Modern.az

Vətəndaşlara pulsuz tinglər paylanacaq

Vətəndaşlara pulsuz tinglər paylanacaq

Aktual

8 Noyabr 2018, 16:19

Ölkə prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə  “Hər ailə ağac əksin” devizi altında bayram günlərində vətəndaşlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən pulsuz ağac tingləri paylanılacaq.  


Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Aksiya  09, 12, 17 noyabr 2018-ci il tarixlərində saat 10:00-dan 12:00-dək Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində keçiriləcək və müxtəlif cinsli ağac tingləri vətəndaşlara paylanılacaq. Ağacların əkilməsi və qulluq göstərilməsi qaydalarına dair vətəndaşlara ETSN-nin mütəxəssisləri tərəfindən tövsiyələr veriləcək.


Ağac tingləri Xırdalanda 1 nömrəli məktəbin, Ramanada 316 nömrəli məktəbin həyətlərində, Sarayda Vəli Axundov adına parkda, Hövsanda Hövsan parkında paylanılacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşları aksiyada fəal iştirak etməyə çağırır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir