həyat tərzi” adlı məqalədə bəhs edilən  tünc dövründən bu günümüzə qədər olan zaman kəsiyində əski türklərin Avrasiyanın şərqindən qərbinə doğru hərəkət trayektoriyası, Monqolustan və Altay ərazilərindəki yaşam mədəniyyəti, ilk çadır qurma texnologiyası, yurda sahib çıxma, torpağı qoruma qanunlarını əxz etmək  bir fürsətdir.

“Türklər və modernləşmə” bölümündə isə 1453-cü il türk sultanı Mehmetin İstanbul fəthindən, Atatürkün xilas etdiyi Türk Cümhuriyyəti,  Məhəmməd Əmin Rəsulzadənin yaratdığı Demokratik Azərbaycandan Müstəqil Azərbaycana qədər olan dövr kəsimindəki islahatlar və modernləşmə, eləcə də  Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Həsən bəy Zərdabi qələminin modernliyindən çıxan  ilk qəzet və jurnallarımızın ərsəyə gəlməsi  haqqında  bəhslərdə türk dünyasının keçdiyi şərəfli inkişaf mrhələsini öyrənmək olar.
 Türklərin adət ənənələri, bayramları, simgə və tamğaları, Novruz mərasimləri, Ergenekon tarixi... – bunların amısı toplanan kitablar oxucunun stolüstü kitabı və ensklopediya mənbəyi rolunu oynayacaq. Bu bilgilərin içərisində “Atatürkün Devrimləri”, Heydər Əliyevin Azərbaycanı yoxdan var edən dövlət siyasəti də yer alıb.

Türklər “Boz qurdu” niyə totem götürdülər? “Maral”, “Qartal”  totemləri özündə hansı sirrləri gizlədir?! – bunların hamısı həmin o 5 kitabdadır.

Kitabda  yəhudi tarixçisi Meyer Kayzerlinqin ( 1829-1905) -- “Türklər, həqiqətən də Asiya və Avropa tarixinin tanıyıb bələd olduğu təmizqanlı və alicənab ulusdur” kimi bir fikri də yer alıb. Həqiqətən də  hələ islamaqədərki tarixində türklər böyük dövlətçilik mədəniyyətinin, maddi və mənəvi mədəniyyətin, xüsusilə də mükəmməl yazı mədəniyyətinin, tranzit texnologiyasının  sahibi olmuşlar.  Avrasiyanın özünü bütöv qlobal məkan kimi hiss etməsinin tarixi özünüdərki prosesi məhz türk sivilizasiyasının quruluşyaradıcı təbiəti ilə bağlıdır.  Müəllif imperiyalar yaradan, elmlərin qapısını açan, kitablara sahib olan türk dünyasının təməl prinsiplərini yaradan şəxsiyyətləri  haqqında məlumatları bir araya toplamaqla,  türk dünyasının öyrənmək istəyən hər bir oxucu üçün geniş ensklopedik baza yaradıb.

Hunlar, karayimlər, tatarlar, başkurdlar, karluklar, noqaylar, utruğurlar, şorlar, tuvalılar,  neymanlar,buntürklər... və s. türk xalqları haqqında məlumatın yoxdursa, yenə “Türk dünyası” ensklopediyasına müraciət edəcəksən.

Türk birliklərinin, türk qurumlarının, təşkilatlarının harada və necə yaranmasını bilmək istəsən, yenə 5 cildliyə baş vuracaqsan. 3 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının prezidneti  İlham Əliyev və Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin Naxçıvanda görüşləri zamanı  türk elinin ağsaqqalı tərəfindən irəli sürülən Türk Akademiyasının yaradılması təşəbbüsü və həmin gündən etibarən qurumun   Beynəlxalq Türk Akademiyası statusuna qədər keçdiyi yol, Akademiyanın Türk dünyasının elmi Birliyinin yaranması üçün apardığı əməli işlər “Türkşünaslıq” bölməsində  yer alıb. TWESCO-nun prezidenti, doktor Darxan Kıdırəlinin türk dünyasına verdiyi tövhələr haqqında bilgilər isə Akademiya və Türk dünyası haqqında məlumat öyrənmək istəyənə bir töhfədir.


Azərbaycan Respublikasının AMEA Abbasqulu Ağa Bakıxanov adına tarix İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan ,elmi redaktorları -- AMEA A. Bakıxanov adına tarix İnstitutunun direktoru Yaqub Mahmudov və fəlsəfə elmləri doktoru , professor Fərman İsmayılov olan kitabda eyni zamanda  türklərin tarix boyu sahib olduğu ərazilər, türkdilli ölkələrin təbii ehtiyatları, iqtisadiyyatı, beynəlxalq aləmdə türk ölkələrinin və dövlətlərinin xüsusi rolu haqqında da maraqlı məqalələr vardır.  Və bir də ki, Türk dünyasının üzük qaşı olan anamız Azərbaycan haqqında , Azərbaycanın geosiyasi və geopolitik anlamda qazandığı uğurlar, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Türk dövlətləri ilə apardığı qardaşlıq siyasəti, ölkəmizin son illərdə qazandığı uğurlar, Turana gedən yolumuzdan danışılır.


Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının fəlsəfə doktoru, Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Cavanşir Feyziyev türk dünyasının 5 cildlik enskolpediyasını yazıb toplamaqla,Türk dünyasına, türkçülüyə böyük töhfə vermiş oldu. O bu əməli ilə Mahmud  Kaşqari yolunu davam etdirdiyini göstərdi. Bu  5 nüsxədə hələ bundan sonra  5 min il də yaşayacaq bir tarix yazıldı.  Millət vəkili Tanrı dərgahında ən uca məqamı qazandı. Çünki millət üçün, xalq üçün kitab yazmaq ən böyük ibadətdir. Böyük qeyrət və cəsarətlə yazılan 5-liyin imzası , bundan sonra  Əhməd Yəssəvi, Mahmud  Kaşqari, Lev Qumilyev,  Vasiliy Radlov kimi türk tarixiçilərinin adı ilə birgə çəkiləcək. Mücadiləniz kutlu olsun.

Fikrimi elə bu kitabda yer alan  fransız hərbçisi , sonradan  Əhməd Paşa adını alan, Qraf Klod de Bonnevalın fikri ilə tamamlayıram: “Türkləri sevirəm. Onlar bənzərsiz məmləkətlərin bənzərsiz insanlarıdır. Yaradılışlarında ilahi bir əzəmət, könül almalarında mələklərdə belə olmayan cazibə vardır. Bu böyük ruhlu millətin arasında vətənimi unutmaqdan qorxuram. Vətən əziz, çox əziz. Lakin türk ondan da əziz, çox əziz”.


Aida Eyvazlı
 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ermənilər kəndlərimizi atəşə tutdu
19.01.2019, 09:51

Ermənilər kəndlərimizi atəşə tutdu

İspaniyanın ilk Oskar alan aktyoru - 50 yaşlı məşhur...
19.01.2019, 09:35

İspaniyanın ilk Oskar alan aktyoru - 50 yaşlı məşhur...

20 yanvardan bəhs edən filmin məsləhətçisi: “Telekanallar “Hüznlü ana”nı vermək istəmirlər” - MÜSAHİBƏ  
19.01.2019, 09:32

20 yanvardan bəhs edən filmin məsləhətçisi: “Telekanallar “Hüznlü ana”nı vermək istəmirlər” - MÜSAHİBƏ  

Bakıda 18 yaşlı oğlan itkin düşdü
19.01.2019, 09:30

Bakıda 18 yaşlı oğlan itkin düşdü

ABŞ-da tərcüməçi işləyən azərbaycanlı xanım
19.01.2019, 09:03

ABŞ-da tərcüməçi işləyən azərbaycanlı xanım

Şahmat üzrə Azərbaycan çempionatının III turu yekunlaşdı
19.01.2019, 01:01

Şahmat üzrə Azərbaycan çempionatının III turu yekunlaşdı

Ukrayna əhalisinin sayı  208,8 min nəfər azalıb
19.01.2019, 00:47

Ukrayna əhalisinin sayı  208,8 min nəfər azalıb

Avtoqəzada yaralanan sürücü xəstəxanada öldü
19.01.2019, 00:27

Avtoqəzada yaralanan sürücü xəstəxanada öldü

Meksikada 6 bal gücündə zəlzələ
19.01.2019, 00:16

Meksikada 6 bal gücündə zəlzələ

Trampla Kim Çen In fevralda yenidən görüşəcək
18.01.2019, 23:59

Trampla Kim Çen In fevralda yenidən görüşəcək

Əllə oynayan futbolçulara yeni cəza
18.01.2019, 23:42

Əllə oynayan futbolçulara yeni cəza

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
18.01.2019, 23:31

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı   
18.01.2019, 23:07

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı  

Qəzzada qarşıdurma: 30 yaralı
18.01.2019, 22:47

Qəzzada qarşıdurma: 30 yaralı

Bakıda itkin düşən uşaq tapıldı
18.01.2019, 22:30

Bakıda itkin düşən uşaq tapıldı

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı
18.01.2019, 22:16

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı

Fransada aksiyaların yeni mərhələsi başlayır
18.01.2019, 21:59

Fransada aksiyaların yeni mərhələsi başlayır

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu
18.01.2019, 21:44

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu

Yaponiyada güclü zəlzələ
18.01.2019, 21:24

Yaponiyada güclü zəlzələ

“Oksigen” klinikasında yanğın
18.01.2019, 21:10

“Oksigen” klinikasında yanğın

Müdafiə nazirləri Brüsselə toplanır
18.01.2019, 20:56

Müdafiə nazirləri Brüsselə toplanır

Məhkumlardan 96 mobil telefon götürülüb
18.01.2019, 20:43

Məhkumlardan 96 mobil telefon götürülüb

“Gördün... Elmira Qafarova kişi qızıdır”
18.01.2019, 20:42

“Gördün... Elmira Qafarova kişi qızıdır”

Neftçalada üç uşaq anası itkin düşdü - FOTO
18.01.2019, 20:32

Neftçalada üç uşaq anası itkin düşdü - FOTO

ABŞ-ın bombaladığı şəhərdə 20 nəfər öldü
18.01.2019, 20:27

ABŞ-ın bombaladığı şəhərdə 20 nəfər öldü

Qeydə alınan prezidentliyə namizədlərin sayı 10-a çatdı
18.01.2019, 20:18

Qeydə alınan prezidentliyə namizədlərin sayı 10-a çatdı

Xəstəxanada girov saxlanılan qadın azad edildi
18.01.2019, 20:02

Xəstəxanada girov saxlanılan qadın azad edildi

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard manat xərcləyib
18.01.2019, 20:00

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard manat xərcləyib

DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir
18.01.2019, 19:46

DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir

Robert Koçaryanın həbs müddəti uzadıldı
18.01.2019, 19:34

Robert Koçaryanın həbs müddəti uzadıldı

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir
18.01.2019, 19:25

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar qurbanları anılıb
18.01.2019, 19:14

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar qurbanları anılıb

Sınaq imtahanlarına qeydiyyat sabah başa çatır
18.01.2019, 19:08

Sınaq imtahanlarına qeydiyyat sabah başa çatır

Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
18.01.2019, 18:55

Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Bu nazirliyin qurumlarından 3-ü birləşdirilir - SİYAHI
18.01.2019, 18:48

Bu nazirliyin qurumlarından 3-ü birləşdirilir - SİYAHI

Çaylarda suyun səviyyəsi artıb
18.01.2019, 18:36

Çaylarda suyun səviyyəsi artıb

Bu nazirliyin tərkibindəki qurum ləğv edildi
18.01.2019, 18:28

Bu nazirliyin tərkibindəki qurum ləğv edildi

ÜST: Gürcüstanda “donuz qripi” adlı virus yoxdur
18.01.2019, 18:19

ÜST: Gürcüstanda “donuz qripi” adlı virus yoxdur

Sərnişini xilas etmək üçün əlverişsiz havada uçuş həyata keçirildi
18.01.2019, 18:11

Sərnişini xilas etmək üçün əlverişsiz havada uçuş həyata keçirildi

İstirahət günlərinin hava proqnozu açıqlandı
18.01.2019, 17:58

İstirahət günlərinin hava proqnozu açıqlandı

Tatlı və Düz Qışlaqda növbəti hesabat yığıncağı keçirildi
18.01.2019, 17:44

Tatlı və Düz Qışlaqda növbəti hesabat yığıncağı keçirildi

20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olub
18.01.2019, 17:41

20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olub

Mehriban Əliyeva fəxri medalla təltif edildi
18.01.2019, 17:38

Mehriban Əliyeva fəxri medalla təltif edildi

Nazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDI
18.01.2019, 17:21

Nazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDI

Sabiq birinci katib vəfat edib   
18.01.2019, 17:14

Sabiq birinci katib vəfat edib  

Manatın üçgünlük MƏZƏNNƏSİ
18.01.2019, 17:12

Manatın üçgünlük MƏZƏNNƏSİ

“... musiqi ilə həyat maraqlıdır” - ABŞ-da təhsil alan azərbaycanlı musiqiçi ilə MÜSAHİBƏ
18.01.2019, 17:08

“... musiqi ilə həyat maraqlıdır” - ABŞ-da təhsil alan azərbaycanlı musiqiçi ilə MÜSAHİBƏ

Deputat həkimlərdən ƏDV tutulmasının əleyhinə çıxdı   
18.01.2019, 16:59

Deputat həkimlərdən ƏDV tutulmasının əleyhinə çıxdı  

Metropoliten gücləndirilmiş iş rejiminə keçir
18.01.2019, 16:54

Metropoliten gücləndirilmiş iş rejiminə keçir

Azercell NNTV xidmətini təqdim edir
18.01.2019, 16:46

Azercell NNTV xidmətini təqdim edir

ARXİV