21 mart 2019, Cümə axşamı
Ana Səhifə - DÜNYA - İran ABŞ-ın təklifini qəbul etmir
İran ABŞ-ın təklifini qəbul etmir
06.11.2018, 21:59

ABŞ-ın dövlət katibi Mayk Pompeonun İrana qarşı təhdid dolu sözlərinin arxasında rəsmi Tehrana yeni müzakirələrə başlamaq üçün yalvarmağı dayanır. Modern.az “Azərtac”a istinadən xəbər verir ki, bu sözləri Con Hopkins Universitetinin Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri professor Daniel Siror deyib.

Onun sözlərinə görə, ABŞ nüvə razılaşmasından çıxdıqdan sonra Tehrana danışıqları yenidən başlamağı təklif etdi. Lakin İran BMT-nin tanıdığı və 6 dövlətin imzaladığı bir razılaşmanın ABŞ tərəfindən pozulmasını beynəlxalq qanunlara zidd hesab edərək rəsmi Vaşinqtonun yeni danışıqlar prosesinə başlamaq təklifini qəbul etmədi.

 

D.Siror dövlət katibi M.Pompeonun “Foreign Afairs” jurnalında dərc olunan məqaləsini təhlil edərək belə qərara gəlib ki, Ağ Ev sanksiyalar ilə İran iqtisadiyyatına güclü mənfi təsir göstərə bilməyəcək və İranda hakimiyyət dəyişikliyinə nail olmayacaq. O, öz fikirlərini belə əsaslandırır: Əvvəla ABŞ İranın dünya bazarına neft çıxarmasını da tam dayandıra bilməyərək 8 ölkəyə İrandan neft almağa icazə verdi. Avropa ölkələri isə xüsusi ödəniş sistemi yaratmaqla İran ilə ticarət və maliyyə əməkdaşlığını davam etdirəcək. Bu isə onu deməyə əsas verir ki, ABŞ-ın İranı tam təcrid etmək siyasəti baş tutmadı. İranda hakimiyyət dəyişikliyinə gəlinincə isə qeyd etmək lazımdır ki, artıq İranda hamı başa düşüb ki, ABŞ-ın istəyi heç də ölkədə demokratik mühit yaratmaq, insan hüquqlarını qorumaq və sair bu kimi anlayışlardan ibarət deyil. Əgər əvvəllər İranın daxilində rəsmi Tehranın nüvə siyasətini düzgün hesab etməyənlər var idisə, 2015-ci ildə İran ilə “altılıq” arasında razılaşmanın imzalanması və ABŞ-ın bu razılaşmanı pozması onların da fikrinin dəyişməsinə səbəb olub. Bu gün İranda hamı başa düşüb ki, İranın nüvə proqramı ABŞ üçün sadəcə bir bəhanədir. Əgər problem doğrudan da nüvə proqramı idisə ona razılaşmadan sonra ABŞ İrana qarşı mövqeyini dəyişməli idi. İran nüvə proqramını dayandırsa da Amerika sanksiyalarını nəinki dayandırmadı, əksinə, daha da gücləndirdi. Bu fakt İran xalqının hakimiyyət ətrafında daha da sıx birləşməsinə səbəb oldu. Məhz buna görə də ABŞ-ın İranda hakimiyyət dəyişikliyinə nail ola biləcəyi mümkünsüz görünür. Hadisələrin bu istiqamətdə cərəyan etməsini Vaşinqtonda çox yaxşı başa düşürlər. Buna görə də M.Pompeo öz məqaləsində yeni danışıqlar prosesinin başlanmasını zəruri hesab edir.

 

D.Siror, ümumiyyətlə, Ağ Evin İran və Yaxın Şərq siyasətinin fayda verməyəcəyinin ABŞ ictimaiyyətində və parlamentində başa düşüldüyünü bildirir. Qeyd edir ki, Konqresdə Respublikaçıların və Demokratların birləşərək Prezident Donald Trampa bu siyasi xətti dəyişmək üçün təzyiq edəcəkləri gözlənilir.

 

Xatırladaq ki, 2015-ci ildə İran ilə “altılıq” arasında danışıqlar başlamamışdan əvvəl Ali Lider Ayətullah Əli Xamneyi siyasi elitanın nümayəndələrini xəbərdar etmişdi ki, ABŞ heç bir razılaşmaya sadiq qalmayacaq. Ali Rəhbər danışıqların aparılmasına icazə versə də bunun səmərəli olacağına inanmadığını vurğulamışdı. O bildirmişdi ki, ABŞ-ın məqsədi İranın enerji mənbələrini, geosiyasi mövqeyini ələ keçirməkdən ibarətdir. Nüvə proqramı, insan hüquqları, demokratiya - bunların hamısı bəhanədir. Bu gün ABŞ-ın siyasi addımları Ali Rəhbərin haqlı olduğunu göstərdi. ABŞ-ın danışıqları başlamaq üçün çağırışları da əbəsdir, çünki Ali Rəhbər Amerika ilə hər hansı danışıqlar aparmağı qəti şəkildə qadağan edib.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
FHN-dən Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət
21.03.2019, 20:18

FHN-dən Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət

İraqda bərə qəzası: ölü sayı 60-a çatdı - YENİLƏNİB
21.03.2019, 19:58

İraqda bərə qəzası: ölü sayı 60-a çatdı - YENİLƏNİB

Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi
21.03.2019, 18:05

Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi

Əsgərlərin Novruz bayramı - FOTOLAR
21.03.2019, 17:21

Əsgərlərin Novruz bayramı - FOTOLAR

Elmar Məmmədyarov argentinalı həmkarı ilə görüşdü
21.03.2019, 16:34

Elmar Məmmədyarov argentinalı həmkarı ilə görüşdü

Karlova Universitetinin əməkdaşları BDU-da tədqiqat aparırlar
21.03.2019, 16:32

Karlova Universitetinin əməkdaşları BDU-da tədqiqat aparırlar

Əli Həsənov: “Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək”
21.03.2019, 16:10

Əli Həsənov: “Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək”

Tokayev Qazaxıstan prezidenti kimi ilk səfərini Rusiyaya edəcək
21.03.2019, 15:50

Tokayev Qazaxıstan prezidenti kimi ilk səfərini Rusiyaya edəcək

Azərbaycan səyahət etmək üçün ən yaxşı ölkələr siyahısına daxil edilib
21.03.2019, 15:28

Azərbaycan səyahət etmək üçün ən yaxşı ölkələr siyahısına daxil edilib

Bakı-Sumqayıt magistralında yol qəzası
21.03.2019, 15:15

Bakı-Sumqayıt magistralında yol qəzası

Gələn aydan ailələrə uşaqpulu veriləcək? - RƏSMİ AÇIQLAMA
21.03.2019, 14:53

Gələn aydan ailələrə uşaqpulu veriləcək? - RƏSMİ AÇIQLAMA

Qəzetləri məğlub edən saytlar sosial şəbəkələrlə mübarizə apara biləcəkmi?
21.03.2019, 14:22

Qəzetləri məğlub edən saytlar sosial şəbəkələrlə mübarizə apara biləcəkmi?

Azərbaycan “Dostluq naminə futbol”da təmsil olunacaq
21.03.2019, 13:37

Azərbaycan “Dostluq naminə futbol”da təmsil olunacaq

Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadıldı
21.03.2019, 13:28

Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadıldı

Sabahın HAVASI: Çiskinli yağış ehtimalı var
21.03.2019, 13:26

Sabahın HAVASI: Çiskinli yağış ehtimalı var

Əfqanıstanda PARTLAYIŞ: 6 ölü, 23 yaralı
21.03.2019, 13:00

Əfqanıstanda PARTLAYIŞ: 6 ölü, 23 yaralı

Azercell daha bir uğura imza atdı
21.03.2019, 12:34

Azercell daha bir uğura imza atdı

Qaradağda 2 otaqlı evdə YANĞIN
21.03.2019, 12:17

Qaradağda 2 otaqlı evdə YANĞIN

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21.03.2019, 11:26

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Polis həyətində çətənə əkəni saxladı
21.03.2019, 11:25

Polis həyətində çətənə əkəni saxladı

Bakı Novruzu belə qeyd edir - FOTOLAR
21.03.2019, 11:15

Bakı Novruzu belə qeyd edir - FOTOLAR

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz artıb - RƏSMİ
21.03.2019, 11:04

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz artıb - RƏSMİ

Bu təqdirdə Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21.03.2019, 10:50

Bu təqdirdə Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək

Amerikada soydaşlarımızı bir araya gətirməyi bacaran azərbaycanlı - FOTOLAR
21.03.2019, 10:43

Amerikada soydaşlarımızı bir araya gətirməyi bacaran azərbaycanlı - FOTOLAR

Bakıda sərnişin avtobusu yandı
21.03.2019, 10:33

Bakıda sərnişin avtobusu yandı

“Bosniya qəssabı”nın cəzası ömürlük həbslə əvəz olundu
21.03.2019, 10:21

“Bosniya qəssabı”nın cəzası ömürlük həbslə əvəz olundu

Ermənilər atəşkəsi 30 dəfə pozdu
21.03.2019, 10:00

Ermənilər atəşkəsi 30 dəfə pozdu

Azərbaycanda dövlət hesabına dərmanla təmin olunan xəstələrin SAYI
21.03.2019, 09:35

Azərbaycanda dövlət hesabına dərmanla təmin olunan xəstələrin SAYI

Azərbaycana yaz fəsli gəldi   
21.03.2019, 01:58

Azərbaycana yaz fəsli gəldi  

Bu gün Avropa Çempionatının seçmə mərhələsi başlayır - TƏQVİM  
21.03.2019, 01:45

Bu gün Avropa Çempionatının seçmə mərhələsi başlayır - TƏQVİM  

Millimizin baş məşqçisi: “İstəyirik ki, rəqibə xoş olmayan sürpriz edək”
21.03.2019, 01:36

Millimizin baş məşqçisi: “İstəyirik ki, rəqibə xoş olmayan sürpriz edək”

Göyçayda faciə - gənc bədbəxt hadisənin qurbanı oldu   
21.03.2019, 01:24

Göyçayda faciə - gənc bədbəxt hadisənin qurbanı oldu  

Samuxda ər arvadını bıçaqladı
21.03.2019, 00:11

Samuxda ər arvadını bıçaqladı

Kral əyləncəyə 23 milyard dollar ayırdı
20.03.2019, 23:46

Kral əyləncəyə 23 milyard dollar ayırdı

Vergilər Nazirliyinin “Veysəloğlu”nu cərimələdiyi təsdiqləndi    
20.03.2019, 23:38

Vergilər Nazirliyinin “Veysəloğlu”nu cərimələdiyi təsdiqləndi  

Qazaxıstanın mərkəzi küçələrə Nursultan Nazarbayevin adı verilib
20.03.2019, 23:28

Qazaxıstanın mərkəzi küçələrə Nursultan Nazarbayevin adı verilib

FED baza faiz dərəcəsini dəyişmədi
20.03.2019, 23:10

FED baza faiz dərəcəsini dəyişmədi

Növbəti  Ay tutulması müşahidə edilir
20.03.2019, 22:27

Növbəti  Ay tutulması müşahidə edilir

Türkiyədə terror təşkilatının azərbaycanlı üzvü saxlanıldı
20.03.2019, 22:07

Türkiyədə terror təşkilatının azərbaycanlı üzvü saxlanıldı

Azərbaycan millisinin oyununu bu hakimlər idarə edəcək   
20.03.2019, 21:50

Azərbaycan millisinin oyununu bu hakimlər idarə edəcək  

Rus turistlərdən film kimi cinayət
20.03.2019, 21:29

Rus turistlərdən film kimi cinayət

Avtomobildə 27 yaşlı azərbaycanlı gəncin meyiti tapıldı
20.03.2019, 21:10

Avtomobildə 27 yaşlı azərbaycanlı gəncin meyiti tapıldı

Rusiyadan Azərbaycana gələn turistlərin sayı 2 faiz artıb
20.03.2019, 21:01

Rusiyadan Azərbaycana gələn turistlərin sayı 2 faiz artıb

Heydər Əliyev Fondu sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil etdi - FOTO
20.03.2019, 20:49

Heydər Əliyev Fondu sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil etdi - FOTO

Qubada maşınlar qar uçqunu altında qaldı
20.03.2019, 20:32

Qubada maşınlar qar uçqunu altında qaldı

Azərbaycanın Serbiyadakı səfirliyində bayram tədbiri - FOTO
20.03.2019, 20:18

Azərbaycanın Serbiyadakı səfirliyində bayram tədbiri - FOTO

Zəlzələdə 3 nəfər xəsarət aldı
20.03.2019, 20:03

Zəlzələdə 3 nəfər xəsarət aldı

Milli komandamıza daha iki xorvat məşqçi götürüldü
20.03.2019, 19:45

Milli komandamıza daha iki xorvat məşqçi götürüldü

“Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu” mövzusunda müzakirələr aparılıb
20.03.2019, 18:22

Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu mövzusunda müzakirələr aparılıb

ABŞ Azərbaycanda məhkum olunmuş şəxslərin əfv olunmasını alqışlayıb
20.03.2019, 18:18

ABŞ Azərbaycanda məhkum olunmuş şəxslərin əfv olunmasını alqışlayıb

ARXİV