16 yanvar 2019, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Dövlət Komitəsinin nümayəndə heyəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iclasında iştirak edib  
Dövlət Komitəsinin nümayəndə heyəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iclasında iştirak edib   +
09.11.2018, 16:47

Ankarada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin 3-cü iclası keçirilib. İ

 

Modern.az xəbər verir ki, iclasda ölkəmizi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

 

TDƏŞ Baş katibi Bağdad Amreyev iclasın gündəliyində olan məsələlər barədə ümumi məlumat verib. İclasda türkdilli diasporların hazırkı vəziyyətinin və şuraya üzv dövlətlərin diaspor qurumları arasında güclü koordinasiya və əməkdaşlıq imkanları, Türk Şurasının "Türk Şurası Türkdilli Diasporların Birgə Fəaliyyət Strategiyası" və “2018-2019-cu illər üzrə türkdilli diasporların birgə fəaliyyət planı”nın qəbul edilməsi, Türk Şurasının II Diaspor Forumunun keçirilməsi, Türkdilli Diasporların Atlasının hazırlanması, Türk Şurasının diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin növbəti görüşünün vaxtı və yerinin müəyyənləşdirilməsi və digər məsələlər ətrafında geniş müzakirlər aparılıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iclasda çıxış edərək, Türk dünyasının birliyi ideyasının yüzillərdən bəri mövcud olsa da, yalnız XX əsrdə bu ideyanın reallaşması istiqamətində konkret addımların atıldığını diqqətə çatdırıb. Bu mənada türk dünyasının iki böyük liderinin - Mustafa Kamal Atatürk və Heydər Əliyevin xidmətlərini vurğulayaraq “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və “Biz bir millət, iki dövlətik” kəlamları bu böyük şəxsiyyətlərin türk dünyasının birliyinə nə qədər böyük önəm verdiyini bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsi olaraq hər addımda soydaşlarımızın yanında güclü və müstəqil Azərbaycan dövlətinin olduğunu göstərməyə çalışırıq deyən Dövlət Komitəsinin sədri qeyd edib ki, türkdilli diasporların birgə fəaliyyəti daha uğurlu və səmərəli ola bilər.

 

F.Muradov qeyd edib ki, bir neçə dəfə  Bakıda, Ankarada TDƏŞ-ə üzv Dövlətlərin Diaspor Məsələlərinə Cavabdeh Dövlət Qurumlarının Rəhbərlərinin Toplantıları keçirilmiş, türkdilli dövlətlərin diasporlarının birgə fəaliyyətinin yekunları və gələcək perspektivləri ilə bağlı müzakirələr aparılmışdır. Eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında “Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası”nın qəbul edildiyini xatırladaraq, Özbəkistanın da Türk şurasına üzv olmasıyla bu birliyi daha da gücləndirəcəyini qeyd edib.

Fuad Muradov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diasporla iş üzrə nazirlik və qurum rəhbərlərinin 3-cü iclasında imzalanacaq "Türk Şurası Türkdilli Diasporların Birgə Fəaliyyət Strategiyası" və “2018-2019-cu illər üzrə türkdilli diasporların birgə fəaliyyət planı”ın Türk dünyasının birliyinə, qarşılıqlı əlaqələrin inkişafına yeni məzmun verəcəyini, diaspor təşkilatların birgə fəaliyyətinin əsas prinsip və istiqamətlərini müəyyən edəcəyini bildirib.

 

Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy, Qazaxıstanın Sosial İnkişaf naziri Darxan Kaletayev,  Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin rəhbəri Abdullah Eren və digərləri çıxış edərək toplantının və burada qəbul ediləcək qərarların əhəmiyyətini vurğuılayıblar.

 

Çıxışlardan sonra türkdilli diasporların hazırkı vəziyyəti və TDƏŞ-ə üzv dövlətlərin diaspor qurumları arasında güclü koordinasiya və əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb. Türk Şurasının II Diaspor Forumunun 2019-cu ildə Türkiyənin ev sahibliyi ilə Türkiyədə, TDƏŞ-ə üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin 4-cü iclasının Qazaxıstanda keçirilməsi ilə bağlı razılıq əldə edilib. Həmçinin, qəbul olunmuş sənədlərdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə İşçi qrupun yaradılması, qrupun ilk iclasının və Türk Şurası nəzdində fəaliyyət göstərən diasporla iş üzrə Təmas qrupunun 5-ci iclasının 2019-cu ildə Azərbaycanda keçirilməsi qərara alınıb.

Türkiyə və Azərbaycanın diaspor sahəsində malik olduqları təcrübənin, Türk Şurasının digər üzv ölkələri ilə təcrübə mübadiləsi proqramı çərçivəsində bölüşməsi, bu çərçivədə, 2018-2019-cu illərdə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə təcrübə-mübadilə proqramı çərçivəsində seminarların təşkili, beynəlxalq gənclər düşərgəsinin Qazaxıstanda təşkil olunması təşəbbüsü yekdilliklə qəbul olunub. Bununla yanaşı, 2019-cu ildə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın diaspor təşkilatları arasında birlik və həmrəylik hissinin artırılması üçün diaspor və vətəndaş cəmiyyəti nümayəndələri üçün birgə təlimlərin Türkiyə tərəfinin evsahibliyi ilə Almaniya və ya Fransada, Azərbaycan və Qırğıstanın birgə dəstəyi ilə Amerika Birləşmiş Ştatlarında təşkil edilməsi istiqamətində razılıq əldə edilib.

İclasda, eyni zamanda, Türkdili diasporlar arasında əməkdaşlıq və koordinasiyanı gücləndirmək məqsədilə Türk Şurası nəzdində birgə onlayn diaspor portalının hazırlanması qərara alınıb. Tərəflər türkdilli dövlətlərin diasporları ilə bağlı geniş məlumat mübadiləsinin aparılması üçün Türk Şurasının Diaspor Atlasının hazırlanması və digər məsələlərlə bağlı müvafiq birgə razılığa gəliblər.

 

Səfər çərçivəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi,  Qazaxıstan Respublikasının Vətəndaşlar Fondu və Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsi arasında diaspor siyasəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

 

Daha sonra Şuraya  üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri Türkiyə Respublikası Prezidentinin köməkçisi Fuat Oktayla görüşüb.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Məhkəmə və İcra idarələri ilə əlbir olan ŞƏBƏKƏ sürücülərə qanunsuz cərimələr yazdırır - ARAŞDIRMA
16.01.2019, 10:23

Məhkəmə və İcra idarələri ilə əlbir olan ŞƏBƏKƏ sürücülərə qanunsuz cərimələr yazdırır - ARAŞDIRMA

Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanıldı
16.01.2019, 10:18

Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanıldı

ADU-da Şərq dilləri müəllimləri üçün seminar keçirilib
16.01.2019, 10:12

ADU-da Şərq dilləri müəllimləri üçün seminar keçirilib

Aqrar Xidmətlər Agentliyinə sədr təyinatı oldu   
16.01.2019, 10:11

Aqrar Xidmətlər Agentliyinə sədr təyinatı oldu  

Ötən gün narkotiklərlə əlaqədar 11 nəfər tutuldu
16.01.2019, 10:02

Ötən gün narkotiklərlə əlaqədar 11 nəfər tutuldu

Ermənistan atəşkəsi 26 dəfə pozdu    
16.01.2019, 09:58

Ermənistan atəşkəsi 26 dəfə pozdu  

Bu gün Parisdə Məmmədyarov-Mnatsakanyan görüşü keçiriləcək
16.01.2019, 09:35

Bu gün Parisdə Məmmədyarov-Mnatsakanyan görüşü keçiriləcək

Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR   
16.01.2019, 09:25

Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR  

Ali məktəblərin əldə etdiyi gəlirlərin 40 faizi müəllimlərə sərf ediləcək
16.01.2019, 09:20

Ali məktəblərin əldə etdiyi gəlirlərin 40 faizi müəllimlərə sərf ediləcək

Azərbaycanda 5111 nəfər adını, ata adını, soyadını dəyişmək istəyib - RƏSMİ   
16.01.2019, 08:16

Azərbaycanda 5111 nəfər adını, ata adını, soyadını dəyişmək istəyib - RƏSMİ  

Manat və dollar bu gün hansı məzənnədə olacaq?
16.01.2019, 08:09

Manat və dollar bu gün hansı məzənnədə olacaq?

Prezidentliyə namizədlərin sayı 8-ə çatdı
16.01.2019, 00:59

Prezidentliyə namizədlərin sayı 8-ə çatdı

Yanvarın 17-də uşaqların bağçaya aparılmaması tövsiyə edildi
16.01.2019, 00:20

Yanvarın 17-də uşaqların bağçaya aparılmaması tövsiyə edildi

Parlamentarilər Avropa İttifaqından çıxmağın əleyhinə səs verdi
16.01.2019, 00:11

Parlamentarilər Avropa İttifaqından çıxmağın əleyhinə səs verdi

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
15.01.2019, 23:51

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
15.01.2019, 23:41

Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR

“Boko Haram”  daha bir şəhəri ələ keçirdi
15.01.2019, 23:18

“Boko Haram” daha bir şəhəri ələ keçirdi

Bu avtomobildə qüsur tapan hakerə 1 milyon dollar ödəniləcək
15.01.2019, 23:06

Bu avtomobildə qüsur tapan hakerə 1 milyon dollar ödəniləcək

Elmar Məmmədyarov  həmsədrlərlə görüşdü - FOTO
15.01.2019, 22:50

Elmar Məmmədyarov  həmsədrlərlə görüşdü - FOTO

Güclü qar səbəbindən Ankara-İstanbul  yolu bağlandı
15.01.2019, 22:32

Güclü qar səbəbindən Ankara-İstanbul  yolu bağlandı

İranda 49 min uşaq dövlət tərəfindən tanınmır
15.01.2019, 22:14

İranda 49 min uşaq dövlət tərəfindən tanınmır

ABŞ Gürcüstan və Ukraynada hərbi laboratoriya yaradıb
15.01.2019, 22:00

ABŞ Gürcüstan və Ukraynada hərbi laboratoriya yaradıb

Paşinyan gözlənilmədən Gürcüstana gəldi
15.01.2019, 21:39

Paşinyan gözlənilmədən Gürcüstana gəldi

Gələn aydan sayğaclara baxış keçiriləcək
15.01.2019, 21:22

Gələn aydan sayğaclara baxış keçiriləcək

İlham Əliyev Fransanın sabiq prezidentini qəbul  etdi
15.01.2019, 21:06

İlham Əliyev Fransanın sabiq prezidentini qəbul  etdi

Bakı Nəqliyyat Agentliyi də hava ilə bağlı XƏBƏRDARLIQ etdi   
15.01.2019, 20:52

Bakı Nəqliyyat Agentliyi də hava ilə bağlı XƏBƏRDARLIQ etdi  

“Leyla Əliyevanın təşəbbüsü ilə Macarıstanın Debrecen Universitetində təhsil alıram” – azərbaycanlı tələbə
15.01.2019, 20:46

“Leyla Əliyevanın təşəbbüsü ilə Macarıstanın Debrecen Universitetində təhsil alıram” – azərbaycanlı tələbə

Bakıda külək ağacı maşının üzərinə aşırdı
15.01.2019, 20:30

Bakıda külək ağacı maşının üzərinə aşırdı

Rəsulzadənin barelyefinin oğurlandığı təsdiqləndi: Çox qiymətli materialdan hazırlanmışdı
15.01.2019, 20:19

Rəsulzadənin barelyefinin oğurlandığı təsdiqləndi: Çox qiymətli materialdan hazırlanmışdı

Gözlənilən təhlükəli hava şəraiti ilə bağlı QƏRARGAH yaradıldı
15.01.2019, 20:01

Gözlənilən təhlükəli hava şəraiti ilə bağlı QƏRARGAH yaradıldı

37,1 milyard manatlıq məhsul satılıb...
15.01.2019, 19:37

37,1 milyard manatlıq məhsul satılıb...

Sabah Xətai qazsız qalacaq
15.01.2019, 19:31

Sabah Xətai qazsız qalacaq

Şamaxıda yol qəzası - ölən var
15.01.2019, 19:12

Şamaxıda yol qəzası - ölən var

Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edildi - Komissiya yaradıldı
15.01.2019, 18:55

Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edildi - Komissiya yaradıldı

Novruz Məmmədov tapşırıqlar verdi
15.01.2019, 18:42

Novruz Məmmədov tapşırıqlar verdi

“ASAN”da konsulluq xidmətləri göstəriləcək
15.01.2019, 18:25

“ASAN”da konsulluq xidmətləri göstəriləcək

Prezident səfiri geri çağırdı
15.01.2019, 18:15

Prezident səfiri geri çağırdı

Mətbuat Şurası “Təzadlar”ı yenidən “qara siyahı”ya sala bilər
15.01.2019, 18:10

Mətbuat Şurası “Təzadlar”ı yenidən “qara siyahı”ya sala bilər

Dubayda “Azərbaycan Ticarət Evi” açıldı
15.01.2019, 18:00

Dubayda “Azərbaycan Ticarət Evi” açıldı

Qulu Məhərrəmli Arif Alışanovun işdən çıxarılmasından DANIŞDI
15.01.2019, 18:00

Qulu Məhərrəmli Arif Alışanovun işdən çıxarılmasından DANIŞDI

“Bu məsələ belə qalmamalıdır” - Rəsulzadənin barelyefinin oğurlanmasına sərt ETİRAZ   
15.01.2019, 17:46

“Bu məsələ belə qalmamalıdır” - Rəsulzadənin barelyefinin oğurlanmasına sərt ETİRAZ  

Bakcell sosial şəbəkələrdə abunəçi sorğularını 100% cavablandırıb
15.01.2019, 17:01

Bakcell sosial şəbəkələrdə abunəçi sorğularını 100% cavablandırıb

SOCAR 1700-dən çox neftçini təxliyə edir
15.01.2019, 16:56

SOCAR 1700-dən çox neftçini təxliyə edir

AzTV-yə sədrlik Rövşən Məmmədova tapşırıldı   
15.01.2019, 16:45

AzTV-yə sədrlik Rövşən Məmmədova tapşırıldı  

Arif Alışanov AzTV sədrliyindən çıxarıldı - SƏRƏNCAM
15.01.2019, 16:30

Arif Alışanov AzTV sədrliyindən çıxarıldı - SƏRƏNCAM

Azərbaycanda uşağın cinsiyyətini qabaqcadan öyrənmək qadağan edilir    
15.01.2019, 16:14

Azərbaycanda uşağın cinsiyyətini qabaqcadan öyrənmək qadağan edilir  

Komitə sədri Parlamentdə vətəndaşları qəbul etdi
15.01.2019, 16:12

Komitə sədri Parlamentdə vətəndaşları qəbul etdi

Çevik Polis Alayında əməliyyat müşavirəsi   
15.01.2019, 15:55

Çevik Polis Alayında əməliyyat müşavirəsi  

Fədayə Laçın məhkəmə qərarından şikayət etdi
15.01.2019, 15:46

Fədayə Laçın məhkəmə qərarından şikayət etdi

Bakı meriyası Milli Şuranın mitinqinə icazə verdi
15.01.2019, 15:31

Bakı meriyası Milli Şuranın mitinqinə icazə verdi

ARXİV