13 noyabr 2018, Çərşənbə
Ana Səhifə - TƏHSİL - “Heç kim bu dəyişikliklərdən narahat olmasın” - DİM sədri imtahanların yeni modelindən DANIŞDI
“Heç kim bu dəyişikliklərdən narahat olmasın” - DİM sədri imtahanların yeni modelindən DANIŞDI
02.11.2018, 14:57

“Artıq 11 ildir ki, şagirdlər ümumtəhsil məktəblərində yeni tədris proqramları (kuri­kulumları) və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklər əsasında təhsil alırlar. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da yeni proqramların tətbiqi təhsilin məz­mununda dəyişikliklərə və “yaddaş məktə­bi”ndən “təfəkkür məktəbi”nə keçidə səbəb olmuşdur. Yeni tədris proqramlarından istifadə ilə qiymətləndirmə sahəsinə də yeni yanaşma zərurəti yaranmışdır”.


Modern.az-ın məlumatına görə, bu fikirləri Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu istiqamətdə görü­lən işlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Əsas­naməsində dəyi­şiklik edilməsi barədə Azərbaycan Prezidentinin 16 yanvar 2013-cü il tarixli 804 nömrəli Fərmanı güclü təkan verib:

“Həmin Fərmanla TQDK-ya yekun qiymət­lən­dirmənin (attestasiyanın) təşkili məqsədilə, respub­likanın ümumtəhsil müəs­sisə­lərinin V-XI sinif şa­girdləri arasında monitorinq imtahanlarını keçirmək vəzifəsi həvalə olundu. TQDK (hazırda Dövlət İmtahan Mərkəzi – DİM) 2013-cü ildən başlayaraq respublikanın bütün coğrafi regionlarını əhatə edən məktəblərdən reprezentativ seçmə yolu ilə V–X siniflərdə təhsil alan 60 minə yaxın şagird üçün (2013-cü ildə V, 2014-cü ildə V və VI, 2015-ci ildə VI və VII, 2016-cı ildə VII və VIII siniflərdə) mo­nitorinq imtahanları ke­çirmişdir.


Bu imtahanların nəticələri Təhsil Nazirliyi ilə müzakirə edilmiş, bilik və bacarıqların ölçülməsi sahəsində əməkdaşlığın təmin edilməsi üçün hər iki strukturun mütəxəssislərindən ibarət işçi qrup yaradılmışdır. Bu imtahanlarda kurikulumların tələblərinə uyğun şəkildə yazı işlərinin qiymət­ləndirilməsi məqsədilə müvafiq meyarlar, qiy­mət­ləndirmə prosesini həyata keçirmək üçün isə yeni, alqoritmik yanaşmaya əsaslanan mexanizm hazırlanmışdır”.


M.Abbaszadə deyib ki, monitorinq imtahanlarının keçirilməsi DİM-ə təhsil sahəsində aparılan islahatlara, o cümlədən, yeni tədris proqramlarına (kurikulumlara) uyğun yeni test modelləri yaratmaqda kömək edib.


“Qeyd etmək lazımdır ki, bu növ imtahanların model və məzmununun işlənib hazırlanması elm­tutumlu, əməktutumlu və maliyyətutumlu pro­sesdir. Bu imtahanların nəticələri şagirdlərin məktəbdəki qiymətlərinə təsir etmirdi, yəni heç bir hüquqi əhəmiyyəti yox idi. Lakin həmin nəti­cələrin elmi və statistik təhlili şagirdlərin yeni proqramları mənimsəmə dərəcəsi və səviyyəsini müəyyən etməyə, onlarda müvafiq vərdiş və bacarıqların formalaşma səviyyəsini ölçməyə, müəl­limlərin tədris prosesində rastlaşdıqları çətinlikləri üzə çıxarmağa imkan vermişdir. Bu məlumatlar pedaqoji ictimaiyyətdə müzakirələr üçün həmişə açıq olmuş, eyni zamanda Təhsil Nazirliyi ilə də müzakirə edilmişdir.

Beləliklə, hələ 2016-cı ildə Dövlət İmtahan Mərkəzi Təhsil Nazirliyi ilə birgə şagirdlər üçün ümumi orta təhsil bazasında buraxılış imtahan­larının yeni keçirilmə qaydalarını işləyib hazır­lamışdır”.


DİM sədri xatırladıb ki, 2017-ci ildə ilk dəfə olaraq, yeni təhsil proqramlarının (kurikulumun) tələblərinə uyğun şəkildə IX siniflərin yekun attestasiya imtahan­larında şagirdlərin mətn üzərində iş qabiliyyəti: mətnin əsas ideyasını və mətndə baş verən ha­disə­lərin səbəb-nəticə əlaqələrini müəy­yən­etmə, mətnin kontekstinə uyğun olaraq sözlərin mənasını izah etmə, həmçinin həndəsi qurmalardan istifadə edərək riyazi məsələləri həll etmə, müxtəlif həyati situasiyalarda tənliklərin qurulması kimi riyazi vər­dişlərdən istifadə və s. bacarıqları yox­lanıl­ıb.


“IX siniflər üçün 2017 və 2018-ci illərdə keçirilmiş buraxılış imtahanlarının nəticələri əsasında elmi-statistik məlumatlarla zəngin informasiya bazası toplanmışdır. IX siniflərdə buraxılış imtahanlarının nəticələri “Abituriyent” jurnalının 12-ci nömrəsində çap edilmiş və “Mənim məktəbim“ (http://mekteb.edu.az) saytında yerləşdirilmişdir.

Bundan əlavə, hər il ölkənin hər bir rayonu üzrə bütün məktəblərin nəticələri ayrıca broşü­ralar şəklində nəşr edilərək məktəblərə pay­lanmışdır.

Düz bir il bundan öncə ictimaiyyətə Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə hazırladığı ümumi təhsil pilləsində təhsil­alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modeli təqdim olun­muşdur, imtahanların məzmun və for­masında dəyişikliklər barədə tam məlumat verilmişdir. İmtahanların məzmunu, o cümlədən qiymət­ləndirilən standartların siya­hısı Təhsil Nazir­liyinin mütəxəssislərinin də iştirak etdiyi işçi qrup tərəfindən müəyyən edilmiş, bu standartların ölçülməsi üçün müvafiq qiymət­ləndirmə çərçivəsi işlənib hazırlanmışdır. Bundan başqa, yeni imtahan modeli, imtahanda yoxlanılacaq alt standartlar (bacarıqlar), yeni tapşırıq formaları, qiymət­ləndirmə meyarları “Abituriyent” jurnalının xüsusi buraxılışlarında, siniflər üzrə çap edilən “Yeni təh­sil proqramları (kurikulum) üzrə qiymət­ləndirmə tapşırıqları” toplusunda nəşr edilmişdir. 

Abituriyentlər və onların valideynləri, elmi-pedaqoji ictimaiyyət edilən dəyişikliklərlə bağlı narahat olmamalıdır. Çünki, bu dəyişikliklər etibarlı elmi əsasları olmaqla yanaşı, onlar mərhələli şəkildə, praktikada aprobasiya olunaraq tətbiq olunur və məzunlarımızın bilik səviyyəsinə uyğundur.

Biz DİM-in “Abituriyent” jurnalı, rəsmi saytımız və sosial şəbəkədə səhifələrimiz vasitəsilə sizə çatdırdığı materiallarla yaxından tanış olmağı tövsiyə edirik. Sizi maraqlandıran bütün suallara cavab verməyə və təqdim olunmuş istənilən materialı şərh etməyə hazırıq”.

 


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Tramp OPEK-i hasilatı azaltmamağa çağırdı
13.11.2018, 01:11

Tramp OPEK-i hasilatı azaltmamağa çağırdı

Rusiyada terror aktı planlaşdıran İŞİD üzvləri saxlanıldı
13.11.2018, 00:53

Rusiyada terror aktı planlaşdıran İŞİD üzvləri saxlanıldı

Ukrayna ABŞ-la razılıq əldə etdi
13.11.2018, 00:31

Ukrayna ABŞ-la razılıq əldə etdi

Marvelin yaradıcısı öldü
13.11.2018, 00:15

Marvelin yaradıcısı öldü

Goranboyda ağır qəza
12.11.2018, 23:53

Goranboyda ağır qəza

Azərbaycan nefti ucuzlaşdı
12.11.2018, 23:36

Azərbaycan nefti ucuzlaşdı

Vəzifəli şəxsin oğlu yeniyetmə qızı avtomobillə vurub
12.11.2018, 23:23

Vəzifəli şəxsin oğlu yeniyetmə qızı avtomobillə vurub

İsrail Qəzzaya raket zərbələri endirib
12.11.2018, 23:10

İsrail Qəzzaya raket zərbələri endirib

Ukraynada polis rəisi olan azərbaycanlı xanım - FOTO
12.11.2018, 22:55

Ukraynada polis rəisi olan azərbaycanlı xanım - FOTO

Kəsdiyi ağac Kürdəmir sakinini öldürdü
12.11.2018, 22:41

Kəsdiyi ağac Kürdəmir sakinini öldürdü

Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizəd ola bilər
12.11.2018, 22:26

Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizəd ola bilər

Kaliforniyadakı dəhşətli yanğında 31 nəfər öldü
12.11.2018, 22:10

Kaliforniyadakı dəhşətli yanğında 31 nəfər öldü

İranda bu estetik əməliyyatları edənlər cəzalandırılacaq
12.11.2018, 21:58

İranda bu estetik əməliyyatları edənlər cəzalandırılacaq

Motosikletdən düşən bomba həyacanlı anlar yaşatdı
12.11.2018, 21:43

Motosikletdən düşən bomba həyacanlı anlar yaşatdı

İcra başçısının sabiq müavininin evinə basqın oldu
12.11.2018, 21:30

İcra başçısının sabiq müavininin evinə basqın oldu

 Azərbaycana yeni qaz sayğacları gətirilib
12.11.2018, 21:16

 Azərbaycana yeni qaz sayğacları gətirilib

Bərdədə 2 piyada vuruldu: 1 ölü, 1 yaralı
12.11.2018, 21:02

Bərdədə 2 piyada vuruldu: 1 ölü, 1 yaralı

NATO-dan Türkiyə açıqlaması
12.11.2018, 20:50

NATO-dan Türkiyə açıqlaması

ABŞ Gürcüstanın Vaziani hərbi bazası ərazisində aerodrom inşa edir
12.11.2018, 20:37

ABŞ Gürcüstanın Vaziani hərbi bazası ərazisində aerodrom inşa edir

Cəlilabadda 15 yaşlı yeniyetmə intihar etdi
12.11.2018, 20:26

Cəlilabadda 15 yaşlı yeniyetmə intihar etdi

Ermənistanda xaos dərinləşir
12.11.2018, 20:14

Ermənistanda xaos dərinləşir

Rusiya miqrantlara qarşı siyasəti sərtləşdirir
12.11.2018, 20:01

Rusiya miqrantlara qarşı siyasəti sərtləşdirir

Gəncədə partlamamış hərbi sursat tapıldı
12.11.2018, 20:00

Gəncədə partlamamış hərbi sursat tapıldı

Bakıdan Şarm əl-Şeyxə birbaşa aviareys açıldı
12.11.2018, 19:55

Bakıdan Şarm əl-Şeyxə birbaşa aviareys açıldı

Kartof oğrusu tutuldu 
12.11.2018, 19:49

Kartof oğrusu tutuldu 

Fatih Terim əməliyyat olundu
12.11.2018, 19:39

Fatih Terim əməliyyat olundu

QTA-da sahibkarlarla görüşdü - FOTO
12.11.2018, 19:28

QTA-da sahibkarlarla görüşdü - FOTO

Prezident nazirliyə 3,5 milyon pul ayırdı
12.11.2018, 19:19

Prezident nazirliyə 3,5 milyon pul ayırdı

Mərkəzi Bank 38 min manatdan çox saxta pul aşkar etdi
12.11.2018, 19:10

Mərkəzi Bank 38 min manatdan çox saxta pul aşkar etdi

Slovakiyanın baş naziri Azərbaycana gəlib
12.11.2018, 19:02

Slovakiyanın baş naziri Azərbaycana gəlib

Azərbaycanda qaz abonentlərinin sayı artıb
12.11.2018, 18:53

Azərbaycanda qaz abonentlərinin sayı artıb

İnam Kərimov qəbul keçirəcək
12.11.2018, 18:44

İnam Kərimov qəbul keçirəcək

Azay Quliyev 17 min tələbənin problemini həll etdi 
12.11.2018, 18:35

Azay Quliyev 17 min tələbənin problemini həll etdi 

Yol polisindən yük maşınlarının sürücülərinə MÜRACİƏT
12.11.2018, 18:26

Yol polisindən yük maşınlarının sürücülərinə MÜRACİƏT

Prezident biznes sahəsində fərqlənənləri təltif etdi - SİYAHI
12.11.2018, 18:15

Prezident biznes sahəsində fərqlənənləri təltif etdi - SİYAHI

Bərdədə yeni istixana istifadəyə verilib - Foto
12.11.2018, 18:11

Bərdədə yeni istixana istifadəyə verilib - Foto

Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfiri geri çağırıldı - SƏRƏNCAM   
12.11.2018, 18:04

Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfiri geri çağırıldı - SƏRƏNCAM  

Çaylarda mövcud vəziyyət AÇIQLANDI
12.11.2018, 17:58

Çaylarda mövcud vəziyyət AÇIQLANDI

Ermənistanın müdafiə naziri Azərbaycan Ordusunun irəlilədiyini ETİRAF ETDİ
12.11.2018, 17:48

Ermənistanın müdafiə naziri Azərbaycan Ordusunun irəlilədiyini ETİRAF ETDİ

Prezident və birinci xanım açılış ETDİ - YENİLƏNİB
12.11.2018, 17:36

Prezident və birinci xanım açılış ETDİ - YENİLƏNİB

Agentlik Təbriz və Həsənoğlu küçələrində işə başladı - VİDEO
12.11.2018, 17:29

Agentlik Təbriz və Həsənoğlu küçələrində işə başladı - VİDEO

QHT Şurasının rəsmisi tələbə-jurnalistlərlə görüşdü
12.11.2018, 17:27

QHT Şurasının rəsmisi tələbə-jurnalistlərlə görüşdü

Şəkər xəstəsi olan uşaqların sayı açıqlandı
12.11.2018, 17:17

Şəkər xəstəsi olan uşaqların sayı açıqlandı

Manatın sabahkı MƏZƏNNƏSİ
12.11.2018, 17:06

Manatın sabahkı MƏZƏNNƏSİ

Qəbələdə ovçu şəlaləyə düşərək ölüb
12.11.2018, 17:01

Qəbələdə ovçu şəlaləyə düşərək ölüb

Azərbaycanda yarım milyon manata gəmi satılır
12.11.2018, 16:43

Azərbaycanda yarım milyon manata gəmi satılır

Zakir Həsənov bu deputatları təltif etdi - SİYAHI   
12.11.2018, 16:35

Zakir Həsənov bu deputatları təltif etdi - SİYAHI  

Məhkumların əl işləri sərgiləndi - FOTO
12.11.2018, 16:25

Məhkumların əl işləri sərgiləndi - FOTO

Əli Məhərrəmzadənin
12.11.2018, 16:07

Əli Məhərrəmzadənin "Çovdar çörəyi" təqdim olunub  

Milli Paralimpiya Komitəsində yeni idman növü yaradıldı
12.11.2018, 16:05

Milli Paralimpiya Komitəsində yeni idman növü yaradıldı

ARXİV