Modern.az

Sürüşmə zonasında gərginlik qalmaqdadır - NAZİRLİK

Sürüşmə zonasında gərginlik qalmaqdadır - NAZİRLİK

8 Noyabr 2018, 15:43

Badamdar sürüşmə sahəsində monitorinqlər davam etdirilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, noyabr 8-də Badamdar sürüşmə sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən aparılan monitorinqin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır.

 

Yağan yağış nəticəsində sürüşmə sahəsindəki asılı vəziyyətdə olan torpaq kütlələrinin üzərində yeni xırda uçqunlar baş verib. Sürüşmənin yuxarı hissəsində olan qaya parçasının alt hissəsi qoparaq asılı vəziyyətdə qalıb. Monitorinqlər davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı