Modern.az

2 balıqçı ölüm təhlükəsi ilə ÜZLƏŞDİ

2 balıqçı ölüm təhlükəsi ilə ÜZLƏŞDİ

Aktual

8 Noyabr 2018, 14:02

Bu gün saat 12:44 radələrində Novxanı qəsəbəsində taxta qayıqla dənizə çıxan 2 balıqçı təhlükə ilə üzləşib.

 

Bu barədə Modern.az-a  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzindən  məlumat verilib.

 

Bildirilib ki, sahildən 10 km məsafədə qayığın hərəkət vericisi xarab olduğundan su axını balıqçılar olan qayığı açıq dənizə doğru aparıb.

 

Milli Mərkəz tərəfindən dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb.

 

Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Bakinskaya – 3” gəmisi kömək üçün hadisə yerinə yönəldilib. Hazırda Milli Mərkəz tərəfindən xilasetmə əməliyyatlarının koordinasiyası həyata keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı