17 yanvar 2019, Cümə axşamı
Ana Səhifə - PARLAMENT - Tahir Kərimlidən Rasim Balayevə AÇIQ MƏKTUB: “Haqqımda dediyiniz acıqlı ifadələr məni üzdü”
Tahir Kərimlidən Rasim Balayevə AÇIQ MƏKTUB: “Haqqımda dediyiniz acıqlı ifadələr məni üzdü”
07.11.2018, 15:47

Milli Məclisin deputatı Tahir Kərimli Xalq artisti, görkəmli aktyor Rasim Balayevə açıq məktub yazıb. Deputat məktubun  Modern.az vasitəsilə ünvanına çatdırılmasını xahiş edib. Onu təqdim edirik:


“Hörmətli Rasim müəllim!

 
Müalicə üçün Ankaraya gedəcəyinizi öyrəndim, Sizə Uca Allahdan şəfa diləyirəm. Ancaq Sizin himnlə bağlı haqqımda dediyiniz acıqlı ifadələr məni üzdü. Yalan-gerçək, Ağsunun deputatı kimi dediklərimin yerinə çatmasını arzulayırdım. Buna baxmayaraq, Sizin Nəsimi obrazınız mənim gənclik idealım olub, Sizinlə fəxr etmişəm, bu gün də edirəm. Siz bildirirsiniz ki, “Tahir kimilər haranın musiqiçisi olublar ki, Üzeyir Hacıbəyovun əsərinə redaktə edirlər?”


Məgər Siz televiziyalarda müğənnilər və onların geyimi haqqında haqlı olaraq ittiham irəli sürəndə, özünüz müğənni və ya modelyer idinizmi?

          
Baxmayaraq ki, Siz bir dəfə bildirdiniz ki, Nəsimi deyilsiniz, onun obrazını yaradansınız, hər halda Sizi Nəsiminin yanında görmək istərdim, onun qətlinə fərman verənlərin yanında yox. Eləcə də bir çox ziyalılar M. F.  Axundov, S. Ə. Şirvani və M. Ə. Sabirin deyil, onları çərlədib öldürənlərin yanında oldular, şüarları da “vətənpərvərlik” oldu. Bu gün mənim hamılıqla daş-qalaq edilməyimin səbəbi təkcə mənim sözlərimi düşməncəsinə dəyişib xalqa təqdim edənlər deyil, həm də Sizin sözünüzü mötəbər istinadgah sayanlardır. Əvvəllər, “vətənpərvərlik əclafların son istinadgah yeridir.”- sözlərinə çox əsəbləşirdim. Çünki, özümü də vətənpərvər sayırdım. Lakin...

          
Milli Məclisdə “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” Konstitusiya Qanunun layihəsi müzakirə edilən zaman mən çıxış edərkən deputatlıqdan çıxmalıydımmı? Söhbət qanunun qəbulundan, mənim işimdən gedir. Özü də mən çıxışımda qeyd etdim ki, musiqiçi deyiləm. Məgər mən partiturada not düzümü qaydasını izah edirdim? Redaktəni mən etmirdim, mütəxəssislərin etməsini təklif edirdim.

          
Haqqımda müxtəlif insanların mənfi sözlər dediklərini başa düşürəm, axı onlara parlamentdəki çıxışımı təhrif olunmuş təqdim ediblər.

1) Mən “himnimizi dəyişək” deməmişəm, təkrarları ixtisar etmək və kədərli notları nikbinləri ilə əvəz etməyi təklif etmişəm. Dəyişmək təklifini 2016-cı ildə görkəmli sənətkar Səyavuş Kərimi deyib. “Koroğlu” operasındakı “Ey vətən” mahnısını himn kimi təklif edib.


2) “Himnin müəllifi Əhməd Cavad deyil” ifadəsi mənə məxsus deyil, Milli Elmlər Akademiyasının komissiya rəyi əsasında 01 mart 2000-ci il tarixli qərarında əksini tapıb.

    
Bundan başqa indiki himn 1919-cu ildə hökumət mətbəəsində çap olunan, “Milli nəğmələr” kitabında “Vətən marşı” adı ilə Cəmo bəy müəllifi olmaqla göstərilir.


3) Mən “himnimiz mərsiyədir” yox, “mərsiyə deyil” demişəm. Ancaq dəyərli bəstəkarımız Nailə Mirməmmədli bu himnin şəhidlər üçün “Bayatı-Şiraz” üstündə yazıldığını bildirir və Üzeyir bəy Hacıbəyovun “Xalq musiqisinin əsasları” kitabında “Bayatı-Şiraz qəmginlik gətirən musiqidir.” sitatını gətirir. Qeyd edim  ki, Üzeyir bəy Sovet dövründə yazdığı himn mübarizə ruhlu “Heyratı” üzərində yazılıb.


4) Deyilir ki, “Üzeyir bəy Hacıbəyovun musiqisinə toxunmaq olmaz.” Axı bunu necə demək olar ki, 1989-cu ildə bəstəkar Aydın Əzimov, 2014-cü ildə Rauf Əliyev bu himni aranjiman ediblər, orkestr üçün uyğunlaşdırıblar, sürətləndiriblər. (2 dəqiqə 13 saniyə olub.)

   
Bir də ki, Üzeyir bəy Yusif Vəzir Çəmənzəminlinin müraciətinə cavab olaraq, 23.12.1917-ci il tarixində dərc olunan “Açıq söz” qəzetində “Milli Marş” adlı məqaləsində yazırdı: “Milli bir qəsidə (himnə şərqi deyil, qəsidə deyilməsi daha düzgündür.) yazmaq haqqında bir müddətdir ki, çalışıram. Hələlik bir milli marş yazmışam ki, sözlərini burada dərc etməyi lazım bilmədim. Ancaq bu sözlərin vəzn cəhətdən düzgün olmadığının səbəbini qabaqcadan bildirməliyəm”. Biz Dahi şəxsin öz əsərinə tənqidi münasibətini görürük.


628-ci ildə Peyğəmbərimiz (s) Məkkə rəisi Əbu Süfyanla saziş bağlayan zaman “La ilahə illə Allah, Muhəmmədən rəsul Allah” sözlərilə başlayan mətni təqdim edəndə, Əbu Süfyan “Sənin Allahını tanısaydım, Səni onun rəsulu bilsəydim, Səninlə nə üçün vuruşurdum?” deyəndə, Peyğəmbər (s) həmin cümlənin oradan çıxarılmasını əmr edir.

    
Əgər Peyğəmbərimiz (s) və musiqi dahimiz özləri belə məsələlərə ehkam kimi baxmırlarsa, nə üçün himnə yaradıcı münasibət olmasın?


5) İddia olunur ki, hazırki himn Azərbaycan Xalq Cümhuriyyətinin himnidir, onun bir hərfinə də toxunmaq olmaz.

    
Ancaq bunu Azərbaycan Xalq Cümhuriyyətinin himni kimi qəbul etmək mümkün olmadı, buna rus işğalı imkan vermədi.

    
Bundan əlavə, bu mətndə çox dəyişikliklər olub: “Şanlı Vətən” sözlərindən sonra iki dəfə “Azərbaycan” sözü əlavə edilib, biz dörd dəfə oxuyuruq.

   
Mən təklif edirəm ki, mətndəki kimi iki dəfə oxunsun. “Üç rəngli bayrağınla məsud yaşa” və “Namusunu hifz etməyə” cümlələrini də iki dəfə deyil, mətndə olduğu kimi bir dəfə oxumağı təklif edirəm.

   
Mətndəki “Hüququnu dərk edən əfrad” cümləsi “Hüququndan keçən əsgər” cümləsi ilə dəyişdirilib, “dəm” sözü “an” sözü ilə, rus dilindəki mətndə isə “qan tökmək” sözləri dəyişdirilib.

 
Biz 1992-ci ildə bu himni qəbul edəndə birinci bənddəki hər iki “cümlə” sözü çıxarılıb. (Bax: “Həyat” qəzeti, 28.5.1992)    

                    
Mən təklif edirəm ki, Azərbaycan dilinin qrammatikasına uyğun olaraq “hazırız” və “qadiriz” sözlərindəki “z” səsi “q” səsi ilə əvəz           olunsun. Ən azı ona görə ki, şagird belə sual verə bilər ki, biz bu cür yaza bilərik?


6) Başqa dövlətlərin himnlərinin (məs: Yunanıstan, Fransa) uzun olması göstərilir, lakin bir dəqiqədən bir az çoxu ifa olunur.

    
Bu qədər..


 Hörmətlə, həmyerliniz Tahir Kərimli”. 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Beş terrorçu məhv edildi
17.01.2019, 01:01

Beş terrorçu məhv edildi

Suriya paytaxtına güclü qar yağdı
17.01.2019, 00:44

Suriya paytaxtına güclü qar yağdı

Gürcüstanda matəm elan edildi - YENİLƏNİB
17.01.2019, 00:23

Gürcüstanda matəm elan edildi - YENİLƏNİB

Mey ona qarşı irəli sürülən etimadsızlıq rəyinin öhdəsindən gəlib
17.01.2019, 00:10

Mey ona qarşı irəli sürülən etimadsızlıq rəyinin öhdəsindən gəlib

Erməni əsgər minaya düşdü
16.01.2019, 23:52

Erməni əsgər minaya düşdü

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
16.01.2019, 23:34

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Qurban Qurbanov məğlubiyyəti hava şəraiti ilə əlaqələndirdi
16.01.2019, 23:20

Qurban Qurbanov məğlubiyyəti hava şəraiti ilə əlaqələndirdi

Ankaradakı yanğında 5 suriyalı öldü
16.01.2019, 23:02

Ankaradakı yanğında 5 suriyalı öldü

“Bakı və Ankara ilə birgə sabitliyə dəstək veririk” - İrakli Kobaxidze
16.01.2019, 22:50

“Bakı və Ankara ilə birgə sabitliyə dəstək veririk” - İrakli Kobaxidze

Müsavat başqanı Türkiyədə müalicə alır
16.01.2019, 22:36

Müsavat başqanı Türkiyədə müalicə alır

Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması ilə bağlı razılığa gəlinib”
16.01.2019, 22:03

Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması ilə bağlı razılığa gəlinib”

Qasırğa Gürcüstanda ciddi fəsadlar törətdi - FOTO
16.01.2019, 21:53

Qasırğa Gürcüstanda ciddi fəsadlar törətdi - FOTO

“Rusiyanın Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik” - XİN rəsmisi
16.01.2019, 21:42

“Rusiyanın Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik” - XİN rəsmisi

Türkiyə Rusiya prezidentləri yenidən bir araya gələcək
16.01.2019, 21:24

Türkiyə Rusiya prezidentləri yenidən bir araya gələcək

Sumqayıtda 24 yaşlı gənc itkin düşüb - FOTO
16.01.2019, 21:10

Sumqayıtda 24 yaşlı gənc itkin düşüb - FOTO

Türkiyədə 80 minədək hərbçi hazır vəziyyətə gətirildi
16.01.2019, 20:54

Türkiyədə 80 minədək hərbçi hazır vəziyyətə gətirildi

Azərbaycanlı “donuz qripi”nə yoluxdu
16.01.2019, 20:43

Azərbaycanlı “donuz qripi”nə yoluxdu

Dəmiryolunda təcili yardım lokomotivi istifadəyə verildi
16.01.2019, 20:28

Dəmiryolunda təcili yardım lokomotivi istifadəyə verildi

Dövlət Gömrük Komitəsinin Akademiyasına mediatur
16.01.2019, 20:16

Dövlət Gömrük Komitəsinin Akademiyasına mediatur

Seysmoloji Xidmət zəlzələ olacağı ilə bağlı məlumatlara CAVAB VERDİ
16.01.2019, 20:02

Seysmoloji Xidmət zəlzələ olacağı ilə bağlı məlumatlara CAVAB VERDİ

Nazirliyin strukturu və idarə edilməsi təkmilləşdirilir
16.01.2019, 19:48

Nazirliyin strukturu və idarə edilməsi təkmilləşdirilir

Ermənistanda sığorta agentləri də etiraza qalxdı
16.01.2019, 19:37

Ermənistanda sığorta agentləri də etiraza qalxdı

İranla Azərbaycan arasında hərbi sahədə protokol imzalandı
16.01.2019, 19:25

İranla Azərbaycan arasında hərbi sahədə protokol imzalandı

Xarici işlər nazirləri fevralda yenidən görüşəcək
16.01.2019, 19:14

Xarici işlər nazirləri fevralda yenidən görüşəcək

SOCAR-ın 2500-ə yaxın neftçini dənizdən təxliyyə edib
16.01.2019, 19:10

SOCAR-ın 2500-ə yaxın neftçini dənizdən təxliyyə edib

Şəkidə Olimpiya məhəlləsində zenit top mərmisi tapılıb 
16.01.2019, 19:02

Şəkidə Olimpiya məhəlləsində zenit top mərmisi tapılıb 

Ötən il 22 dini icmanın qeydiyyatına imtina olunub
16.01.2019, 18:50

Ötən il 22 dini icmanın qeydiyyatına imtina olunub

Agentlik 50-ə yaxın obyekti cərimələdi
16.01.2019, 18:31

Agentlik 50-ə yaxın obyekti cərimələdi

Festivalla bağlı Koordinasiya Komissiyasının iclası keçirildi
16.01.2019, 18:24

Festivalla bağlı Koordinasiya Komissiyasının iclası keçirildi

Ağstafada növbəti hesabat yığıncağı keçirildi
16.01.2019, 18:23

Ağstafada növbəti hesabat yığıncağı keçirildi

Mədəniyyət Nazirliyi də hava şəraiti ilə bağlı hərəkətə keçdi
16.01.2019, 18:20

Mədəniyyət Nazirliyi də hava şəraiti ilə bağlı hərəkətə keçdi

Ermənistanda baş nazirin müavinləri təyin olundu
16.01.2019, 18:11

Ermənistanda baş nazirin müavinləri təyin olundu

Coğrafiya İnstitutu: Azərbaycandan siklon keçəcək   
16.01.2019, 17:54

Coğrafiya İnstitutu: Azərbaycandan siklon keçəcək  

“Müəllimə dedi ki, sinifdə qızlar var, o kəlməni işlətməyin” - Mübariz İbrahimovun sinif yoldaşı
16.01.2019, 17:49

“Müəllimə dedi ki, sinifdə qızlar var, o kəlməni işlətməyin” - Mübariz İbrahimovun sinif yoldaşı

Səhiyyə Nazirliyindən “Whatsapp”dakı “donuz qripi” ilə bağlı BƏYANAT
16.01.2019, 17:47

Səhiyyə Nazirliyindən “Whatsapp”dakı “donuz qripi” ilə bağlı BƏYANAT

Kəmaləddin Heydərov nazirliyi gücləndirilmiş rejimə keçirdi   
16.01.2019, 17:43

Kəmaləddin Heydərov nazirliyi gücləndirilmiş rejimə keçirdi  

AMEA-da üç nəfərə yeni vəzifə verildi   
16.01.2019, 17:39

AMEA-da üç nəfərə yeni vəzifə verildi  

Rövşən Rzayev Sabunçuda köçkünlərlə görüşüb
16.01.2019, 17:30

Rövşən Rzayev Sabunçuda köçkünlərlə görüşüb

Manat sabah bu məzənnədə olacaq   
16.01.2019, 17:29

Manat sabah bu məzənnədə olacaq  

Rektor universitetdə imtahanları dayandırdı   
16.01.2019, 17:24

Rektor universitetdə imtahanları dayandırdı  

Daha bir nazirlik hazırlıq vəziyyətinə gətirildi
16.01.2019, 17:17

Daha bir nazirlik hazırlıq vəziyyətinə gətirildi

Zakir Həsənov Milli Orduya göstəriş verdi   
16.01.2019, 17:06

Zakir Həsənov Milli Orduya göstəriş verdi  

“ABŞ Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyir”
16.01.2019, 17:05

“ABŞ Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyir”

Əflatun Amaşov: “Struktur islahatları bəhrəsini verəcək”   
16.01.2019, 17:03

Əflatun Amaşov: “Struktur islahatları bəhrəsini verəcək”  

Ramiz Mehdiyevin Qriqorian kilsəsi haqda kitabına təqdimat keçirilib
16.01.2019, 17:00

Ramiz Mehdiyevin Qriqorian kilsəsi haqda kitabına təqdimat keçirilib

Nazirdən ciddi kadr dəyişikliyi - İri şəhərlərə polis rəisi təyin edildi
16.01.2019, 16:49

Nazirdən ciddi kadr dəyişikliyi - İri şəhərlərə polis rəisi təyin edildi

“UNEC-100” İnkişaf Strategiyası: əsas hədəflər
16.01.2019, 16:46

“UNEC-100” İnkişaf Strategiyası: əsas hədəflər

Türkiyə ilə sərhəddə partlayış: 9 ölü, 20 yaralı
16.01.2019, 16:37

Türkiyə ilə sərhəddə partlayış: 9 ölü, 20 yaralı

“Kaspi” qəzeti “Nəsimi ili” ilə bağlı müsabiqə elan etdi 
16.01.2019, 16:36

“Kaspi” qəzeti “Nəsimi ili” ilə bağlı müsabiqə elan etdi 

Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə protokol imzaladı
16.01.2019, 16:33

Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə protokol imzaladı

ARXİV