Modern.az

Üç rəngli bayrağınla məsud yaşa!... - FOTO

Üç rəngli bayrağınla məsud yaşa!... - FOTO

Aktual

8 Noyabr 2018, 16:54

Lənkəran Dövlət Universitetində  (LDU)  9 noyabr Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunmuş bayram tədbiri  keçirilib.Milli bayraqlarımızın dalğalandığı böyük akt zalında keçirilən  mərasim tədbir iştirakçılarının ifasında Azərbaycan Dövlət Himni ilə start  götürüb.

 

Modern.az xəbər verir ki, LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov tədbirin bütün iştirakçılarını-professor-müəllim-tələbə heyətini bayram münasibəti ilə təbrik edib,  milli bayrağımızı  xalqın  sərvəti, mənliyi, şərəfi, qurur mənbəyi adlandırıb, onu dəyərləndirməyi, göz bəbəyi kimi  qorumağı gənc nəslə tövsiyə edib.

 

Humanitar fakültənin dekanı , tarix üzrə fəlsəfə doktoru Kamal Mahmudov məruzəsində  milli atributlarımızdan biri olan bayrağın yaranma tarixi, xalqın mənəviyyatında  oynadığı rol, mahiyyəti barədə ətraflı bəhs edib.Bildirib ki, ölkə başçısı İlham Əliyevin 2009-cu il noyabrın  17-də imzaladığı sərəncamla hər il noyabrın 9-u  ölkəmizdə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi  qeyd edilir.Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı  milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilk rəmzlərindən birinə çevrilib, xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

 

Mərasim universitet tələbələrinin ifasında vətənpərvərlik mövzusunda  nikbin  ruhlu ədəbi-bədii kompozisiya   ilə yekunlaşıb.

 

Qeyd edək ki, sabah Lənkəran Şəhər İcra Hakimiyyətinin və  Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə rayonda möhtəşəm bayraq yürüşü keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır