Modern.az

"Ərdoğana təşəkkür"

"Ərdoğana təşəkkür"

Parlament

9 Dekabr 2009, 16:41

“Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Barak Obama ilə keçirdiyi görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələninin müzakirə olunmasını biz alqışlayırıq”. Modern.az-ın məlumaıtna görə, bu barədə  jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsini ABŞ Prezidenti Barak Obama ilə görüşündə müzakirəyə çıxardığı üçün Türkiyənin baş naziri, Rəcəb Tayyib Ərdoğana öz təşəkkürümü bildirirəm. Baş nazir Azərbaycan və Türkiyədə söz verdiyi kimi, ABŞ prezidenti ilə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsini xüsusilə qabardıb. Türkiyənin baş naziri həmin görüşdə birmənalı olaraq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Türkiyə-Ermənistan yaxınlaşması məsələsi ilə çox bağlıdır” - deyə Z.Əsgərov qeyd edib.

Milli Məclis sədrinin birinci müavini daha sonra deyib: “ABŞ-ın Yaxın Şərqdə Türkiyəyə çox böyük ehtiyacı var. Siz bilirsiniz ki, bu gün İraqda, Əfqanıstanda, Pakistanda baş verən hadisələr yaxşı istiqamətdə inkişaf etmir. Təbii ki, bu da ABŞ hökumətini razı sala bilməz. Bu mənada bir müttəfiq kimi Türkiyənin ABŞ-ın xarici siyasətində oynadığı rol prioritet məsələdir və əminəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinin həllində cənab Ərdoğanın Barak Obama qarşısında qaldırdığı məsələ Azərbaycanın haqq işinin qələbəsi ilə nəticələnəcək”.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı