Modern.az

İran ABŞ-ın terrorla mübarizəsindən narazıdır

İran ABŞ-ın terrorla mübarizəsindən narazıdır

Dünya

9 Noyabr 2018, 21:44

“ABŞ-ın terrorla mübarizəsində 500 mindən çox insan ölüb. Təkcə 2016-cı ildən bu vaxta qədər 110 min nəfər həlak olub. ABŞ-ın terrorla mübarizə adı altında apardığı müharibə İŞİD və Əl-Qaidə ilə bağlı olan digər terror təşkilatlarını ortaya çıxarıb”. Modern.az xəbər verir ki, bu barədə İran Xarici işlər naziri Cavad Zərif bildirib.

Cavad Zərif bu istiqamətdə atılan addımların İraq, Liviya, Yəmən və Suriya kimi ölkələri dağıtdığını bildirib.

XİN başçısı terrorla mübarizə nəticəsində ABŞ-ın 7 min vətəndaşının öldüyünü, 5 trilyon 600 milyard dollar əlavə xərcinin çıxdığını qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir