Modern.az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ixtisar olmayacaq – RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ixtisar olmayacaq – RƏSMİ

8 Noyabr 2018, 13:54

“Minimum əmək haqqı əlbəttə ki, artmalıdır. Bizim həm əhalinin gəlirləri həm də ÜDM –yə nisbətdə əhalinin minimum əmək haqqı çox aşağıdır. Biz bunu əhəmiyyətli dərəcədə artırmalıyıq. Bu aktual məsələdir”.

 

Modern.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

 

Nazir müavini bildirib ki, Prezident İlham Əliyev qeyri-leqal məşğulluqla bağlı komissiya yaradıb.

 

“Əmək haqqı ayrıca bölmədə qeyd olunub. Əmək haqqı sistemi büdcə təşkilatlarında ümumiyyətlə mürəkkəbdir. Bu məsələyə baxılmalıdır. Biz bununla bağlı İşçi Qrupu yaratmışıq. Avropanın tvininq layihəsini, Dünya Bankının ekspertlərini dəvət etmişik. Artıq ilkin layihəmiz var. Lakin bununla bağlı açıqlama vermək istəmirəm”.

 

İdris İsayev onu da qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ixtisar olmayacaq, optimallaşma həyata keçiriləcək”.

 

“Fərdi uçot sistemi pensiya sisteminin əsasını təşkil etdiyi üçün bizim nazirlikdə qalır. Eyni zamanda DOST mərkəzləri yaradılır, biz həmin şəxsləri bu mərkəzdə yerləşdirəcəyik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!