Modern.az

Azərbaycan paralimpiyaçısı Dünya kuboku yarışlarına qatılıb

Azərbaycan paralimpiyaçısı Dünya kuboku yarışlarına qatılıb

Aktual

9 Noyabr 2018, 23:35

Gürcüstanın paytaxtı Tbilisidə əlil arabasında qılıncoynatma idman növü üzrə Dünya kuboku yarışlarına start verilib. Modern.az “Report”a istinadən xəbər verir ki, yarışlara 45 ölkədən 500-ə yaxın əlil idmançı qatılıb.

 

Azərbaycanı mötəbər paralimpiya idman oyunlarında Aytəkin Həsənova və Abdulbağı Abdullayev təmsil edirlər.

 

Yarışların rəsmi açılış mərasimində çıxış edən Gürcüstanın baş naziri Mamuka Baxtadze paralimpiya oyunlarının inkişaf etdirilməsinə hökumətin xüsusi diqqət yetirdiyini bildirib:

 

“Bu baxımdan belə nüfuzlu turnir məhz Gürcüstanda keçirilir. Gürcü paralimpiyaçı idmançılar böyük uğurlar əldə edirlər. Hökumət tərəfindən paralimpiya hərəkatının inkişafı üçün maliyyələşdirmənin artırılması davam etdiriləcək”.

 

Tədbirdə Gürcüstanın hökumət üzvləri, Tbilisi meri Kaxa Kaladze, Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsons və diplomatik korpusun nümayəndələri də iştirak ediblər.

 

Tbilisidə keçirilən Dünya kuboku yarışları "Tokio-2020" Yay Paralimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

 

Yarışlar noyabrın 11-dək davam edəcək.

 

Bundan əvvəl Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycanın Dövlət Bayrağı gününə həsr olunmuş aksiya keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır