Modern.az

İrandan Trampa XƏBƏRDARLIQ

İrandan Trampa XƏBƏRDARLIQ

Dünya

4 Noyabr 2018, 20:27

İran İnqilab Gözətçiləri komandiri Məhəmməd Əli Cəfəri ABŞ-ın İrana qarşı noyabrın 5- başlayacağı iqtisadi sanksiyalar öncəsi Donald Trumpa xəbərdarlıq edib. Modern.az xəbər verir ki, iranlı komandan Donald Trumpa müraciətlə İranı əsla təhdid etməməsini bildirib.

 

Məlumata görə, 1979-cu ilin noyabrında bir qrup universitet şagirdinin Tehrandakı Amerika səfirliyinə daxil olub işçiləri girov alması hadisəsinin ildönümü İranın bir çox şəhərlərində tədbirlərlə anılıb.

 

Fəaliyyət çərçivəsində Tehrandakı köhnə ABŞ səfirliyi qarşısında toplanan kütlə qarşısında general Cəfəri, ABŞ prezidenti Trampı hədəf götürərək: "Bizi əsla təhdid etmə və hərbi təhdidlə qorxutmağa çalışma, çünki Amerika əsgərlərinin İranın Təbəs bölgəsi və Bəsrə Körfəzindəki qorxu dolu bağırışları unudulmuş deyil”, - deyə bildirib.

 

Qeyd edək ki, 4 noyabr 1979-cu ild, İrandan qaçan keçmiş şah Məhəmməd Rza Pehlevinin ABŞ-a sığınmasına görə etiraz edən bir qrup tələbə, ABŞ-ın Tehrandakı səfirlik binasını hücum edərək işçiləri 444 gün girov götürmüşdü. Hadisənin ardından iki ölkə arasındakı diplomatik əlaqələr kəsilmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır