Modern.az

Deputatın və icra başçısının təşəbbüsü ilə gənclər Milli Məclisə aparıldı

Deputatın və icra başçısının təşəbbüsü ilə gənclər Milli Məclisə aparıldı

9 Noyabr 2018, 16:13

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və 27 saylı Sabunçu Seçki Dairəsinin deputatı Dilarə Cəbrayılovanın təşəbbüsü ilə rayonun ictimai-siyasi həyatında fəal rol oynayan gənclər Milli Məclisdə olublar.

 

Görüş barəsində məlumat verən deputat Dilarə Cəbrayılova deyib ki, həyata keçirilən görüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində” Milli Fəaliyyət Proqramı çərçivəsində həyata keçirilib.

 

20 Noyabr ümumdünya uşaqlar günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması məqsədi ilə Sabunçu gənclərinin Milli Məclisə ekskursiyası təşkil olundu.

 

Görüşdə Sabunçu rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Rəna Fərəcova, orta məktəb direktorları, həkimlər, şagirdlər və rayonun ictimai həyatında fəal olan gənclər iştirak edirdi.

Əvvəlcə qonaqlar Milli Məclisdə Heydər Əliyev muzeyi, iclas zalı və kitabxana ilə tanış olublar. Görüşdə Milli Məclisin Ailə Qadın və Uşaq Hüquqları Komitəsinin sədri Aqiyə Naxçıvanlı Azərbaycan parlamentinin tarixi, Milli Məclisin fəaliyyəti, tərkibi və komitələri haqqında məlumat verib.

O, həmçinin rəhbərlik etdiyi komitənin fəaliyyəti barədə danışıb. Aqiyə Naxçıvanlı və Dilarə Cəbrayılova uşaqları maraqlandıran sualları cavablandırıblar.

 

D.Cəbrayılova onu da bildirib ki, görüşdə iştirak edən gənclərə sağlam ailə modeli, Azərbaycanda həyata keçirilən uşaq siyasəti, təhsil sahəsində həyata keçirilən işlər barəsində ətraflı məlumat verilib. Gənclər Milli Məclisdən yüksək əhval ruhiyyədə ayrılıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?