Modern.az

Rusiya və Gürcüstan arasında hava reysləri bərpa oluna bilər

 Rusiya və Gürcüstan arasında hava reysləri bərpa oluna bilər

9 Dekabr 2009, 15:28

Rusiya Gürcüstanla sərhədi açacaq. Rusiya prezidenti Dmitri Medvedev Gürcüstan - Rusiya sərhədində “Verxnıy Lars” nəzarət-buraxılış məntəqəsinin açılışı və iki ölkə arasında birbaşa hava reyslərinn bərpa olunması üçün heç bir maneə görmədiyini açıqlayıb. Modern.az-ın “Ria-novosti” agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə Medvedev bu gün Moskvada Avropa və Asiya KİV-lərin Forumundakı çıxışında bildirib.

“Biz  sadə adamlarla ünsiyyət saxlamadığmızı əsas gətirirək  adi  məişət məslələrindən qaçmamalıyıq. Mən hesab edirəm ki, problemlərin və eləcə də “Verxnıy Lars”ın açılışı, birbaşa reyslərin bərpası kimi məsələlərin müzakirəsinin  aparılması və qərarların qəbulu tamamilə normal mövzudur. Mən burada elə də böyuk əngəllər görmürəm, çünki bu məsələlər ilk növbədə beynəlxalq siyasət meydançasında  bir sıra məsələlərə görə dövlətlərimiz arasında sərt qarşıdurmaya baxmayaraq hələ də dostluq edən bizim ölkələrin sadə  insanlarının maraqları ilə bağlıdır “-deyə Medvedev bildirib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir