Modern.az

Mehriban Əliyevanın mədəniyyətin inkişafına verdiyi töhfələr böyük əhəmiyyət kəsb edir” - NAZİR

“Mehriban Əliyevanın mədəniyyətin inkişafına verdiyi töhfələr böyük əhəmiyyət kəsb edir” - NAZİR

6 Noyabr 2018, 13:42

Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələr və həyata keçirdiyi layihələr olduqca böyük əhəmiyyət kəsb edir. Modern.az-ın məlumatına görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev parlamentdəki büdcə müzakirələrində deyib.


Nazir bildirib ki, Ağdamda Muğam Mərkəzinin istifadəyə verilməsi olduqca böyük hadisədir:


“Biz hamımız çox gözəl hadisəni müşahidə etdik. Ötən gün Ağdamda Prezident İlham Əliyevin və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə böyük bir mədəniyyət mərkəzinin - Muğam Mərkəzinin açılışı oldu. Məhz Heydər Əliyev Fondunun dəstəyi ilə bu məsələ öz həllini tapdı. Muğam Mərkəzi demək olar ki, muğamın beşiyində fəaliyyət göstərəcək".

Ə.Qarayev qeyd edib ki, ümumiyyətlə, Mehriban Əliyevanın gördüyü bu işlər, o cümlədən muğama göstərdiyi diqqət bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir