Modern.az

Ucarda maşın qoyun sürüsünü vurdu - 42 baş qoyun tələf oldu

Ucarda maşın qoyun sürüsünü vurdu - 42 baş qoyun tələf oldu

8 Noyabr 2018, 19:22

Ucar rayonu ərazisində “Ford Transit” markalı avtomobillə qəflətən yolun hərəkət hissəsinə çıxmış qoyun sürüsü vurulub.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, noyabrın 8-də saat 3 radələrində Ucar rayonunun Müsüslü kəndi ərazisində Ağdam rayon sakini Yusifəli İsmayılov idarə etdiyi “Ford Transit” markalı avtomobillə qəflətən yolun hərəkət hissəsinə çıxıb, Ucar rayon sakini Qurban Hacıyevə məxsus qoyun sürüsünü vurub və nəticədə 42 baş qoyun tələf olub.

 

Y.İsmayılov izahatında dövlət qeydiyyat nişanlarını görmədiyi “KamAZ” markalı avtomobilin də heyvan sürüsünün üzərindən keçərək getməsini bildirib.

BDYPİ tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir