20 mart 2019, Çərşənbə
Ana Səhifə - ÖLKƏ - İlham Əliyev: “Bundan sonra da Ermənistanı bütün regional layihələrdən təcrid edəcəyik”
İlham Əliyev: “Bundan sonra da Ermənistanı bütün regional layihələrdən təcrid edəcəyik”
05.11.2018, 23:21

“Ermənistanın yeni rəhbərliyi əvvəlki kriminal rejimin səhvlərini təkrarlamamalıdır, işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini tezliklə danışıqlar yolu ilə çıxarmalıdır və imkan verməlidir ki, Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpağına qayıtsınlar. Bunu nə qədər tez anlasalar, o qədər də onlar üçün yaxşı olar, bölgə üçün yaxşı olar. Bir daha demək istəyirəm ki, biz bu vəziyyətlə barışmaq fikrində deyilik, beynəlxalq hüququn normaları bizim mövqeyimizi tam dəstəkləyir, tarixi ədalət bizim tərəfimizdədir”. Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşündə çıxışı zamanı bildirib.

 

Dövlət başçısı deyib ki, iki il bundan əvvəl Azərbaycan xalqı bir daha öz yüksək mənəvi ruhunu nümayiş etdirib: “Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük tarixi qələbəmizdir. Mənfur qonşular bizim kəndlərimizi atəşə tutmuşdu. Bu qeyri-insani hücum nəticəsində dinc vətəndaşlar həlak olmuş, yüzlərlə evə ziyan dəymiş, bizim kəndlərimiz, yaşayış məntəqələrimiz atəşə tutulmuşdu. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı keçirərək düşmən mövqelərini məhv etdi, düşməni öz yerinə oturtdu və işğal altında olan torpaqların bir hissəsini işğalçılardan azad etdi. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında işğal altında olan minlərlə hektar torpaq azad edildi. İndi biz on minlərlə hektar torpağa tam nəzarət edirik. Aprel döyüşləri bizim böyük qələbəmizdir. Bu qələbə onu göstərir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq”.

 

İlham Əliyev əlavə edib ki, Ağdam rayonunda da dağıntılara məruz qalmış 600-dən çox ev qısa müddət ərzində bərpa edildi, yenidən tikildi: “Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti güclü dövlətdir. Döyüşlərdən sonra biz Mehriban xanımla birlikdə Ağdamda olduq, dağılmış evlərin sahibləri ilə görüşdük. O vaxt mən söz verdim ki, bütün evlər qısa müddət ərzində bərpa ediləcək, belə də oldu. 2016-cı ilin sonunda biz növbəti dəfə Ağdama gələrək artıq tikilmiş, bərpa olunmuş evlərin açılışında iştirak etdik. Bir neçə gün bundan əvvəl buraya səfərə hazırlaşarkən mənə məruzə edildi ki, təmas xəttinə yaxın olan 19 kənddə hələ də təmirsiz 121 ev var. Bu evlərin yenidən tikilməsi, bərpası ilə bağlı müvafiq Sərəncam veriləcəkdir.

 

Aprel döyüşləri bizim barışmaz ruhumuzun təzahürüdür. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Aprel döyüşləri onu göstərdi ki, Ermənistan tərəfindən uzun illər ərzində yaradılan mif darmadağın edildi, onu göstərdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir, buna hazırdır və biz bunu sübut etdik”.

 

Azərbaycan Prezidenti bildirib ki, Ermənistanın acı hərbi məğlubiyyəti onun möhkəm olmayan sütunlarını tam sıradan çıxardı: “Bu ilin yazında Ermənistanda baş vermiş hadisələr bunun bariz nümunəsidir. Məhz 2016-cı ilin aprel ayında Ermənistanın işğalçı rejiminə çox böyük zərbə vuruldu və onlar öz işğalçılıq siyasətinin qurbanına çevrildilər. Mən dəfələrlə demişdim ki, Ermənistanı idarə edən kriminal xunta rejimi bütün dünya birliyi tərəfindən qınaq obyektinə çevrilməlidir. Mən demişdim ki, Ermənistanı idarə edən insanlar kriminal xunta rejiminin başçılarıdır. İndi bunu erməni xalqı deyir. Biz demişdik ki, onların generalları oğrudur. Biz demişdik ki, onların qəhrəmanları cinayətkardır, qorxaqdır, indi bunu erməni xalqı deyir. Yəni, biz dediyimizi indi erməni xalqı deyir və görür. Ermənistanda bu il baş vermiş dəyişikliklər onların işğalçılıq siyasətinin tam iflası deməkdir, bu, bir. İkincisi, bu hadisələr onu göstərir ki, bizim apardığımız siyasət öz nəticəsini verir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, - bunu heç gizlətməyə də ehtiyac yoxdur, - biz bundan sonra da Ermənistanı bütün regional layihələrdən təcrid edəcəyik, bütün vasitələrdən istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik”.

 

İlham Əliyev qeyd edib ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, əsrlər boyu belə olub, bu gün də belədir, sabah da belə olacaq: “Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş vermiş hadisələr, xaos nəticəsində Ermənistan xarici dəstəklə bizim torpaqlarımızın bir hissəsini işğal edib. Ancaq iki il bundan əvvəl biz nümayiş etdirdik ki, torpaqlarımızı hərbi yolla azad edə bilərik və etdik də. Bu il Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan istiqamətində apardığımız uğurlu əməliyyat nəticəsində on min hektardan çox ərazi, o cümlədən strateji əhəmiyyət daşıyan yüksəkliklər bizim nəzarətimizə keçdi. Biz indi strateji kommunikasiyalara, yollara, o cümlədən Ermənistan ərazisindəki yollara, Dağlıq Qarabağa gedən kommunikasiyalara tam nəzarət edirik.

 

Yəni, bütün bu amillər onu göstərir ki, bizim iradəmiz də, gücümüz də var. Bu gün Azərbaycan hərbi baxımdan nəinki Ermənistanla müqayisədə, dünya miqyasında güclü dövlətlər sırasındadır. Biz hərbi qüdrətimizi bundan sonra da artıracağıq və hesab edirəm ki, bu, danışıqlar üçün ən vacib amillərdən biridir. Çünki, əfsuslar olsun, beynəlxalq hüququn normaları tamamilə kənara qoyulur. Biz istədiyimizə nail olacağıq. Biz ədalət tələb edirik. Biz tələb edirik ki, tarixi torpaqlarımız işğalçılardan azad edilsin və ediləcəkdir”.

 

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan dövləti bu müqəddəs məqsədə çatmaq üçün bundan sonra da bütün lazımi tədbirləri görəcək: “Ümid edirəm ki, Ermənistan rəhbərliyi bölgədə yaranmış vəziyyəti düzgün təhlil edərək, öz işğalçı qüvvələrini tezliklə bizim torpaqlarımızdan geri çağıracaqdır. Əks təqdirdə, istənilən variant mümkündür və biz istənilən varianta hazırıq”.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ölkəyə daxili orqanında narkotik keçirən Lənkəran sakini öldü
20.03.2019, 00:46

Ölkəyə daxili orqanında narkotik keçirən Lənkəran sakini öldü

20.03.2019, 00:25

"Azərpoçt" bayram günlərində də işləyəcək

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
20.03.2019, 00:07

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik  etdi: Sizin sevginiz ən böyük güc və ilham mənbəyimizdir
19.03.2019, 23:57

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik  etdi: Sizin sevginiz ən böyük güc və ilham mənbəyimizdir

Azərbaycan nefti bahalaşıb
19.03.2019, 23:42

Azərbaycan nefti bahalaşıb

Bakı sakini özünü 8-ci mərtəbədən atdı
19.03.2019, 23:29

Bakı sakini özünü 8-ci mərtəbədən atdı

Sərnişin təyyarəsində yanğın
19.03.2019, 23:12

Sərnişin təyyarəsində yanğın

Türkiyədə Koroğluya abidə ucaldıldı
19.03.2019, 22:55

Türkiyədə Koroğluya abidə ucaldıldı

Nursultan Nazarbayev istefasını Putinlə müzakirə etdi
19.03.2019, 22:36

Nursultan Nazarbayev istefasını Putinlə müzakirə etdi

Bayramlaşma...
19.03.2019, 22:35

Bayramlaşma...

Bərdədə idarəetmədən çıxan avtomobil su kanalına düşüb
19.03.2019, 22:24

Bərdədə idarəetmədən çıxan avtomobil su kanalına düşüb

Zurabişvili azərbaycanlıların kəndinə gəldi
19.03.2019, 22:07

Zurabişvili azərbaycanlıların kəndinə gəldi

Səfir Azərbaycan xalqını belə təbrik etdi - VİDEO
19.03.2019, 21:51

Səfir Azərbaycan xalqını belə təbrik etdi - VİDEO

Şəkidə itkin düşən şəxs Bakıda tapıldı
19.03.2019, 21:34

Şəkidə itkin düşən şəxs Bakıda tapıldı

İlham Əliyev: “Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur”
19.03.2019, 21:19

İlham Əliyev: “Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur”

Bakıda yataqxanada yanğın: Sakinlər təxliyyə olundu
19.03.2019, 21:05

Bakıda yataqxanada yanğın: Sakinlər təxliyyə olundu

Ölkəyə qanunsuz yolla spirtli içki gətirilməsi cəhdinin qarşısı alınıb
19.03.2019, 20:51

Ölkəyə qanunsuz yolla spirtli içki gətirilməsi cəhdinin qarşısı alınıb

“BMW”dən Türk dili qadağası
19.03.2019, 20:33

“BMW”dən Türk dili qadağası

“Azərbaycanla Aİ arasında məsləhətləşmələr ayın sonunda keçiriləcək” - Mahmud Məmmədquliyev
19.03.2019, 20:16

“Azərbaycanla Aİ arasında məsləhətləşmələr ayın sonunda keçiriləcək” - Mahmud Məmmədquliyev

Nazir sosial sığınacağındakı Novruz şənliyində
19.03.2019, 20:03

Nazir sosial sığınacağındakı Novruz şənliyində

BDU tələbələri İlaxır çərşənbədə “Yallı” getdilər - FOTO
19.03.2019, 19:48

BDU tələbələri İlaxır çərşənbədə “Yallı” getdilər - FOTO

Bakıda "bomj" yol kənarında öldü
19.03.2019, 19:34

Bakıda "bomj" yol kənarında öldü

Doqquz ölkənin səfirliyi birgə novruz şənliyi keçirib
19.03.2019, 19:21

Doqquz ölkənin səfirliyi birgə novruz şənliyi keçirib

Mərkəzi Gömrük Hospitalının əməkdaşı məhkəmədən azadlığa buraxıldı
19.03.2019, 19:09

Mərkəzi Gömrük Hospitalının əməkdaşı məhkəmədən azadlığa buraxıldı

Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019, 18:48

Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib

1928 şəhid vərəsəsinə bayrama qədər birdəfəlik ödəmə verilib
19.03.2019, 18:41

1928 şəhid vərəsəsinə bayrama qədər birdəfəlik ödəmə verilib

BDU tələbələrinə Koreya səfirliyinin sertifikatları təqdim edildi
19.03.2019, 18:36

BDU tələbələrinə Koreya səfirliyinin sertifikatları təqdim edildi

Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırıldı
19.03.2019, 18:25

Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırıldı

Efiopiyada terror – 5 nəfər öldü
19.03.2019, 18:05

Efiopiyada terror – 5 nəfər öldü

Əli Əhmədov nazir və deputatları qocalar evinə apardı
19.03.2019, 17:54

Əli Əhmədov nazir və deputatları qocalar evinə apardı

Buxarestdə bəyannamə qəbul edildi – Qarabağla bağlı da məqam var
19.03.2019, 17:48

Buxarestdə bəyannamə qəbul edildi – Qarabağla bağlı da məqam var

Avropa Parlamentində ermənilərin daha bir cəhdi boşa çıxdı
19.03.2019, 17:45

Avropa Parlamentində ermənilərin daha bir cəhdi boşa çıxdı

Prezident daha bir publik hüquqi şəxs yaratdı
19.03.2019, 17:40

Prezident daha bir publik hüquqi şəxs yaratdı

110 kiloqramdan artıq heroin keçirmək istəyənlərin qarşısı alındı - FOTOLAR
19.03.2019, 17:31

110 kiloqramdan artıq heroin keçirmək istəyənlərin qarşısı alındı - FOTOLAR

Amerika İlham Əliyevin əfv sərəncamını alqışladı   
19.03.2019, 17:24

Amerika İlham Əliyevin əfv sərəncamını alqışladı  

Ermənistana keçən Azərbaycan vətəndaşı ilə bağlı daha bir rəsmi məlumat
19.03.2019, 17:14

Ermənistana keçən Azərbaycan vətəndaşı ilə bağlı daha bir rəsmi məlumat

Nursultan Nazarbayev istefa verdi
19.03.2019, 17:12

Nursultan Nazarbayev istefa verdi

Manat və dolların martın 27-nə olan məzənnəsi
19.03.2019, 17:04

Manat və dolların martın 27-nə olan məzənnəsi

Bayram günləri işləyən bankların SİYAHISI
19.03.2019, 16:51

Bayram günləri işləyən bankların SİYAHISI

Heydər Əliyev Fondu kimsəsiz uşaqlara Novruz şənliyi keçirdi
19.03.2019, 16:40

Heydər Əliyev Fondu kimsəsiz uşaqlara Novruz şənliyi keçirdi

“ASAN Xidmət”ə yeni sədr müavini təyin edildi - DOSYE
19.03.2019, 16:27

ASAN Xidmətə yeni sədr müavini təyin edildi - DOSYE

Bakıda Çanaqqala zəfərinin ildönümü anıldı
19.03.2019, 16:27

Bakıda Çanaqqala zəfərinin ildönümü anıldı

Azərbaycanlı tələbələr Avropa Parlamentində erməniləri susdurdular
19.03.2019, 16:20

Azərbaycanlı tələbələr Avropa Parlamentində erməniləri susdurdular

Türkiyə ABŞ-a hesabat vermək fikrində deyil
19.03.2019, 16:19

Türkiyə ABŞ-a hesabat vermək fikrində deyil

Niyazi Bayramov vətəndaşların şikayətlərini dinlədi
19.03.2019, 16:14

Niyazi Bayramov vətəndaşların şikayətlərini dinlədi

Vasif Talıbov 7 nəfəri əfv etdi
19.03.2019, 16:07

Vasif Talıbov 7 nəfəri əfv etdi

100 yaşlı BDU “DOST Xonçası”na 100 xonça ilə qoşuldu
19.03.2019, 16:07

100 yaşlı BDU “DOST Xonçası”na 100 xonça ilə qoşuldu

Binəqədidə Novruz şənliyi
19.03.2019, 15:51

Binəqədidə Novruz şənliyi

Əli Əhmədov: “Əli İnsanov əfv edilib, amma islah olunmayıb”
19.03.2019, 15:41

Əli Əhmədov: “Əli İnsanov əfv edilib, amma islah olunmayıb”

Ağstafada şəhid ailələri və əlillərlə birlikdə Novruz Bayramı keçirildi
19.03.2019, 15:30

Ağstafada şəhid ailələri və əlillərlə birlikdə Novruz Bayramı keçirildi

ARXİV