Modern.az

İran ABŞ-dan BMT-yə şikayət etdi

İran ABŞ-dan BMT-yə şikayət etdi

6 Noyabr 2018, 00:13

Sanksiyalar sonrası İrandan yeni həmlə İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Gholamali Khoshroo BMT-nin Baş katibi Antonio Guterresə məktub göndərib. Modern.az xəbər verir ki, məktubda ABŞ-ın İrana istiqamətli sanksiyaları geri gətirməsinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası qərarına zidd olduğunu və ABŞ-ın bu pozuntuya görə günahkar olduğu vurğulanıb.

 

Khoshroo məktubunda bu ifadələrə də yer verib: "Hüququn aliliyinin mühafizə edilməsi, diplomatiyanın və çox tərəfliliyin qorunması üçün beynəlxalq cəmiyyət ABŞ-ın bu məsuliyyətsiz davranışına bütünlüklə reaksiya verməlidir. BMT Sazişi və beynəlxalq hüquqa uyğun olaraq BMT və üzv ölkələr bu səhv hərəkətlərə qarşı mübarizə aparmalı və ABŞ-ı məsul tutmalıdır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir