Modern.az

Avstriyalı zabit Rusiyaya casusluqda ittiham olunur

Avstriyalı zabit Rusiyaya casusluqda ittiham olunur

9 Noyabr 2018, 14:22

Ötən gün Avstriya Hərbi Əks-Kəşfiyyat Xidməti 20 ildir Rusiyaya strateji məlumatlar ötürən 70 yaşlı istefada olan polkovniki saxlayıb.

 

TASS xəbər verir ki, bu barədə Avstriya Müdafiə Nazirliyindən “Kronen Zeitung” qəzetinə məlumat verilib. 

 

Nəşrin yazdığına görə, 90-ci illərin axırlarından etibarən miqrasiya böhranı, habelə hərbi aviasiya və artileriya sistemləri haqqında Rusiya hərbi kəşfiyyatına məlumatlar ötürən zalsburqlu keçmiş zabit bunun müqabilində 300 min avroya yaxın pul alıb. 

Yazıda qeyd olunub ki, hər iki həftədən bir Rusiya kəşfiyyatının əməkdaşı ilə görüşərək ona məxfi sənədlər çatdıran şübhəliyə qarşı prokurorluq tərəfindən cinayət işi açılıb. 

Avstriyada xarici kəşfiyyatla əməkdaşlıqla bağlı maddəyə görə iki ilədək həbs cəzası nəzərdə tutulur.

 

 

Virtualaz.org

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi