Modern.az

Pentaqondan 2035-ci ilin PROQNOZU: “Rusiya zəifləyəcək, Çin əsas hərbi rəqib olacaq”

Pentaqondan 2035-ci ilin PROQNOZU: “Rusiya zəifləyəcək, Çin əsas hərbi rəqib olacaq”

6 Noyabr 2018, 12:05

“Rusiya 2025-2035-ci illərdə ABŞ üçün Çin qədər potensial təhlükə törətməyəcək”.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Birləmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford Dyuk Universitetində tələbələr qarşısında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, həmin tarixə ABŞ-ın silah və texniki üstünlüyü həm Çin, həm də Rusiyadan qat-qat çox olacaq.

 

“Rusiya hərbi gücünü çətin ki, yüksək səviyyədə saxlaya bilsin. Rusiyanın demoqrafik və iqtisadi göstəriciləri azalmaqda davam edir. Ona görə düşünürəm ki, 2025 və 2035-ci illərdə Rusiya Çin qədər ciddi təhlükə törətməyəcək”.

 

Danford Çinin hərbi potensialını artırdığını və yaxın illərdə Vaşinqtonun əsas geosiyasi rəqibi olacağını proqnozlaşdırıb.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir