Yaponiyanın futbol çempionatında "Yokohama" - "Faqiano Okayama" matçında yeni rekord qeydə alınıb. Qonaqların futbolçusu Ryujiro Ueda meydanın mərkəzindən - təxminən 58 metrdən gözəl baş zərbəsi ilə oyunda hesabı açıb. Yaponiyalı futbolçu bu qolla eyni zamanda dünya rekorduna da imza atıb.