10 dekabr 2018, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - “Dünyada dini və milli dözümsüzlük tüğyan edir” - Allahşükür Paşazadə İspaniyada çıxış etdi  
“Dünyada dini və milli dözümsüzlük tüğyan edir” - Allahşükür Paşazadə İspaniyada çıxış etdi   +
05.11.2018, 20:21

Noyabrın 5-də İspaniyanın paytaxtı Madrid şəhərində “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycanı hökumət üzvləri, Milli Məclisin deputatları, tanınmış elm və din xadimləri, habelə Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının başçısı Milix Yevdayev və Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete və digərləri təmsil ediblər.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Qafqaz Müsəlmanları İdarəsinin (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), İspaniyanın Ədliyyə Nazirliyinin və Evsen Fondunun birgə təşkilatçılığı ilə keçirilib.

Evsen Fondunun rəhbəri Eli Evsen tədbirdə çıxış edərək bildirib ki, bu gün insanların qarşısında gənclərin sağlam gələcəyinin təmin edilməsi əsas vəzifə kimi dayanır. Qeyd edib ki, bunun üçün bütün dinlərin nümayəndələri birgə fəaliyyət göstərməsi olduqca önəmlidir. O deyib: “Biz gənclərə düzgün yol göstərməli, təhsil almalarını təmin etməliyik. Yalnız savad qazanmaqla, təhsil almaqla sağlam gələcək təmin edilə bilər. Bu gün bütün dünyada təriqətlərarası münaqişələr mövcuddur. Bunu inkar etmək olmaz. Ancaq biz müqəddəs bir amal - sağlam gələcək naminə bir olmalıyıq”.

İspaniya ədliyyə nazirinin müşaviri Manuel Xesus Dols İspaniya Konstitusiyasında dini azadlığın tam təsbit olunduğunu bildirib. Qeyd edib ki, dinlərarası əməkdaşlıq bugünkü dünya üçün olduqca vacibdir. Bütün dünyada mövcud dinlərə qarşılıqlı hörmət göstərilməlidir. Yalnız qarşılıqlı hörmət və birgə fəaliyyətlə mövcud problemləri həll edə bilərik.

Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına salamlarını çatdıran QMİ sədri şeyxülislam Allahşükür Paşazadə Yer üzündə yaşayan insanların bir-birlərinə qarşılıqlı hörmət və ehtiram ruhunda yaşamalarının Uca Yaradanın ən böyük tövsiyəsi olduğunu söyləyib.


“Bu barədə müqəddəs Kitabımız “Qurani-Kərim”də buyurulur: “Yer üzü (iman və ədalətlə) islah olunduqdan sonra orada fəsad törətməyin”.
Dinamik inkişafda olan, sürətlə dəyişən dünyada son zamanlar cərəyan edən hadisələr, təəssüf ki, dini və milli zəmində dözümsüzlük, qarşıdurma halları və ekstremizmin tüğyan etməsi ilə müşayiət olunur. Planetimizin müxtəlif yerlərində törədilən terror aktları, insan qırğını, maddi və qeyri-maddi mədəni irsin məhvi, separatizm, ksenofobiya, islamofobiya, antisemitizm təzahürləri, heç şübhəsiz ki, sivilizasiyalar arasında qütbləşməni dərinləşdirir, dinlərarası və millətlərarası dialoqa ciddi zərbə vurur.

Yaşanan böhran və faciələrə baxmayaraq, şükürlər olsun ki, dünyamızı mehvərindən çıxmağa qoymayan əbədi mənəvi dəyərlər mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi istər “Multikulturalizm İli”, istər “İslam Həmrəyliyi İli” məhz bu məramlara xidmət edir. Dünyanın bir sıra ölkələrində həyata keçirdiyimiz beynəlxalq tədbirlər, o cümlədən bugünkü ənənəvi, sayca üçüncü beynəlxalq Madrid konfransı da bu amallara xidmətin nümunəsidir. Tarixboyu Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan bu gün dövlətimizin başçısının qlobal missiyası sayəsində dünyada gedən proseslərə özəl, dəyərli töhfəsini – multikulturalizmin real modelini təqdim edir”,- deyə Allahşükür Paşazadə vurğulayıb.

Albaniyanın keçmiş kardinalı Ernest Simoni bu gün dünyanın bir çox bölgələrində münaqişələrin olduğunu xatırladaraq, bütün insanları əhalisi çətin şəraitdə yaşayan bu bölgələrə yardıma səsləyib.

Madridin baş yepiskopu Karlos Osoro bütün dinlərdə sabitliyin, sülhün əsas tutulduğunu qeyd edib. Lakin təəssüflər olsun ki, insanlar heç də hər zaman bu dəyərlərə sadiq qalmırlar.

Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin baş katibi Feysəl bin Müəmmər dünyada islamofobiyanın mövcud olduğunu xatırladıb. Qeyd edib ki, bu yanlış yanaşmaya qarşı sağlam mübarizənin aparılması vacibdir. Bunun üçün yalnız İslam dininə mənsub insanlar deyil, digər dinlərin nümayəndələri də birgə səy göstərməlidirlər.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov dövlət-din münasibətlərində qanunvericiliyin rolu mövzusunda çıxış edib. Qeyd edib ki, dinlərarası dialoq sivilizasiyaların da inkişafına təkan verir. Dini azadlıq olmadan digər azadlıqlardan danışmağa dəyməz. Azərbaycan Respublikasının Konstitusiyasında dini azadlıq tam təsbit edilib. Azərbaycan Prezidenti tərəfindən ölkəmizdəki dini konfessiyalara diqqət, qayğı göstərilir. Bugünkü konfransda Azərbaycanda yaşayan bütün dini icmaların nümayəndələrinin iştirakı bir nümunədir.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov çıxış edərək bildirib ki, bu gün bütün cəmiyyətlər üçün ən vacib məsələlərdən biri tolerantlığı qorumaqdır. Cəmiyyət nə qazanıbsa sülhün hesabına qazanıb. Münaqişə, müharibə cəmiyyətə yalnız zərər verir. Dünyada iki yüz dövlət, beş min etnos var. Bu xalqlar hamısı bir yerdə, bir dünyada mehriban yaşamalıdırlar.

Bu gün dünyada bir çox sosial ədalətsizliklərin olduğunu bildirən Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Ərbaş deyib: “Bu gün dünyada mövcud olan sosial ədalətsizliklərdən biri də aclıqdır. Hər 3 saniyədə bir insan aclıqdan ölür. Sosial ədalətsizliklərdən digəri isə islamofobiyadır. Bu, çox qorxulu problemdir. Ona əsasən Avropa ölkələrində rast gəlinir. İslamofobiyanı dəstəkləyən qüvvələr terror təşkilatları yaradır, müsəlman ölkələrində insanları öldürür, faciələr törədirlər”.

Moskva şəhəri və “Moskovskiy Muftıyat” Mərkəzi Regionu müsəlmanlarının Ruhani İdarəsinin müftisi Albir Krqanov dünyada İslam dininə qarşı mövcud olan ikili standartlardan danışıb. Bildirib ki, belə yanaşmaları aradan qaldırmaq üçün İslam dininə mənsub insanlar bir olmalıdırlar.

Tədbir digər çıxışlarla davam etdirilib.

Sonda Evsen Fondu tərəfindən bir sıra tədbir iştirakçılarına xatirə hədiyyələri təqdim edilib.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Kremldən “sarı jiletli”lər haqda AÇIQLAMA: “Böhtandan başqa bir şey deyil”
10.12.2018, 14:27

Kremldən “sarı jiletli”lər haqda AÇIQLAMA: “Böhtandan başqa bir şey deyil”

Azərbaycanlı qız Kamçatka gözəli seçilib - FOTOLAR
10.12.2018, 14:26

Azərbaycanlı qız Kamçatka gözəli seçilib - FOTOLAR

Sabunçuda 3 otaqlı ev yandı
10.12.2018, 14:21

Sabunçuda 3 otaqlı ev yandı

Gəncədə məktəb direktoru icra başçısının müavini təyin edildi
10.12.2018, 14:07

Gəncədə məktəb direktoru icra başçısının müavini təyin edildi

Ermənistan parlamentində qüvvələrin yeni NİSBƏTİ
10.12.2018, 13:50

Ermənistan parlamentində qüvvələrin yeni NİSBƏTİ

104 ölkəyə ixrac, 171-dən idxal - SİYAHI
10.12.2018, 13:48

104 ölkəyə ixrac, 171-dən idxal - SİYAHI

Azərbaycanda ərzaq malları 1,9 faiz bahalaşıb   
10.12.2018, 13:44

Azərbaycanda ərzaq malları 1,9 faiz bahalaşıb  

Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı Ahıska türkləri ilə görüşüb
10.12.2018, 13:38

Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı Ahıska türkləri ilə görüşüb

Kaşıkçının işi beynəlxalq məhkəməyə veriləcək
10.12.2018, 13:06

Kaşıkçının işi beynəlxalq məhkəməyə veriləcək

Azərbaycanda tələbə itkin düşdü - FOTO   
10.12.2018, 13:04

Azərbaycanda tələbə itkin düşdü - FOTO  

1625 maşına “jalüz-pərdə protokolu” yazıldı   
10.12.2018, 13:02

1625 maşına “jalüz-pərdə protokolu” yazıldı  

Sabahın hava PROQNOZU - İsti olacaq
10.12.2018, 12:53

Sabahın hava PROQNOZU - İsti olacaq

Əsir yaxınlarının ermənilərlə danışıqları faciə ilə bitib - RƏSMİ
10.12.2018, 12:42

Əsir yaxınlarının ermənilərlə danışıqları faciə ilə bitib - RƏSMİ

Yaşa görə pensiya alanların sayı son 30 ildə ən aşağı göstəriciyə düşüb   
10.12.2018, 12:39

Yaşa görə pensiya alanların sayı son 30 ildə ən aşağı göstəriciyə düşüb  

Külli miqdarda aksiz markasız siqaret aşkar olunub
10.12.2018, 12:39

Külli miqdarda aksiz markasız siqaret aşkar olunub

Bahar Muradova: Ermənistanda “seçki oyunu” oynanıldı
10.12.2018, 12:38

Bahar Muradova: Ermənistanda “seçki oyunu” oynanıldı

Leyla Əliyeva beynəlxalq forumda 
10.12.2018, 12:36

Leyla Əliyeva beynəlxalq forumda 

Azərbaycanın “Beyin mərkəzi” ekspertlərini niyə gizlədir?..   
10.12.2018, 12:32

Azərbaycanın “Beyin mərkəzi” ekspertlərini niyə gizlədir?..  

Heydər Əliyev Ağstafada ANILDI
10.12.2018, 12:26

Heydər Əliyev Ağstafada ANILDI

Nazir nikbin DANIŞDI: Ərzaq məhsulları 50 faiz UCUZLAŞACAQ
10.12.2018, 12:17

Nazir nikbin DANIŞDI: Ərzaq məhsulları 50 faiz UCUZLAŞACAQ

DTX-nin hospitalında xüsusi yer ayrılıb, 1943 itkinlə bağlı 5889 nümunə toplanıb
10.12.2018, 12:16

DTX-nin hospitalında xüsusi yer ayrılıb, 1943 itkinlə bağlı 5889 nümunə toplanıb

“Azərbaycanın İntellektual Birİncisi” başa çatdı
10.12.2018, 12:14

“Azərbaycanın İntellektual Birİncisi” başa çatdı

“Ermənistanın sözü əməlinə düz gəlmir” - ZATULİN
10.12.2018, 12:10

“Ermənistanın sözü əməlinə düz gəlmir” - ZATULİN

Bakının məşhur bazarı söküldü
10.12.2018, 12:06

Bakının məşhur bazarı söküldü

Tanınmış həkim Mehdi Mehdiyev vəfat edib   
10.12.2018, 12:05

Tanınmış həkim Mehdi Mehdiyev vəfat edib  

Avtomobillərdən oğurluq edənlər yaxalandılar
10.12.2018, 12:01

Avtomobillərdən oğurluq edənlər yaxalandılar

Şahbaz Quliyevin qardaşı: “...quru nəfəsləri qalıb”
10.12.2018, 11:50

Şahbaz Quliyevin qardaşı: “...quru nəfəsləri qalıb”

“Onun yanında özümü azərbaycanlı qadın hiss edirdim” - Fərman Salmanovun XANIMI
10.12.2018, 11:46

“Onun yanında özümü azərbaycanlı qadın hiss edirdim” - Fərman Salmanovun XANIMI

Lerikdə zəlzələ oldu
10.12.2018, 11:45

Lerikdə zəlzələ oldu

Empati Kids Körpələr evi - Uşaq bağçası AÇILDI
10.12.2018, 11:37

Empati Kids Körpələr evi - Uşaq bağçası AÇILDI

Masallıda PARTLAYIŞ - 1 ölü, 2 yaralı   
10.12.2018, 11:19

Masallıda PARTLAYIŞ - 1 ölü, 2 yaralı  

Soyuqdəymə zamanı inhalyasiya etmək xeyirlidir? - Həkim ŞƏRHİ  
10.12.2018, 11:15

Soyuqdəymə zamanı inhalyasiya etmək xeyirlidir? - Həkim ŞƏRHİ  

Bakıda pivə içən Türkiyə vətəndaşı öldü
10.12.2018, 11:06

Bakıda pivə içən Türkiyə vətəndaşı öldü

İlham Əliyev FIDE prezidentini qəbul etdi - YENİLƏNİB
10.12.2018, 10:50

İlham Əliyev FIDE prezidentini qəbul etdi - YENİLƏNİB

Prezident türkiyəli nazirlə müzakirə apardı
10.12.2018, 10:48

Prezident türkiyəli nazirlə müzakirə apardı

Təbiətə dəyən ziyana görə 154 min manatlıq iddia qaldırıldı
10.12.2018, 10:34

Təbiətə dəyən ziyana görə 154 min manatlıq iddia qaldırıldı

Tam orta təhsil səviyyəsi üzrə eksternat imtahanları keçiriləcək
10.12.2018, 10:32

Tam orta təhsil səviyyəsi üzrə eksternat imtahanları keçiriləcək

UNEC tələbələri yarışda ilk üç yerin qalibi oldu
10.12.2018, 10:28

UNEC tələbələri yarışda ilk üç yerin qalibi oldu

BirBank tətbiqi “Ən innovativ mobil bank” seçilib
10.12.2018, 10:24

BirBank tətbiqi “Ən innovativ mobil bank” seçilib

Paşinyanı 3 problem GÖZLƏYİR
10.12.2018, 10:16

Paşinyanı 3 problem GÖZLƏYİR

İstirahət günləri Azərbaycan yollarında 4 nəfər öldü
10.12.2018, 09:58

İstirahət günləri Azərbaycan yollarında 4 nəfər öldü

Milli Məclisin builki işi hansı məqamlarla parlament jurnalistlərinin yadında qaldı?..   
10.12.2018, 09:45

Milli Məclisin builki işi hansı məqamlarla parlament jurnalistlərinin yadında qaldı?..  

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 2 balıqçı xilas edildi - FOTOLAR
10.12.2018, 09:43

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 2 balıqçı xilas edildi - FOTOLAR

Ermənilər cəbhədə təxribat törətdi
10.12.2018, 09:40

Ermənilər cəbhədə təxribat törətdi

Lavrov Xəzər Konvensiyasının əsas nailiyyətindən danışıb
10.12.2018, 08:55

Lavrov Xəzər Konvensiyasının əsas nailiyyətindən danışıb

Nikol Paşinyan rəqiblərini parlamentə buraxmadı - Ermənistanda seçkilərin nəticələri ELAN OLUNDU   
10.12.2018, 08:21

Nikol Paşinyan rəqiblərini parlamentə buraxmadı - Ermənistanda seçkilərin nəticələri ELAN OLUNDU  

Manat və dollar yeni həftəyə bu MƏZƏNNƏ ilə başladı
10.12.2018, 07:58

Manat və dollar yeni həftəyə bu MƏZƏNNƏ ilə başladı

Aygün Kazımova Türkiyədə “Altın Kelebek” mükafatı aldı - FOTO
10.12.2018, 00:26

Aygün Kazımova Türkiyədə Altın Kelebek” mükafatı aldı - FOTO

Ermənistanda seçkilərin ilkin nəticələri AÇIQLANDI  
09.12.2018, 23:51

Ermənistanda seçkilərin ilkin nəticələri AÇIQLANDI  

Koçaryan tərəfdarları mitinqlərə çağırış etdilər   
09.12.2018, 23:15

Koçaryan tərəfdarları mitinqlərə çağırış etdilər  

ARXİV