Modern.az

Azərbaycanlı biznesmen 80 min lirəni taksidə unutdu, sürücü pulu ...

Azərbaycanlı biznesmen 80 min lirəni taksidə unutdu, sürücü pulu ...

9 Noyabr 2018, 13:12

Ötən gün işlə bağlı Türkiyəyə gedən azərbaycanlı iş adamı Pərviz Baxşəliyev tələsdiyindən 80 min lirə pulla dolu çantasını taksidə unudub. Çantanın avtomobilin salonunda qaldığını görən sürücü müştərisini taparaq pulu ona qaytarıb.

 

Virtualaz.org xəbəbr verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb. Mənbənin yazdığına görə, hadisə ötən gün İstanbulda baş verib. 44 yaşlı azərbaycanlı iş adamı Yenibosnada saat təxminən 18:30-da UBER-dən taksi sifariş verib. Sürücü Cüneyt Terzinin idarə etdiyi avtomobillə yola düşən iş adamı Bağçalarda avtomobili tərk edib.

 

Tələsdiyindən içərisində 80 min tl pul ilə yanaşı ev və avtomobilinin açarları olan çantanı avtomobildə unudub. Bunu hiss edərək UBER-ə vəziyyətlə bağlı email göndərib.

Bir qədər yol getdikdən sonra sürücü sərnişiinin çantasını avtomobildə qoyduğunu hiss edərək bu barədə Lisenziyalı Nəqliyyatçılar Dərnəyinə (LİTAŞ) məlumat verib. İş adamı ilə dərnək üzvlərinin vasitəsilə əlaqə yaradan sürücü sonradan onunla görüşərək çantanı təhvil verib. Sürücü bildirib ki, çantanın avtomobildə qaldığını anladıqda onu sahibinə qaytarmaqdan başqa heç bir şey fikirləşməyib.

 

İş adamı isə sürücünün bu hərəkətindənçox məmnun qaldığını deyib: “Şükür ki, insanlıq ölməyib. Mən öz ölkəmdə şəxsi avtomobildən istifadə edirəm, bura da gələndə UBER-dən taksi sifariş verirəm. İlk dəfə idi belə halla qarşılaşırdım. Təyyarədən yenicə düşmüşdüm, təkcə pul deyil, çantada bəzi şəxsi əşyalarım da var idi. Onu növbəti müştəri və ya elə taksi sürücüsünün özü ehtiyacı olduğuna görə götürə bilərdi. Sürücüyə bu hərəkətinə görə çox təşəkkür edirəm”, - deyə Pərviz Baxşəliyev bildirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir