Modern.az

Moskvada səs-küylü qətl - Azərbaycan vətəndaşı saxlanıldı

Moskvada səs-küylü qətl - Azərbaycan vətəndaşı saxlanıldı

8 Noyabr 2018, 12:04

Moskvanın cənub-qərb hissəsində çoxmərtəbəli binanın liftində qətl törədən Azərbaycan vətəndaşı saxlanılıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 51 yaşlı Larisa Vasilyevnanı qarət məqsədilə liftdə bıçaqlayan 1991-ci il təvəllüdlü Rövşən Şabanov qadının 2 min rubl pulunu oğurlayıb.

 

Rusiya İstintaq Komitəsi Rövşən Şabanovun analoji cinayətlərdə əli olması faktını araşdırır.   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi