19 yanvar 2019, Şənbə
Ana Səhifə - GÜNDƏM - Azərbaycan ordusu Naxçıvan istiqamətində yenə irəliləyib, bütün strateji yüksəklikləri tutub
Azərbaycan ordusu Naxçıvan istiqamətində yenə irəliləyib, bütün strateji yüksəklikləri tutub +
09.11.2018, 12:24

Azərbaycan ordusu bütün yay və payız ayları ərzində Naxçıvan istiqamətində neytral ərazilər boyu irəliləyib və demək olar əksər strateji yüksəklikləri nəzarətə götürüb.

Virtulaz.org xəbər verir ki, bu sensasion məlumatı həvəskar peyk çəkilişlərinə istinadla “Bellingcat” saytı yayıb. Azərbaycan ordusunun necə irəlilədiyi və Ermənistan ordusunun cəbhənin bu istiqamətində tamamilə əlverişsiz mövqelərdə qaldığı barədə məqalənin müəllifi isə Avstraliyadakı “Holokost və Soyqırım Araşdırmaları İnstitutu”nun analitiki Masis İngilisyandır.

 

Müəllif  “Planet Labs” tərəfindən çəkilmiş yeni həvəskar peyk fotolarına istinadən göstərir ki, Azərbaycan ordusunun mühəndis-istehkam işlərini davam etdirməsi nəticəsində Naxçıvan istiqamətində daha bir strateji post Azərbaycanın nəzarətinə keçib. Peyk fotolarında Azərbaycan silahlı qüvvələrinin Naxçıvan istiqamətində bir vaxtlar neytral ərazi hesab edilən ərazilərdə apardığı hazırkı mühəndis işləri əks olunur.

 

Qeyd olunur ki, Azərbaycan ordusunun təmas xəttində neytral ərazilər boyu irəliləməsi 1994-cü ildə atəşkəsin əldə olunmasından bəri əsasən Dağlıq Qarabağda davam edirdi. Nəticədə bir çox rayonlarda tərəflərin mövqeləri arasında məsafə bir neçə yüz metrə qədər azalıb.

 

Lakin Naxçıvan sərhədləri boyu irəliləmə atəşkəsin əldə olunmasından bəri Azərbaycan ordusunun ən irimiqyaslı irəliləyişdidir. Bunun nəticəsində hərbi əməliyyatların dayanmasından bəri Azərbaycan tərəfi ən böyük ərazini öz nəzarətinə alıb. Müəllif qeyd edir ki, Ermənistan ordusu da 2012 və 2014-2015-ci illərdə Naxçıvan istiqamətində yeni yüksəkliklər tutmaq üçün bu cür taktikadan istifadə edib. Lakin “Planet Labs” tərəfindən təqdim edilən son fotolara əsasən Azərbaycan ordusu regionda mövqelər uğrunda son 10 ildə davam edən mübarizədən sonra hazırda sərhədin bu istiqamətində Ermənistan ordusuna nisbətən daha əlverişli mövqelərdədir.

Bildirilir ki, Azərbaycan ordusunun Naxçıvan regionunda mövqelərini yaxşılaşdırması, o cümlədən yolların çəkilməsi və səngərlərin erməni səngərlərinə yaxınlaşdırılması Qarabağda mümkün münaqişə zamanı ikinci cəbhənin açılmasına gətirib çıxara bilər.  Hansı ki, Azərbaycan son illər Naxçıvanda hərbi iştirakını durmadan artırıb.

 

Sayt xatırladır ki, Azərbaycan ordusunun Naxçıvan istiqamətində neytral ərazilər boyu irəliləyərək böyük əraziləri nəzarətinə götürməsi ilk dəfə bu ilin yazında “Razm.info” saytının analitiki Ayk Xaçikyanın “Naxçıvanda nə baş verir?” məqaləsindən sonra ictimailəşib. Həmin vaxt Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu 90-cı illərin əvvəllərində tərk edilmiş və Ermənistan ordusunun atəşi altında olan Günnüt kəndi (Şərur rayonu) də daxil olmaqla 11 min hektardan çox ərazini nəzarətinə götürüb. Qızılqaya yüksəkliyini tutub və nəticədə Ermənistan ərazisindən Qarabağa gələn strateji əhəmiyyətli Yerevan-Gorus-Laçın avtomobil yoluna nəzarət etmək imkanı qazanıb.

 

Lakin yeni peyk fotoları təsdiq edir ki, Azərbaycan silahlı qüvvələri Naxçıvan istiqamətində irəliləməni bununla dayandırmayıb. Bütün yay və payız ayları ərzində mühəndis işlərini davam etdirib və yeni əlverişli mövqelər tutub.

Belə ki, peyk fotlolarına əsasən Azərbaycan silahlı qüvvələri bu ilin may ayında çəkilən yeni yollarla irəliləyərək təmas xəttinə mövqelərini daha da yaxınlaşdırıb. Arpa çayından şimal-qərbdə yerləşən yüksəklik və dağ massivi bu ilin may ayında Azərbaycan qoşunları tərəfindən hələ tam tutulmamışdı. Amma yeni peyk fotolarına əsasən həmin dağ massivi tamamilə Azərbaycanın nəzarəti altındadır və ora yeni yollar çəkilib.

Yayda və payızın əvvəllərində Azərbaycan həmin dağ massivi boyu yeni mövqelərdə öz qoşunlarını yerləşdirib. Beləliklə, Ermənistan ordusunun birinci müdafiə xətti və ermənilərin hərbi təyinatlı avtomobil yolu bütünlüklə Azərbaycan ordusunun nəzarəti altına düşüb. Habelə Azərbaycan erməni mövqelərinə doğru yeni səngərlər qazıb.

 

Digər fotolarda Azərbaycanın Ermənistanla sərhəddə daha bir adsız yüksəkliyə tərəf yeni yol çəkdiyi görünür. Sayt bildirir ki, erməni mövqeləri ilə üzbəüz ərazinin dağlıq relyefi nəzərə alınmaqla Azərbaycan silahlı qüvvələrinin yeni səngərlər qazmağı və yollar çəkməyi davam etdirəcəyini göstərir. Bu da təmas xəttinin həmin istiqamətində erməni mövqelərini tamamilə əlverişsiz vəziyyətdə qoyacaq və istisna deyil ki, Ermənistan ordusu həmin müdafiə xəttini məcburi tərk edəcək.

 

 “Bellingcat” bildirir ki, Azərbaycan silahlı qüvvələrinin yeni manevrləri nətiicəsində Ermənistan ordusu faktiki olaraq postlarından birini tərk edib. Sayt peykdən çəkilmiş fotoda ermənilərin tərk etdiyi postu nişan verir. Masis İngilisyan qeyd edir ki, hadisələrin bu cür inkişafı Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçən ərazilərin erməni infrastrukturu və yaşayış məntəqələri üçün təhdid yaradacağını göstərir. Habelə Azərbaycanın bu əraziləri hərbiləşdirməyə dair gələcək planları barədə suallar meydana çıxarır

 

Peyk fotoları əsasənda təhlil aparan müəllif göstərir ki, Azərbaycan ordusunun son aylarda gördüyü mühəndis işləri nəticəsində erməni səngərləri bütünlüklə əlçatandır və yaxın gələcəkdə ermənilərin həmin səngərləri tərk etməsi qaçılmaz görünür.

 

Virtualaz.org “Bellingcat” saytının bu məqaləsi ilə bağlı Azərbaycan Müdafiə Nazirliyindən soruşub, nazirlik bu mövzu ilə bağlı şərh verməyib. Xatırladaq ki, bu ilin mayında Müdafiə Nazirliyi Günnüt kəndinin azad edilməsi də daxil olmaqla Naxçıvan istiqamətində ordumuzun keçirdiyi uğurlu əməliyyat barədə geniş məlumat və videoxülasə yaymışdı.

.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Hərbi helikopter qəza təhlükəsi ilə üzləşdi
19.01.2019, 20:46

Hərbi helikopter qəza təhlükəsi ilə üzləşdi

Ali məktəblərə tələbə qəbuluna dair...  - RƏSMİ
19.01.2019, 20:31

Ali məktəblərə tələbə qəbuluna dair...  - RƏSMİ

Meksikadakı partlayışda 66 nəfər öldü
19.01.2019, 20:19

Meksikadakı partlayışda 66 nəfər öldü

Əli Əhmədov: “Səbəb müxalifətin sosial dayaqlarını itirməsidir”
19.01.2019, 20:01

Əli Əhmədov: “Səbəb müxalifətin sosial dayaqlarını itirməsidir”

“Dinc əhaliyə divan tutuldu” – Rövşən Rzayev
19.01.2019, 17:30

“Dinc əhaliyə divan tutuldu” – Rövşən Rzayev

Milli Şuranın mitinqində 2800 nəfər iştirak edib – RƏSMİ
19.01.2019, 17:19

Milli Şuranın mitinqində 2800 nəfər iştirak edib – RƏSMİ

Məcburi köçkün uşaqları üçün seçimlər başa çatıb
19.01.2019, 17:16

Məcburi köçkün uşaqları üçün seçimlər başa çatıb

Kooperasiya Universitetində 20 Yanvar şəhidləri anıldı
19.01.2019, 17:14

Kooperasiya Universitetində 20 Yanvar şəhidləri anıldı

Zimbabve Prezidentinin Azərbaycan səfəri başa çatdı
19.01.2019, 16:47

Zimbabve Prezidentinin Azərbaycan səfəri başa çatdı

“Avropa Parlamentinin son qətnaməsi ikrah doğurur”
19.01.2019, 16:42

“Avropa Parlamentinin son qətnaməsi ikrah doğurur”

“20 Yanvar əsasında müstəqilliyimiz möhkəmləndi” - MirHəsən Seyidov
19.01.2019, 16:32

“20 Yanvar əsasında müstəqilliyimiz möhkəmləndi” - MirHəsən Seyidov

“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi
19.01.2019, 16:27

“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi

Deputat və professor Modern.az-ın Nəsimi ilə bağlı addımını yüksək QİYMƏTLƏNDİRDİ   
19.01.2019, 15:55

Deputat və professor Modern.az-ın Nəsimi ilə bağlı addımını yüksək QİYMƏTLƏNDİRDİ  

8 Olimpiya mükafatçısı Bakıda çıxış edəcək – İLK DƏFƏ
19.01.2019, 15:32

8 Olimpiya mükafatçısı Bakıda çıxış edəcək – İLK DƏFƏ

Biləcəri sakinləri “Güllə Yağışı”nın önünə toplandı
19.01.2019, 15:11

Biləcəri sakinləri “Güllə Yağışı”nın önünə toplandı

UNEC-də hər bir tələbə müraciəti araşdırılır
19.01.2019, 15:06

UNEC-də hər bir tələbə müraciəti araşdırılır

Bakıda narkotacirlərə qarşı ƏMƏLİYYAT - dəstə tutuldu      
19.01.2019, 15:03

Bakıda narkotacirlərə qarşı ƏMƏLİYYAT - dəstə tutuldu    

Azərbaycan və Zimbabve prezidentləri görüşdü - YENİLƏNİB
19.01.2019, 14:40

Azərbaycan və Zimbabve prezidentləri görüşdü - YENİLƏNİB

Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək
19.01.2019, 14:38

Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək

DTX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi
19.01.2019, 14:02

DTX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi

Gömrükdə Gürcüstan vətəndaşının avtomobilindən marixuana çıxdı 
19.01.2019, 13:55

Gömrükdə Gürcüstan vətəndaşının avtomobilindən marixuana çıxdı 

Sabahın havası - şaxta olacaq
19.01.2019, 13:32

Sabahın havası - şaxta olacaq

Ehsan Zahidov “DİN-in bu hüquqları əlindən alındı” iddiasını yalanladı  
19.01.2019, 13:19

Ehsan Zahidov “DİN-in bu hüquqları əlindən alındı” iddiasını yalanladı  

Cəlil Məmmədquluzadə həftəsi keçiriləcək: “Ona ateist deyirdilər”...
19.01.2019, 13:08

Cəlil Məmmədquluzadə həftəsi keçiriləcək: “Ona ateist deyirdilər”...

Lənkəranda  20 Yanvar şəhidləri anıldı - FOTO
19.01.2019, 13:01

Lənkəranda  20 Yanvar şəhidləri anıldı - FOTO

“Reseptlə” dilənənlər – XƏBƏRDARLIQ
19.01.2019, 12:44

“Reseptlə” dilənənlər – XƏBƏRDARLIQ

Bakıda piyada ÖLÜMÜ 
19.01.2019, 12:40

Bakıda piyada ÖLÜMÜ 

Yanacaqdoldurma məntəqəsinə maskalı basqın edənlər saxlanıldı
19.01.2019, 12:24

Yanacaqdoldurma məntəqəsinə maskalı basqın edənlər saxlanıldı

Borca görə 19 nəfər tutuldu
19.01.2019, 11:05

Borca görə 19 nəfər tutuldu

Balakən sakinlərindən qanunsuz silahlar götürüldü
19.01.2019, 10:58

Balakən sakinlərindən qanunsuz silahlar götürüldü

Polis axtarışda olan şəxsi saxladı
19.01.2019, 10:54

Polis axtarışda olan şəxsi saxladı

Kosmik peykləri məhv edəcək RAKET - 17 dəqiqəyə 3 min kilometr uçdu 
19.01.2019, 10:41

Kosmik peykləri məhv edəcək RAKET - 17 dəqiqəyə 3 min kilometr uçdu 

Nəsiminin Suriyadakı məzarından ÖZƏL FOTOLAR
19.01.2019, 10:11

Nəsiminin Suriyadakı məzarından ÖZƏL FOTOLAR

Ermənilər kəndlərimizi atəşə tutdu
19.01.2019, 09:51

Ermənilər kəndlərimizi atəşə tutdu

İspaniyanın ilk Oskar alan aktyoru - 50 yaşlı məşhur...
19.01.2019, 09:35

İspaniyanın ilk Oskar alan aktyoru - 50 yaşlı məşhur...

20 yanvardan bəhs edən filmin məsləhətçisi: “Telekanallar “Hüznlü ana”nı vermək istəmirlər” - MÜSAHİBƏ  
19.01.2019, 09:32

20 yanvardan bəhs edən filmin məsləhətçisi: “Telekanallar “Hüznlü ana”nı vermək istəmirlər” - MÜSAHİBƏ  

Şahmat üzrə Azərbaycan çempionatının III turu yekunlaşdı
19.01.2019, 01:01

Şahmat üzrə Azərbaycan çempionatının III turu yekunlaşdı

Ukrayna əhalisinin sayı  208,8 min nəfər azalıb
19.01.2019, 00:47

Ukrayna əhalisinin sayı  208,8 min nəfər azalıb

Avtoqəzada yaralanan sürücü xəstəxanada öldü
19.01.2019, 00:27

Avtoqəzada yaralanan sürücü xəstəxanada öldü

Meksikada 6 bal gücündə zəlzələ
19.01.2019, 00:16

Meksikada 6 bal gücündə zəlzələ

Trampla Kim Çen In fevralda yenidən görüşəcək
18.01.2019, 23:59

Trampla Kim Çen In fevralda yenidən görüşəcək

Əllə oynayan futbolçulara yeni cəza
18.01.2019, 23:42

Əllə oynayan futbolçulara yeni cəza

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
18.01.2019, 23:31

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı   
18.01.2019, 23:07

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı  

Qəzzada qarşıdurma: 30 yaralı
18.01.2019, 22:47

Qəzzada qarşıdurma: 30 yaralı

Bakıda itkin düşən uşaq tapıldı
18.01.2019, 22:30

Bakıda itkin düşən uşaq tapıldı

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı
18.01.2019, 22:16

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı

Fransada aksiyaların yeni mərhələsi başlayır
18.01.2019, 21:59

Fransada aksiyaların yeni mərhələsi başlayır

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu
18.01.2019, 21:44

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu

Yaponiyada güclü zəlzələ
18.01.2019, 21:24

Yaponiyada güclü zəlzələ

ARXİV