Modern.az

Bu il Bakıda iki yeni metrostansiya açılacaq  

Bu il Bakıda iki yeni metrostansiya açılacaq   

Aktual

8 Noyabr 2018, 16:06

Hazırda Metropolitenin III-bənövşəyi xəttinin tikintisi davam etdirilir və ilin sonunda ilk iki stansiyanın istismara verilməsi nəzərdə tutulur.

 

Modern.az-ın məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin İstismar üzrə Baş mühəndisi Əlixan Osmanov bildirib.

 

Qurum rəsmisi bəzi çətinliklərin olduğunu vurğulayıb:

“Metropolitenin baş layihəçisi olan Fransanın “SYSTRA” şirkəti işlədiyi müddət ərzində yalnız konsepsiyanı irəli sürüb və ümumi istiqamətlər verməklə məşğul olub. Qısa müddətdə “Bakımetrolayihə” institutunun işi canlandırılıb və ən zəruri layihələr hazırlanıb. Onun nəticəsidir ki, ilin sonunda iki stansiyanın istismara verilməsi nəzərdə tutulur”.

 

Onun sözlərinə görə, Bənövşəyi xətin digər stansiyalarının tikintisində işlər davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!