Modern.az

Həbsxanada üsyan başladı

Həbsxanada üsyan başladı

6 Noyabr 2018, 20:11

Avstraliyada həbsxanada üsyan başlayıb. Modern.az "Report"a istinadən xəbər verir ki, ölkənin  Darvin şəhəri yaxınlığındakı yeniyetmələrin saxlanıldığı cəzaçəkmə müəssisəsində saxlanılan məhkumlar üsyana qalxıb.

Məlumata görə, bir qrup yeniyetmə qiyam qaldıraraq iki əməkdaşa hücum ediblər.

 

Qalın tüstü çıxdığı müəssisənin alova büründüyü görünür, oradan çığırtı səsləri gəlir. Hadisə yerinə 16 polis avtomobili cəlb olunub.

 

"Sky News" telekanalının məlumatına görə, əllərində bıçaq və yandırıcı maye tutan yeniyetmə dustaqlar cəzaçəkmə müəssisəsini ələ keçiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı