Modern.az

İran yeni nəsil “Sayyad 2” raketlərini sınaqdan keçirdi

İran yeni nəsil “Sayyad 2” raketlərini sınaqdan keçirdi

5 Noyabr 2018, 20:49

Yeni sanksiyaların qüvvəyə mindiyi gün İran yeni nəsil “Sayyad 2” raketlərini sınaqdan keçirdi. Modern.az xəbər verir ki, ABŞ sanksiyalarının qüvvəyə mindiyi gün İran ölkənin şimalında geniş bir hərbi təlimə başlayıb.

 

İran dövlət televiziyası, havadan müdafiə sistemləri və anti-təyyarə qurğularının görüntülərini yayımlayıb.

 

Qeyd edək ki, üç il əvvəl İranla imzalanmış nüvə razılaşmasını ləğv edən ABŞ lideri Donald Trump sanksiyaları yenidən gündəmə gətirib. Bu səhər tətbiq olunan sanksiyalar İran iqtisadiyyatının ürəyi olan neft ixracına, dəniz nəqliyyatına və bank sektorlarına yönəlib. Sanksiyalar siyahısına 50 İran bankı və 700-dən çox iranlı daxildir. İran Hava Yolları və 65-dən çox təyyarə də siyahıda yer alıb.

 

İranla ticarət edən səkkiz ölkəyə sanksiyalar aid edilmir. Bu ölkələr Türkiyə, Çin, Hindistan, Cənubi Koreya, İtaliya, Yunanıstan, Yaponiya və Tayvandır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir