Modern.az

Ermənistanın müdafiə naziri: “Azərbaycan tərəfi ilə daimi əlaqə saxlayırıq”

Ermənistanın müdafiə naziri: “Azərbaycan tərəfi ilə daimi əlaqə saxlayırıq”

6 Noyabr 2018, 16:56

Azərbaycan və Ermənistanın Müdafiə nazirlikləri daim bir-birilə əlaqə saxlayır.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri David Tonoyan məlumat verib.


“Biz ön xətdə mühəndis işləri, aktiv yerdəyişmələr hiss edəndə Azərbaycan tərəfinə bu addımları dayandırması üçün xəbər göndəririk”.

 

Tonoyan birbaşa əlaqənin nazirlər arasında deyil, nazirlikdə olan müvafiq şəxslər tərəfindən həyata keçirildiyini və kifayət qədər konstruktiv olduğunu deyib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?