Modern.az

Azərbaycanda daha bir polis rəisi təqaüdə göndərilib

Azərbaycanda daha bir polis rəisi təqaüdə göndərilib

Ölkə

31 Oktyabr 2011, 16:45

Azərbaycanda daha bir rayonun polis rəisi təqaüdə göndərilib. Bu Suraxanı Rayon Polis İdarəsinin rəisi Etibar Qazıbəyovdur.

Modern.az APA-ya istinadən bildirir ki, bir neçə gün əvvəl 60 yaşlı tamam olan Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Etibar Qazıbəyov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun vəzifəsi icra etmək isə müvəqqəti olaraq idarənin rəis müavini Akif Nəzərliyə həvalə olunub.

Modern.az-ın məlumatına görə, E.Qazıbəyov 1974-cü ildən Daxili İşlər Orqanlarında müxtəlif vəzifələrdə işləyib. 1981-1985-ci ildə Bakı şəhəri Hava limanında polis rəisinin müavini, 1989-1991-ci ildə Bakı şəhəri Su Polisinin rəis müavini və rəisi vəzifəsində çalışıb. 1991-1993-cü ildə Bakı şəhəri Nərimanov rayon Mühafizə Şöbəsinin rəisi, 1993-2000-ci ildə Bakı şəhəri Sabunçu RPİ-nin rəisi vəzifəsində çalışıb.
25.11.2000-ci ildən indiyədək Bakı şəhəri Suraxanı RPİ-nin rəisi işləyirdi.
1982-ci ildə Azərbaycan Respublikasının “Əməkdar sərhədçisi” adına layiq görülüb. Mərhum prezidenti Heydər Əliyevin 26 dekabr 1995 – ci il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasının Konstitusiya dövlət quruluşunun mudafiəsində, sabitliyin təmin edilməsində, ictimai asayişin qorunmasında, təxribatların, terrorçuluğun və digər təhlükəli cinayətlərin qarşısının alınmasında, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində xüsusi xidmətlərinə görə “AZƏRBAYCAN BAYRAĞI” ordeni ilə təltif olunub.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?