19 yanvar 2019, Şənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Emalatxanadan sürgünə, sürgündən emalatxanaya  
Emalatxanadan sürgünə, sürgündən emalatxanaya  
05.11.2018, 14:48

Ələkbər Rzaquliyevin məşəqqətli həyatı, “Xalq əmanəti”nə çevrilən əsərləri haqqında kitab işıq üzü görüb

 

“Xalq Bank”ın 2010-cu ildən bəri həyata keçirdiyi “Xalq Əmanəti” layihəsinin sayca on yeddinci nəşri ictimaiyyətə təqdim olunub. Qədim xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyada tanıdılması və təşviqi məqsədi daşıyan bu orijinal layihənin növbəti qəhrəmanı da rəssamdır. 

                
 Sərgidən bir gün sonra həbs olunan rəssam 
 

“Xalq Əmanəti”nin Azərbaycan, ingilis və rus dillərində nəşr etdirdiyi kitab görkəmli rəssam, milli qrafika sənətinin sütunlarından biri sayılan, Əməkdar rəssam Ələkbər Rzaquliyevin məşəqqətli ömür yolu və zəngin sənətindən bəhs edir.

Ələkbər Ələsgər oğlu Rzaquliyev 1903-cü ildə Bakıda, köhnə şəhərin divarları arasına sığınan İçərişəhərdə dünyaya gəlib. Ələkbər mollaxanaya getmədiyi günlərdə atasının satıcı kimi çalışdığı qəssab dükanlına gələr, ət bükmək üçün istifadə olunan kağızların üzərində əsl bakılı tipajları çəkərdi. Balaca Ələkbər dükanın bir küncünə qısılıb gördüyü personajlarla bağlı məzəli əhvalatlar uydurar, ilk “əsərlərini” məşhur “Molla Nəsrəddin” jurnalının karikaturaları ruhunda ərsəyə gətirərdi. Dünyaya “Molla Nəsrəddin”dəki rəssamların gözü ilə baxmağa çalışan Ələkbər satirik qrafika ustası, görkəmli rəssam Əzim Əzimzadəni özünün ilk müəllimi sayırdı.

Ələkbər Rzaquliyevin uşaqlıq və yeniyetməlik illəri mürəkkəb və təlatümlü dövrə düşür. İçərişəhərli balası yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti paytaxtının Bakıya köçməsinin şahidi olur, ermənilərin onun doğma şəhərində hansı vəhşiliklər törətdiyini yaddaşına köçürür, Qızıl Ordu əsgərlərinin Bakıya necə gəldiyini görür. Gənc Ələkbər bolşeviklərin cəlbedici şüarlarına ürəkdən inanır, sovetlərin ona səadət, yaradıcılıq azadlığı gətirəcəyinə ümid bəsləyirdi. Elə bu inamla da 1920-ci ildə komsomol sıralarına qoşulur. Lakin yeni hökumət gənc rəssama ağrı-acı dolu günlər gətirir, ona üç dəfə sürgün həyatı yaşadır. Gənc və istedadlı rəssam qorxunc Solovki düşərgəsində, soyuq Arxangelskdə və amansız Altayda hər gün ölümlə üzbəüz qalır.

Bütün bunlar hələ bir qədər sonra olacaqdı. Hələlik gənc Ələkbər SSRİ-nin paytaxtı Moskvadadır. Buranın yaradıcılıq mühitinin mərkəzi sayılan Ali Bədii-Texniki Emalatxanada Sergey Gerasimov, David Şterenberq kimi ustadlardan dərs alır. Lunaçarski, Mayakovski, Yeseninlə tez-tez görüşməyin, Meyerxoldla bir binada yaşamağın sevincini dadır. Əsərləri Moskvadakı sərgidə nümayiş etdirilən ilk azərbaycanlı rəssam kimi tarixə düşür. Ötən əsrin 20-ci illərində Moskvada keçirdiyi və özünün də dediyi kimi, ömrünün ən xoşbəxt günləri barədə əlyazmalarında belə bir qeydlərə rast gəlmək olur: “… O illərdə Arbatda kiçik bir otaq kirayələmişdim. Bura tez-tez Nazim Hikmət də gələrdi, onunla unudulmaz görüşləri və uzun söhbətlərimizi xatırlayıram…”

1928-ci il iyulun 29-da Bakıda gənc Azərbaycan rəssamlarının ilk sərgisi açılır və Ələkbər Rzaquliyevin həm rəngkarlıq, həm də qrafika əsərləri bu sərgidə nümayiş olunur. Lakin rəssamın sevinci uzun sürmür, sərgidən cəmi bir gün sonra Ələkbər Rzaquliyev həbs edilir.

 

Güllələnmə təxirə salınır… 


Rəssam Şərqdə ilk Demokratik Cümhuriyyətin qurucusu Məmməd Əmin Rəsulzadənin portretini çəkməkdə, Müsavatçılarla işbirliyində ittiham olunur və barəsində ən ağır cəzaya-güllələnmə hökmü çıxarılır. Amma xoş bir təsadüf üzündən son anda güllələnmə cəzası dəyişdirilir və 8 illik həbslə əvəzlənir.

Rəssamın məhbus kimi yolu Rusiyanın şimalındakı Solovki düşərgəsindən keçir. O, adı çəkiləndə belə hamının qorxduğu bu düşərgədə ağqvardiyaçılarla, repressiya olunmuş ruhanilərlə birgə sürgün həyatı yaşayır. Ələkbər Rzaquliyev ömrünün 5 ilini Solovki adasında keçirir, olmazın əziyyətlərə qatlaşır. 1933-cü ildə isə rəssamı uzaq Arxangelskə köçürürlər.

1936-cı ildə sürgündən geri qayıdan Ələkbər Rzaquliyev doğma Bakıda yaşamağa izn ala bilmədiyindən Gəncəyə köçür. Gəncə Dövlət Dram Teatrında işə düzəlir, rəssam kimi tamaşalara bədii tərtibat verir. Lakin bir ildən sonra yenidən həbs olunur və bu dəfə Vorkuta-Peçora islah-əmək düşərgəsinə göndərilir.

On il sonra növbəti dəfə azadlığa çıxan rəssamı yenə Bakıya buraxmırlar, ona görə də Şəkidə yaşamalı olur. Amma tale onu yenə ağır sınaqla üz-üzə qoyur, Ələkbər 1949-cu il dekabrın 24-də həbs olunur və Krosnoyarski vilayətinin Abanski rayonunun Beryozovka kəndinə sürgün edilir. Yenə hər gün ölümlə üz-üzə qalır, yalnız iradəsi, yaşamaq eşqi sayəsində sağ qalmağı bacarır. 

“Ellər atası” Stalinin ölümündən sonra Ələkbər Rzaquliyevin həyatında sanki yeni bir səhifə açılır. Rəssam Bakıya köçməyə icazə alır, ona yaşamaq üçün mənzil, çalışmaq üçün emalatxana ayırırlar. 53 yaşında azadlığa çıxıb yenidən doğulan uşaq kimi sevinən rəssam həyatını yaradıcılıq işlərinə sərf edir. Ömrünün 25 ilini həbs düşərgələrində keçirdiyindən itirilmiş illərini qaytarmağa çalışır, yaddaşının dərinliyində saxladığı təsvirləri kağıza köçürməyə tələsir. Müasiri, Xalq rəssamı Tofiq Ağababayevin sözlərinə görə, emalatxanada hər gün 15-16 saat yorulmadan çalışır, ona şöhrət gətirəcək yeni əsərlər yaradır.

1963-cü ildə Ələkbər Rzaquliyevin Bakıda ilk fərdi sərgisi açılır və bu sərgi rəssama böyük uğur qazandırır. ABŞ-dan, Yaponiyadan sifarişlər alır, əsərləri Parisdə sərgilənir. 1964-cü ildə Ələkbər Rzaquliyev Əməkdar rəssam fəxri adına layiq görülür.

Amansız repressiyalara məruz qalan, üç dəfə sürgün olunan, məşəqqətli həyat sürən, ömrünün ən gözəl illərini, sağlamlığını ciddi islah-əmək düşərgələrində keçirən istedadlı rəssam 1974-cü ildə Bakıda vəfat edir.

                    

Xalqa əmanət əsərlər 


Bütün çətinliklərə rəğmən, heç zaman sınmayan, yaşayıb-yaratmaq eşqi azalmayan Ələkbər Rzaquliyev “Köhnə Bakı”, “Tələbəlik illəri”, “Azərbaycan balıqçıları” silsilələri, Solovki adasına, doğma Azərbaycanın mənzərələrinə həsr etdiyi çoxsaylı əsərlər yaradıb. Rəssamın “Köhnə Bakı” silsiləsi XX əsrin əvvəllərini, o dövrün insanlarının yaşayışını və məişətini əks etdirən ən müfəssəl panorama hesab olunur.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovanın sözlərin ilə ifadə etsək, Ələkbər Rzaquliyevin hər bir əsərində həyata, insanlara, sənətə, Bakıya sevgi duyulur.

Yeri gəlmişkən, “Xalq Bank”ın ideyası əsasında ərsəyə gələn və üç dildə nəşr olunan bu dəyərli kitabın mətnlərinin müəllifi Şirin Məlikovadır. Gənc sənətşünas alim kitab üzərində çalışarkən müxtəlif arxivlərdə araşdırma aparıb, Ələkbər Rzaquliyevlə bağlı qiymətli sənədlər aşkar edib. Həmin arxiv sənədlərinin əksəriyyəti ilk dəfə məhz bu kitab vasitəsilə ictimaiyyətə açıqlanır.



Xatırladaq ki, artıq on yeddi kitabı çapdan çıxan “Xalq Əmanəti” layihəsinin müəllifi Rafiq Həşimov, redaktoru Səlim Babullaoğludur.



Etibar CƏBRAYILOĞLU   


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ermənilər kəndlərimizi atəşə tutdu
19.01.2019, 09:51

Ermənilər kəndlərimizi atəşə tutdu

İspaniyanın ilk Oskar alan aktyoru - 50 yaşlı məşhur...
19.01.2019, 09:35

İspaniyanın ilk Oskar alan aktyoru - 50 yaşlı məşhur...

20 yanvardan bəhs edən filmin məsləhətçisi: “Telekanallar “Hüznlü ana”nı vermək istəmirlər” - MÜSAHİBƏ  
19.01.2019, 09:32

20 yanvardan bəhs edən filmin məsləhətçisi: “Telekanallar “Hüznlü ana”nı vermək istəmirlər” - MÜSAHİBƏ  

Bakıda 18 yaşlı oğlan itkin düşdü
19.01.2019, 09:30

Bakıda 18 yaşlı oğlan itkin düşdü

ABŞ-da tərcüməçi işləyən azərbaycanlı xanım
19.01.2019, 09:03

ABŞ-da tərcüməçi işləyən azərbaycanlı xanım

Şahmat üzrə Azərbaycan çempionatının III turu yekunlaşdı
19.01.2019, 01:01

Şahmat üzrə Azərbaycan çempionatının III turu yekunlaşdı

Ukrayna əhalisinin sayı  208,8 min nəfər azalıb
19.01.2019, 00:47

Ukrayna əhalisinin sayı  208,8 min nəfər azalıb

Avtoqəzada yaralanan sürücü xəstəxanada öldü
19.01.2019, 00:27

Avtoqəzada yaralanan sürücü xəstəxanada öldü

Meksikada 6 bal gücündə zəlzələ
19.01.2019, 00:16

Meksikada 6 bal gücündə zəlzələ

Trampla Kim Çen In fevralda yenidən görüşəcək
18.01.2019, 23:59

Trampla Kim Çen In fevralda yenidən görüşəcək

Əllə oynayan futbolçulara yeni cəza
18.01.2019, 23:42

Əllə oynayan futbolçulara yeni cəza

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
18.01.2019, 23:31

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı   
18.01.2019, 23:07

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı  

Qəzzada qarşıdurma: 30 yaralı
18.01.2019, 22:47

Qəzzada qarşıdurma: 30 yaralı

Bakıda itkin düşən uşaq tapıldı
18.01.2019, 22:30

Bakıda itkin düşən uşaq tapıldı

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı
18.01.2019, 22:16

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı

Fransada aksiyaların yeni mərhələsi başlayır
18.01.2019, 21:59

Fransada aksiyaların yeni mərhələsi başlayır

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu
18.01.2019, 21:44

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu

Yaponiyada güclü zəlzələ
18.01.2019, 21:24

Yaponiyada güclü zəlzələ

“Oksigen” klinikasında yanğın
18.01.2019, 21:10

“Oksigen” klinikasında yanğın

Müdafiə nazirləri Brüsselə toplanır
18.01.2019, 20:56

Müdafiə nazirləri Brüsselə toplanır

Məhkumlardan 96 mobil telefon götürülüb
18.01.2019, 20:43

Məhkumlardan 96 mobil telefon götürülüb

“Gördün... Elmira Qafarova kişi qızıdır”
18.01.2019, 20:42

“Gördün... Elmira Qafarova kişi qızıdır”

Neftçalada üç uşaq anası itkin düşdü - FOTO
18.01.2019, 20:32

Neftçalada üç uşaq anası itkin düşdü - FOTO

ABŞ-ın bombaladığı şəhərdə 20 nəfər öldü
18.01.2019, 20:27

ABŞ-ın bombaladığı şəhərdə 20 nəfər öldü

Qeydə alınan prezidentliyə namizədlərin sayı 10-a çatdı
18.01.2019, 20:18

Qeydə alınan prezidentliyə namizədlərin sayı 10-a çatdı

Xəstəxanada girov saxlanılan qadın azad edildi
18.01.2019, 20:02

Xəstəxanada girov saxlanılan qadın azad edildi

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard manat xərcləyib
18.01.2019, 20:00

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard manat xərcləyib

DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir
18.01.2019, 19:46

DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir

Robert Koçaryanın həbs müddəti uzadıldı
18.01.2019, 19:34

Robert Koçaryanın həbs müddəti uzadıldı

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir
18.01.2019, 19:25

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar qurbanları anılıb
18.01.2019, 19:14

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar qurbanları anılıb

Sınaq imtahanlarına qeydiyyat sabah başa çatır
18.01.2019, 19:08

Sınaq imtahanlarına qeydiyyat sabah başa çatır

Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
18.01.2019, 18:55

Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Bu nazirliyin qurumlarından 3-ü birləşdirilir - SİYAHI
18.01.2019, 18:48

Bu nazirliyin qurumlarından 3-ü birləşdirilir - SİYAHI

Çaylarda suyun səviyyəsi artıb
18.01.2019, 18:36

Çaylarda suyun səviyyəsi artıb

Bu nazirliyin tərkibindəki qurum ləğv edildi
18.01.2019, 18:28

Bu nazirliyin tərkibindəki qurum ləğv edildi

ÜST: Gürcüstanda “donuz qripi” adlı virus yoxdur
18.01.2019, 18:19

ÜST: Gürcüstanda “donuz qripi” adlı virus yoxdur

Sərnişini xilas etmək üçün əlverişsiz havada uçuş həyata keçirildi
18.01.2019, 18:11

Sərnişini xilas etmək üçün əlverişsiz havada uçuş həyata keçirildi

İstirahət günlərinin hava proqnozu açıqlandı
18.01.2019, 17:58

İstirahət günlərinin hava proqnozu açıqlandı

Tatlı və Düz Qışlaqda növbəti hesabat yığıncağı keçirildi
18.01.2019, 17:44

Tatlı və Düz Qışlaqda növbəti hesabat yığıncağı keçirildi

20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olub
18.01.2019, 17:41

20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olub

Mehriban Əliyeva fəxri medalla təltif edildi
18.01.2019, 17:38

Mehriban Əliyeva fəxri medalla təltif edildi

Nazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDI
18.01.2019, 17:21

Nazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDI

Sabiq birinci katib vəfat edib   
18.01.2019, 17:14

Sabiq birinci katib vəfat edib  

Manatın üçgünlük MƏZƏNNƏSİ
18.01.2019, 17:12

Manatın üçgünlük MƏZƏNNƏSİ

“... musiqi ilə həyat maraqlıdır” - ABŞ-da təhsil alan azərbaycanlı musiqiçi ilə MÜSAHİBƏ
18.01.2019, 17:08

“... musiqi ilə həyat maraqlıdır” - ABŞ-da təhsil alan azərbaycanlı musiqiçi ilə MÜSAHİBƏ

Deputat həkimlərdən ƏDV tutulmasının əleyhinə çıxdı   
18.01.2019, 16:59

Deputat həkimlərdən ƏDV tutulmasının əleyhinə çıxdı  

Metropoliten gücləndirilmiş iş rejiminə keçir
18.01.2019, 16:54

Metropoliten gücləndirilmiş iş rejiminə keçir

Azercell NNTV xidmətini təqdim edir
18.01.2019, 16:46

Azercell NNTV xidmətini təqdim edir

ARXİV